FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Ermənistan: xarici siyasət prioritetlərinin iflası
6-09-2016, 08:40 | TƏDQİQATLAR-ANALITIKA
Ermənistan: xarici siyasət prioritetlərinin iflası

Onun daxili və xarici siyasətin əsas istiqamətləri üzrə qarşılaşdığı problemlər nəinki azalır, hətta getdikcə daha da artır. Üstəlik, uzun illərdir ki, mövcud olan çətinliklər kəskin xarakter alır. Bununla bağlı ekspertlər öz fikirlərini bildirir və proqnozlarını verirlər. Son zamanlar Ermənistanın xarici siyasətdə prioritet saydığı istiqamətlərdə ciddi uğursuzluğun müşahidə edildiyi xüsusi vurğulanır. Həmin sırada ölkənin suverenliyini itirməsini, etibarlı və real xarici tərəfdaşların olmamasını və Dağlıq Qarabağ münaqişəsinin həllində erməni diplomatiyasının acizliyini ayrıca qeyd etmək olar. Həmin mövzular üzrə İrəvanın atdığı addımların məntiqsizliyi və siyasi reallığa uyğun gəlmədiyi şübhə doğurmur. Bu yol Ermənistanı haraya aparır? Rəsmi İrəvanın düşdüyü bataqlıqdan çıxmaq şansı mövcuddurmu?

Baza prinsipləri düz olmayanda: xarici siyasətin fiaskosunun başlıca şərti

Ermənistanın xarici siyasət konsepsiyası bir-birinin ardınca aldığı ağır zərbələrdən sonra demək olar ki, darmadağın olub. İndi bu ölkənin siyasi mühitində elə ziddiyyətli situasiya yaranıb ki, bütöv mənzərəni təsəvvür etmək xeyli çətinləşib. Çünki İrəvanın xarici siyasət kursunun bütün əsas istiqamətlərində iflasın müşahidə edildiyi barədə fikirlər səslənməkdədir. Bu zaman erməni ekspertlər Ermənistanın suverenliyini tam itirdiyini xüsusi vurğulayırlar. Onlar bütün əsas göstərişlərin kənardan verildiyinə əmindirlər. Xarici siyasətdəki uğursuzluqların kökü də məhz bu reallıqda axtarılır.

Bu tendensiya aprel ayındakı 4 günlük müharibədən sonra daha da güclənib. Ermənistanın siyasi hakimiyyətinin və bir qrup KİV-in həmin dövrdə erməni ordusunun "böyük qəhrəmanlıq" göstərdiyini sübut etməyə çalışmasına baxmayaraq, real proseslər tamamilə fərqli mənzərəni ortaya qoyur. Birincisi, qalib orduda sürətli kadr dəyişikliyi edilməz. Əksinə, mövcud olanı tərif eləyib, daha da təkmilləşdirərlər. Ermənistan ordusunda isə aprel döyüşlərindən sonra demək olar ki, bütün səviyyələrdə sonu görünməyən təftişlər aparılır.

İkincisi, ölkənin siyasi rəhbərliyi aprel döyüşlərindən sonra bu hadisəyə qədər tutduğu mövqedən fərqli davranmağa başladı. Onlar Moskvanı və Qərb dövlətlərini ittiham edərək, lazımi səviyyədə yardım göstərmədiklərini bəyan etdilər. S.Sarkisyanın gah Avropa, gah da Rusiyaya etdiyi nizamsız səfərləri məhz bu çaşqınlığın əlaməti idi. Qalib ölkənin başçısı özünü belə aparmır, əvvəllər tutduğu kursu inamla davam etdirir. S.Sarkisyan isə panikada sağa-sola ittihamlar yağdırmaqdan başqa bir iş görə bilməyib.

Üçüncüsü, Ermənistan rəhbərliyi 4 günlük müharibədən sonra Dağlıq Qarabağda xəndək qazdırmaqdan savayı, xarici siyasətdə heç bir təşəbbüslə çıxış edə bilmir. Ekspertlər bu kimi əlamətlərə görə "erməni adlanan millətin siyasi primitivizmi" kimi ifadələr işlədir (bax: məs., Игорь Мурадян. НКР – неудачный "эксперимент" / "Lragir.am", 20 avqust 2016), rəsmi İrəvanın bu bataqlıqdan çıxmaq iqtidarında olmadığını vurğulayırlar.

