FACT-INFO.AZ » SİYASƏT » Haaqada Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərinə dair seminar
27-07-2016, 10:05 | SİYASƏT
Haaqada Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi aspektlərinə dair seminar

Seminarda Böyük Britaniya, Fransa, Belçika, Kanada, İtaliya, Niderland, Rusiya, Türkiyə, Braziliya, Argentina, Peru, Kamerun, Yamayka, Seneqal, Qvatemaladan hüquqşünaslar iştirak ediblər.

Seminar iştirakçılarına Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf, ölkədə həyata keçirilən əsaslı quruculuq işləri barədə məlumat verilib. Sonra beynəlxalq ümumi hüquq üzrə mütəxəssislər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi aspektləri barədə məlumatlandırılıb.

Qeyd olunub ki, iyirmi ildən çox davam edən münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və qaçqın olması ilə nəticələnib. Azərbaycana qarşı müharibə başladığına və gücdən istifadə etməklə torpaqlarımızı işğal etdiyinə, soydaşlarımıza qarşı etnik təmizləmə apardığına, eləcə də münaqişə dövründə ağır cinayətlər törətdiyinə görə Ermənistanın məsuliyyət daşıdığı bildirilib. Münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi diqqətə çatdırılıb.

Belçikalı hüquqşünas Aleksandr Mark Hauzeur münaqişənin həlli istiqamətində diplomatik danışıqlarla bağlı cari vəziyyət barədə maraqlanıb.

Danışıqlar prosesinin ATƏT-in Minsk qrupu çərçivəsində aparıldığı, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticəyə nail olunmadığı, separatçı rejimin mütəmadi qaydada təxribat törətməklə atəşkəs rejimini pozduğu, işğal olunmuş ərazilərdə hərbi imkanları gücləndirməyə cəhd etdiyi vurğulanıb. Separatçı rejimin mövqeyini möhkəmləndirmək və mövcud status-kvonu saxlamaq məqsədi güddüyü diqqətə çatdırılıb.

İtaliyalı hüquqşünas Salvatore Custerer və niderlandlı mütəxəssis Jakob van der Beeten münaqişəyə beynəlxalq təşkilatlar tərəfindən verilən hüquqi qiymət məsələsinə toxunublar. Beynəlxalq ictimaiyyətin sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni ardıcıl formada qınadığı bildirilib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrindən söz açılıb, qurumun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiyi bildirilib. Bu qətnamələrdə Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı və işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb etdiyi vurğulanıb.

Fransalı hüquqşünas Agathe Ruaultun bu ilin aprel ayında qoşunların təmas xəttindəki məlum gərginliyin KİV-lərdə geniş əks-səda doğurduğuna diqqəti çəkib.

Bildirilib ki, Ermənistan mütəmadi olaraq atəşkəs rejimini pozur. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərində qanunsuz mövcudluğu regionda sülh və sabitliyə təhlükədir.

Britaniyalı hüquqşünas Ben Hudson və braziliyalı Livia Prates Thome ölkədə qaçqın və məcburi köçkünlərin, eləcə də işğal olunmuş ərazilərdə mədəni abidələrin qorunması vəziyyəti ilə maraqlanıblar.

Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumlarının, onlara qarşı qeyri-insanı davranışının beynəlxalq humanitar hüquqa, xüsusilə də 1949-cu il Cenevrə konvensiyalarına zidd olduğu diqqətə çatdırılıb. Ermənistanın işğal etdiyi ərazilərdə mədəni abidələri dağıtmaqla 1954-cü il Hərbi münaqişələr dövründə mədəni mülkiyyətin qorunmasına dair Haaqa Konvensiyası və onun protokolları və digər beynəlxalq sənədlərin müddəalarını ciddi şəkildə pozduğu vurğulanıb.

Kanadalı hüquqşünas Theo Riviere-Cloutierə “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına dair ətraflı məlumat verilib: “Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən məhkəmə qərara alıb ki, Ermənistan iddiaçılarla münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması üçün müvafiq öhdəliklərini yerinə yetirməyib”.

İşğal olunmuş ərazilərdə iqtisadi vəziyyətlə bağlı rusiyalı mütəxəssis Olqa Bondarçuk və qondarma qurumun digər ölkələrlə iqtisadi əlaqələrinin hansı səviyyədə olmasına dair slovakiyalı mütəxəssis İvan Puskar ilə fikir mübadiləsi zamanı qondarma qurumun “beynəlxalq tədbirlər” təşkil etmək, xarici ölkələrə səfərlər hazırlamaq yolu ilə heç bir dövlət tərəfindən tanınmayan separatçı rejimin mövcudluğunu legitimləşdirməyə cəhd etdiyi diqqətə çatdırılıb. Xarici vətəndaşların işğal olunmuş ərazilərə səfərlərinin və bu ərazilərdə iqtisadi fəaliyyətin qanunsuzluğu, səfər nəticəsində həmin vətəndaşların “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş şəxslər siyahısı”na daxil ediləcəyi, onların Azərbaycana girişinə qadağa qoyulacağı və Azərbaycan qanunvericiliyində müəyyən edilmiş müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Sonda iştirakçılara Azərbaycanda gedən inkişaf prosesləri, ölkənin xarici siyasət prioritetləri haqqında məlumat verilib, müvafiq audio-vizual materiallar təqdim olunub.(AZƏRTAC)

 

 

 

 

 

 

 




Baxış sayı: 1 691
“Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031