FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Карабах: война идей” kitabının təqdimatı oldu
19-10-2016, 08:40 | TƏDQİQATLAR-ANALITIKA
“Карабах: война идей” kitabının təqdimatı oldu

Mərasimdə tarixçi alimlər, universitetin müəllim və tələbələri iştirak ediblər.

Universitetin prorektoru Ekaterina Suxişvili bildirib ki, özbək tədqiqatçısının kitabının Gürcüstanda təqdimatının keçirilməsi tarixi hadisədir: "Bu kitab müharibələrin baş vermə səbəblərini öyrənməkdə tələbələr üçün yaxşı vasitə olacaq".

Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, tarixçi alim Quram Marxuliya çıxış edərək deyib ki, son illər tarixçi alimlər münaqişələrin səbəbləri və acı nəticələri barədə müxtəlif elmi əsərlər, məqalələr və kitablar yazırlar. Ş.Salamovun bu tədqiqat əsəri müharibələrin baş vermə səbəblərini, müharibə ideologiyasının mahiyyətini açıqlayır. Kitabda təkcə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, ermənilərin zaman-zaman bu münaqişəyə necə hazırlaşdıqları, müharibə ideyasının necə təbliğ etdikləri barədə məlumatlar əksini tapıb.

O, kitabın həm dərslik, həm də tədqiqatçılar üçün zəngin məlumat mənbəyi olduğunu vurğulayıb.

Sonra kitabın müəllifi Ş.Salamov çıxış edərək deyib: “Erməni millətçiləri zaman-zaman Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. Lakin ermənilərin bu vəhşiliklərinə bu günədək dünya ictimaiyyəti tərəfindən layiqli qiymət verilməyib və cinayətkarlar layiq olduqları cəzalarını almayıblar. Bu kitabda erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb".

Bildirib ki, ermənilər Urartu dövlətinin də onlara məxsus olduğunu iddia edirlər: "Amma tarixçilər sübut ediblər ki, heç o dövlətin ərazisində erməni olmayıb. Ermənilərin bu ideyası, tarixi saxtakarlıqları yeni-yeni münaqişələrə yol açır. Məqsədimiz həmin ideyaların səhv olduğunu, erməni millətçilərinin müharibə ideologiyasının bəşəriyyət üçün təhlükəli olduğunu elm ictimaiyyətinə çatdırmaqdır".

"Bu gün müharibə ideologiyası ilə yanaşı, sülh, mədəniyyətlərarası dialoq ideologiyası da var. Azərbaycan bu gün multikulturalizm ideologiyasını təbliğ edir, özünün sülhsevərliyini nümayiş etdirir. Biz bilirik ki, Azərbaycan ordusu qısa bir zamanda müharibə yolu ilə nəinki öz torpaqlarını işğaldan azad edər, hətta Yerevanı da ala bilər. Amma azərbaycanlılar uşaqları, dinc əhalini öldürməzlər. Mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərə üstünlük verən Azərbaycan sülhsevərliyi ilə dünyada tanınır", - deyə tədqiqatçı qeyd edib.

Mərasimdə müəllim və tələbələrin Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, millətçilik, terror və digər cinayətlər barədə sualları cavablandırılıb.

Ş.Salamov Azərbaycan xalqını dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar təbrik edərək deyib: “Bu kitab vasitəsilə biz gürcü tələbələrə təkcə müharibə ideyasının yaranması və müharibələrə necə yol açması barədə deyil, həm də Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdik. Düşünürəm ki, tələbələr kitabı oxuduqca erməni millətçilərinin gürcü və Azərbaycan xalqlarına qarşı törətdikləri cinayətlər barədə dəqiq məlumatlar əldə edəcəklər”.

Quram Marxuliya isə jurnalistlərə bildirib ki, bu gün Gürcüstanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə yetərincə məlumat verilir. Xeyli kitablar çap olunub. Bu gün təqdim olunan kitab təkcə müharibələr deyil, müharibə ideyasının yaranması səbəbləri və müharibə ideologiyası barədə məlumatlarla zəngindir. Düşünürəm ki, bu kitab tələbələrin və geniş ictimaiyyətin məlumatlanmasında mühüm vasitə olacaq”. (report)

 

 

 

 




Baxış sayı: 1 815
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30