FACT-INFO.AZ » AKTUAL » Regionların tarazlaşdırılmış inkişafı qarşıda duran əsas hədəflərdəndir
21-04-2023, 18:55 | AKTUAL
Regionların tarazlaşdırılmış inkişafı qarşıda duran əsas hədəflərdəndir

Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə söyləyib.

Deputat bildirib ki, 2004-ci ildən etibarən inkişafın fərqli modelinin tətbiqinə başlanılıb. Sözügedən inkişaf modeli özündə bölgələrin balanslı şəkildə inkişafını ifadə edir. Azərbaycanda regionların inkişafı ölkəmizin sosial-iqtisadi inkişaf xəttinin əsas tərkib hissəsi olmaqla, regionların balanslı, tarazlaşdırılmış şəkildə inkişafının təmin olunması qarşıda dayanan strateji məqsəd kimi müəyyənləşdirilib. Bu xüsusda ötən illər ərzində sözügedən hədəfə nail olunması istiqamətində atılan mühüm addımları qeyd edə bilərik. Belə ki, respublikamızda Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramı qəbul olundu. İndiyədək ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 2019-cu il yanvarın 29-da imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda sayca dördüncü olan Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.

“Prezidentin İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir”, - deyən P.Kərimzadə bildirib ki, Prezident İlham Əliyev Salyanda Azərbaycan Televiziyasına müsahibəsində regiondakı hazırkı proseslərlə bağlı aydın mövqeyini ifadə edib. İki ölkə arasında münasibətlərin normallaşması prosesinin uzanması Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Ermənistan üçtərəfli Bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Azərbaycan torpaqlarında hələ də qanunsuz erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Rəsmi İrəvan 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, Qarabağ mövzusunda spekulyasiyalar edir, hansısa beynəlxalq mexanizmlərdən danışır. Dövlətimizin başçısının dediyi kimi, Qarabağ məsələsi bizim daxili işimizdir və Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa, “Qarabağ Azərbaycandır!” deməlidir. Eyni zamanda, Müzəffər Ali Baş Komandan Qarabağ separatçılarına xəbərdarlıq edərək bildirdi: “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır”.

Pərvin Kərimzadə qeyd edib ki, Azərbaycan regionda söz sahibidir və dövlətimiz bölgədə yeni reallıqlar formalaşdırıb. Vətən müharibəsindən ötən iki il yarım ərzində Ermənistan və onun havadarları bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər.Həm Azərbaycan-Ermənistan şərti dövlət sərhədi istiqamətində, həm də Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə təxribatların qarşısının qətiyyətlə alınması buna sübutdur. Dövlətimizin başçısı bəyan etdi ki, hazırda ordumuz 2020-ci ildəki vəziyyətdən daha güclüdür. Bu o deməkdir ki, bundan sonra da ermənilərin hərbi təxribatları baş verərsə, ordumuz tərəfindən qətiyyətlə qarşısı alınacaq.

“Prezident müsahibəsində İrəvanda Azərbaycanın bayrağının yandırılmasını da kəskin pisləyib. Dövlət başçısının dediyi kimi, bu hadisə Ermənistan hökumətinin əməlidir və azərbaycanofobiyanın növbəti göstəricisidir. Bu gün Azərbaycanın üçrəngli bayrağı zirvələrdə dalğalanır. O zirvələrdə ki, heç bir erməni ona yaxınlaşmağa cürət edə bilməz. İdman mərasimində bayrağımızın yandırılması erməni xisləti ilə yanaşı onların cılızlığının təzahürüdür”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.




Baxış sayı: 211
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30