FACT-INFO.AZ » AKTUAL » Ermənistan ekoloji terrorla nəinki Azərbaycan və region əhalisinin, hətta öz vətəndaşlarının həyatlarını riskə atır
10-07-2023, 08:20 | AKTUAL
Ermənistan ekoloji terrorla nəinki Azərbaycan və region əhalisinin, hətta öz vətəndaşlarının həyatlarını riskə atır

Fact-info.az-ın məlumatına görə,  bu barədə “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov AZƏRTAC-a açıqlamasında Ermənistanın dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının açıq məktubunu şərh edərkən deyib.

O qeyd edib ki, Ermənistan heç bir normalara və beynəlxalq qanunlara uyğun olmayan hərəkətləri ilə hər zaman regionda və dünyada böyük problemlər yaradan dövlətdir. Bu ölkənin 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünə təcavüz edərək onun işğal altında olmuş bütün rayonlarında infrastrukturun məhv edilməsi, insanların yaşayış məskənlərinin dağıdılması, dağ-mədən sənayesinin inkişafı və beynəlxalq normalara sığmayan digər əməlləri törətməsi Ermənistanın cinayətkar dövlət olmasının təsdiqidir.

“Bütün dövrlərdə düşmən ölkənin məqsədi həmin su hövzələrini çirkləndirmək olub. Bunun üçün ermənilər hər zaman istənilən iyrənc hərəkətlərdən istifadə ediblər. Bu kimi fəaliyyətlərlə əhalimizə ziyan vurmağa çalışıblar. Dağ-mədən sənayesinin fəsadları və onun inkişaf etdirilməsi birmənalı şəkildə su hövzələrinə, içməli su mənbələrinə böyük zərərin vurulmasını göstərir və irimiqyaslı faciədir. Məlumdur ki, hazırda dünya əhalisi içməli su qıtlığı problemi ilə qarşılaşıb. Belə çətin problemin yaşandığı zamanda təcavüzkar dövlət çirkin əməllərindən əl çəkmir və dağ-mədən sənayesinin inkişafı üçün öz ərazisində həmin fəaliyyətlə məşğul olur. Ermənistan dövlətinin nəinki Azərbaycan və region əhalisi, bütövlükdə orada yaşayan vətəndaşlarının həyatlarını ciddi şəkildə riskə atması bu ölkənin hakimiyyətinin iç üzünün bariz nümunəsidir”, - deyə M.Həsənov vurğulayıb.

Onun sözlərinə görə, ermənilər heç vaxt beynəlxalq qanunlara məhəl qoymayaraq oxşar çirkin əməllərini davam etdirirlər. Belə çirkin əməllərə beynəlxalq qanunlar çərçivəsində və normalara uyğun olaraq cavab verilməlidir. Bu işlərin dayandırılması və fəlakətlərin qarşısının alınmasına nəinki region dövlətlərinin, həmçinin dünya ictimaiyyəti və qeyri-hökumət təşkilatlarının, eləcə də Ermənistandakı vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb edilməsinə xüsusi önəm vermək lazımdır. Bütövlükdə belə əməllərə əl atan dövlətin siyasi rəhbərliyindəki cinayətkar ünsürlərə qarşı ciddi mübarizə aparılmalıdır. Biz təşkilat olaraq bütün beynəlxalq qurumları və qeyri-hökumət təşkilatlarını, bütövlükdə dünyadakı ekosistemlə bağlı ciddi narahatçılıq doğuran məqamların aradan qaldırılması üçün əməli işlər görməyə çağırırıq. Yəni bu kimi fəlakətlər son nəticədə insanların səhhətinə ciddi zərər vurur, çoxsaylı xəstəliklər yaradır.

“Mən təşkilat sədri olaraq, onun çoxsaylı üzvləri adından belə fəaliyyətlərin qarşısının qətiyyətlə alınması naminə bir daha beynəlxalq təşkilatlara müraciət edirəm. Eyni zamanda, onları Ermənistanın çirkin əməlləri olan dağ-mədən sənayesinin inkişafının və suların çirklənməsinin qarşısının alınması məqsədilə zəruri olan məqamların aradan qaldırılması istiqamətində mübarizəyə çağırıram. Bu mübarizədə hamı bir yerdə olmalıdır, çünki sular sərhəd tanımır. Bu sular hətta okeanlara belə gedib çatır və bütün su hövzələrinə qədər yol tapır. Yəni yeraltı axınlar vasitəsilə hər istiqamətdə həmin suların axıntısı mümkündür. Bu baxımdan mənə elə gəlir ki, beynəlxalq ictimaiyyət bu məsələyə xüsusi diqqət göstərməli, cinayətkar Ermənistan hakimiyyətinin bu çirkin əməllərinin qarşısı birmənalı şəkildə alınmalıdır.

Böyük dövlətlərin şirkətləri dağ-mədən sənayesi sahəsində müvafiq işlərin həyata keçirilməsində həmin ərazilərdə fəaliyyətlərini davam etdirirlər. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatları olaraq bu kimi işləri törədən Böyük Britaniya, Almaniya və digər dövlətlərin şirkətlərinə qarşı ciddi tədbirlərin görülməsi məsələsini gündəmə gətirməliyik”, - deyə İctimai Birliyin sədri bildirib.




Baxış sayı: 414
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30