Belə təəssürat yaranır ki, Ermənistanda dövlətin uzun illərdir apardığı siyasətin tam iflasa uğradığına inananların sayı durmadan artır. Özü də bunu xarici siyasətin əsas prioritet istiqamətlərində müşahidə edilən uğursuzluqları xüsusi qeyd etməklə təsdiq edirlər. Yuxarıda vurğuladığımız kimi, arqument qismində hər şeydən əvvəl Ermənistanın reallıqda müstəqil dövlət olmadığı göstərilir. Hətta ekspertlər "Ermənistan alınmayan eksperimentdir" tezisindən bəhs edirlər (bax: əvvəlki mənbəyə). Təbii ki, burada söhbət erməni dövlətinin qurulmasından gedir. Bu dövlətin baş tutmasının əsas səbəbi birbaşa onun erməni xalqı tərəfindən qurulmaması ilə əlaqələndirilir. Konkret olaraq onu Rusiya imperiyasının eksperimenti adlandırırlar. Burada həqiqət məqamı vardır.

Başqa səbəb kimi, ümumiyyətlə, erməni xalqının siyasi mədəniyyətinin çox aşağı səviyyədə olması göstərilir. Bu cür "siyasi primitivizmin" təsdiqi indiyə qədər Ermənistana dəyərli və dünya siyasətindən başı çıxan bir adamın rəhbərlik edə bilməməsidir. Ermənistanda prezident "seçilən" hər bir şəxs yalnız kənar qüvvələrin əmrlərini yerinə yetirmək barədə düşünə bilir. Bu çərçivədən kənara çıxanın cəzası böyük olur. Belə halda isə heç bir vəchlə ermənilərin müstəqil və düşünülmüş siyasət yeritməsindən danışmaq mümkün deyildir.

Suverenlik: əsas faktorun yoxluğu

İndi Ermənistan KİV-də dərc olunan "analitik yazılara" nəzər salsaq, yuxarıda vurğuladığımız məqamın birbaşa təsdiqini görərik. Fikir verin, erməni ekspertlərin böyük əksəriyyəti ölkənin xarici siyasət kursunu S.Sarkisyanın Moskvaya səfərləri çərçivəsində aparılan danışıqların məzmununda V.Putinin hansı fikirləri ifadə etməsi kontekstində qiymətləndirirlər. Əgər Moskva Ermənistanın xeyrinə bir cümlə işlədirsə, dərhal "erməni siyasətinin uğurlarından", "Ermənistanın geosiyasi əhəmiyyətindən", "bir qarış torpağı verməməkdən" danışırlar (bax: Наира Айрумян. Новые штрихи в Карабахском урегулировании / "Lragir.am", 18 avqust 2016).

Başqa hallarda isə tam bədbin tezislər irəli sürülür, kənar qüvvələr günahlandırılır. Bəs İrəvanın iradəsi haradadır? Müstəqil siyasət kursu niyə görünmür? Bu suallara cavab verməyə çox az erməni eksperti həvəs göstərir. Deməli, bütövlükdə erməni siyasi şüuru hələ kölə vəziyyətindədir, xarici faktorlardan tam asılıdır.

Digər maraqlı məqam – uzun illərdir ki, erməni millətinin monolitliyindən dəm vuranlar indi başqa əlamətlərdən danışırlar. Onlar Rusiya, Avropa, Amerika və Ermənistanın özündə olan ermənilərin fərqli milli-siyasi şüura malik olduqlarını qeyd edirlər. Məsələn, bu yaxınlarda Rusiyada yaşayan ermənilərin Moskvanı Ermənistana qarşı tədbir görməyə çağırdıqları barədə informasiya yayıldı. Həmin müraciətdə rusiyalı haylar rəsmi İrəvanın satqın siyasət yeritdiyini və Kremlin maraqlarını tapdaladığından yazıblar. Konkret olaraq ABŞ-ın Rusiyanı regiondan sıxışdırıb çıxarmasına Ermənistanın rəvac verdiyini vurğulayırlar (bax: Наира Айрумян. Армяне в России призывают Москву принять меры против Армении / "Lragir.am", 18 avqust 2016).

Şübhəsiz, Qərbdə yaşayan ermənilər İrəvanı ABŞ və Aİ-yə üz tutmağa dəvət edirlər. Ermənistanda yaşayanlar isə gah Qərbə, gah də Şərqə züy tuturlar. Belə çıxır ki, bir cəmiyyət olaraq da ermənilər hələ öz yolunu seçə bilməyiblər. Bu da təbii ki, Ermənistan hakimiyyətinin xarici siyasətdə ziddiyyətli və məntiqsiz addımlar atmasını şərtləndirən faktorlardan biridir.

Təsadüfi deyil ki, hazırda Ermənistan siyasi mühitində panikanın yarandığı vurğulanır. Hətta Kremlin Ermənistan siyasətinə yenidən baxmaqda olduğunu yazırlar. Söhbət həmin siyasətin məzmununda və strateji məqsədində hansısa yeniliyin mümkünlüyündən getmir – sadəcə olaraq, Ermənistanda fəaliyyət tərzi dəyişə bilər. Böyük dövlətlərin, o cümlədən Rusiyanın Ermənistanda daha sadə və açıq metodlarla öz mövqelərini saxlamağa başladıqlarından bəhs edilir (bax: Акоп Бадалян. Паника в Армении: Кремль на пороге пересмотра / "Lragir.am", 18 avqust 2016).

