FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Əcnəbi mediada Azərbaycana həsr olunmuş məqalə çap edilib
2-09-2016, 09:25 | MƏDƏNİYYƏT
Əcnəbi mediada Azərbaycana həsr olunmuş məqalə çap edilib

Bir sıra ərəb və Avropa ölkələrində, eləcə də ABŞ-da dərc olunan, əsasən modern həyat, sərmayə və turizm mövzularını işıqlandıran BƏƏ-nin tanınmış “Amwal” jurnalında Azərbaycanda turizm imkanlarına həsr olunmuş məqalə çap edilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən trend-ə verilən məlumata görə, məqalənin əvvəlində baş redaktor Azərbaycanın coğrafi mövqeyi barədə oxuculara məlumat verir. Bildirir ki, 11 iqlim qurşağından 9-nun məhz ölkəmizin ərazisindən keçir. Azərbaycan rəhbərliyinin bu amildən bacarıqlı istifadə etməyi hesabına paytaxt Bakıda, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qəbələ, Quba, Qusar, Naftalan və digər rayonlarda yüksək beynəlxalq meyarlara cavab verən müasir turizm infrastrukturu yaradılıb, bənzərsiz orqanik dada malik kənd təsərrüfatı məhsulları yetişdirilir. Bu xüsusda, müəllif orqanik məhsullardan hazırlanmış milli mətbəx nümunələrinin özünəməxsusluğunu qabardır, Azərbaycan mətbəxinin şahı olan aşın bir neçə növdən ibarət olduğunu qeyd edir.

Sonra paytaxt Bakı üzərində dayanan müəllif Xəzər dənizində qərarlaşan bu müasir şəhərin qədimlik və çağdaşlığın estetik sintezini özündə ehtiva etdiyini yazaraq, əsas şəhərimizin zəngin mədəni-tarixi irsə, eləcə də “Heydər Əliyev Mərkəzi”, “Alov Qüllələri”, “Bakı limanı”, “Park Bulvar” kimi müasir memarlıq əsərlərinə malik olduğunu oxucuların diqqətinə çatdırır. O, başqa xalqların mədəniyyəti və tarixi ilə maraqlanan turistlərə şəhərdə çoxsaylı muzey və abidələrin olduğunu bildirir, əsrlər boyu öz tarixini nəql edən qədim Qız qalasının UNESCO-nun qeyri-maddi irsi siyahısına daxil olduğunu oxucuların nəzərinə çatdırır. Məlumat üçün bildirilir ki, Azərbaycan mədəniyyəti və tarixinə özəl qayğı ilə yanaşan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın milli mədəni-tarixi irsimizin dünya miqyasında tanıdılması yönündə nəhəng səylərini önə çəkir.

Xalid Zəhr həm gözəl iqliminə, həm ləziz təamlarına, həm də çağdaş turizm infrastrukturuna görə paytaxtımızın, o cümlədən rayonlarımızın yay tətilləri üçün ideal məkan olduğunu vurğulayaraq, may-sentyabr aylarını əhatə edən çimərlik mövsümündə paytaxt çimərliklərinə getməyi, o cümlədən günəş qürubunu seyr etməyi oxuculara tövsiyə edir.

Müalicəvi turizm mövzusuna keçən jurnalın baş redaktoru, həmçinin müxtəlif əzələ-oynaq xəstəliklərinin müalicəsi üçün paytaxtdan 200 km aralıda yerləşən füsunkar Naftalan rayonunda yaradılmış şəraitə toxunur, həmin xəstəliklərin aradan qaldırılması prosesində müalicəvi xüsusiyyətlərə malik ağ neftdən də istifadə olunduğu barədə oxucuları məlumatlandırır.

Sonra respublikamızın, həmçinin palçıq vulkanları ilə zəngin olduğuna diqqət çəkən yazar 2004-cü ildə Ginnes rekordlar kitabına düşmüş dünyanın ən iri palçıq vulkanının məhz ölkəmizin ərazisində yerləşdiyini xüsusilə qeyd edir.

Məqalədə, eyni zamanda ölkəmizin dünya idman ailəsinin fəal üzvü olduğu əks edilir, 2015-ci ilin 12-28 iyun tarixlərində respublikamızda möhtəşəm idman yarışı hesab edilən Birinci Avropa Oyunlarının keçirildiyi, həmin yarışlarda 50 ölkədən 6000-dən artıq idmançının 20 idman növündə yarışdıqları və qarşıda 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi məlumat üçün bildirilir.




Baxış sayı: 1 945
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031