Bunlar rəsmi İrəvanın suverenliyi itirməklə yanaşı, iki mühüm aspektdə də uduzduğunu göstərir. Onlardan biri faktiki olaraq Ermənistanın etibarlı tərəfdaşının olmamasıdır. Hətta İrəvanın üzv olduğu KTMT belə konkret situasiyalarda ona dəstək verməkdən imtina edir. ABŞ, Aİ ölkələri və Rusiya isə Ermənistana ancaq öz maraqları çərçivəsində yanaşırlar. Bunların heç biri real tərəfdaşlığın əlamətləri deyil – ağanın öz vassalına olan münasibətidir.

Digər aspekt isə Dağlıq Qarabağ məsələsində fiaskodan ibarətdir. Ermənistan nə hüquqi, nə də hərbi müstəvidə üstünlüyə malik deyil. Bunun nəticəsidir ki, indi rəsmi İrəvan, ümumiyyətlə, danışıqlardan yayınmağa, məsuliyyətdən qaçmağa və bütün işləri Qarabağdakı separatçılara yükləməyə çalışır. Ermənistan xarici işlər nazirinin müavini Ş.Koçaryan bəyan edib ki, Ermənistan Dağlıq Qarabağın statusu ilə bağlı fikir bildirə bilməz. "Çünki bu, "DQR"in səlahiyyətinə daxildir" (bax: məs., Интересные заявления Шаварша Кочаряна / "Lragir.am", 18 avqust 2016).

Bu cəfəngiyata heç ermənilərin özləri də inanmırlar, çünki 20 ildən çoxdur ki, Ermənistan münaqişə ilə bağlı danışıqlarda birbaşa iştirak edir və orada "DQR" adlanan psevdoqurumun izi-tozu belə yoxdur. Bu, yalnız riyakarlıq deyil, həm də nadancasına yalan danışmaqdır. Görünür, S.Sarkisyan öz mənəviyyatına uyğun olanların hakimiyyətdə təmsilçiliyinin davamlı olmasına çalışır.

Vurğulanan məqamlar bir həqiqəti ortaya qoyur: Ermənistanın xarici siyasəti tam iflasa uğrayıb və rəsmi İrəvan düşdüyü bataqlıqdan xilas olmaq üçün absurd üsullara əl atır. Ancaq onu çətin ki, qurtara bilsinlər.

Newtimes.az

 

 




Baxış sayı: 1 805
Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq Bu gün, 19:00 Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib Bu gün, 18:30 Participants of Coordination Headquarters meeting view intensive horticulture farms in Khojaly district Bu gün, 18:00 UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub Bu gün, 17:30 Xalq şairinə həsr olunan "Sözün qüdrəti” adlı virtual kitab sərgi hazırlanıb Bu gün, 12:00 Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib Bu gün, 11:30 Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb Bu gün, 10:30 DYP piyadalara müraciət edib Bu gün, 10:30 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb Bu gün, 09:30 Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır Bu gün, 09:00 Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər Dünən, 20:00 Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir Dünən, 19:30 Azerbaijan, Uzbekistan sign documents with participation of both countries’ PMs Dünən, 17:00 Şuşa Bəyannaməsi Azərbaycanın və regionun təhlükəsizlik çətiridir Dünən, 14:00 “Resurs” Kürdəmirdə tədbir keçirdi Dünən, 14:00 Ötən həftə 1600 hektardan çox ərazi minalardan təmizlənib Dünən, 12:00 Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır Dünən, 11:30 Moskva danışıqlarında ticarət, energetika, təhlükəsizlik sahələrinə dair məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır Dünən, 09:30 Bakıda Milli Qurtuluş Gününə həsr olunan bayram konserti Dünən, 09:00 Qarabağ döyüşçüsünün Şuşa xatirələrinin davamı Dünən, 08:00 Paytaxtda və 8 rayonda avtomobil yolunda təmir aparılır 15-06-2026, 19:30 Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib 15-06-2026, 18:00 Azərbaycan XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb 15-06-2026, 13:30 Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib 15-06-2026, 08:00 Mayor İlqar Verdiyevin xatirəsinə həsr edilən abidənin açılış mərasimi keçirilib 15-06-2026, 07:30 Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb 14-06-2026, 14:30 Keçmiş Qarabağ döyüşçüsü Fərman Xəlilov: “Dövlət quruculuğu, inkişaf  Milli Qurtuluş günündən başladı" 14-06-2026, 12:00 Ceyhun Bayramov Ben Blakla ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını müzakirə edib 14-06-2026, 09:30 Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb 13-06-2026, 12:00 Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb 13-06-2026, 12:00
Köşə yazarları
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930