FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın qədim dövlətçilik tarixindən bəhs edən qiymətli əsər
18-04-2022, 07:35 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın qədim dövlətçilik tarixindən bəhs edən qiymətli əsər

Əsəri Azərbaycan türkcəsinə jurnalist-araşdırmaçı Sərxan Carçı uyğunlaşdırıb. Azərbaycanın qədim dövlətçilik tarixini əhatə edən, müxtəlif mənbələrə istinadən yazılan kitab bu gün də aktuallığını, elmi dəyərini qoruyub-saxlayır. Alban tarixşünaslığını, irsini mənimsəməyə çalışan erməni və bəzi qafqazdilli xalqların iddialarının əksinə, Albaniyada aparıcı etnik soy-kökün türklərə məxsusluğunu isbatlayan "Azərbaycan tarixində Türk Albaniya" əsəri tarixin qaranlıq mərhələlərinə işıq salır. Əsərdə Albaniyanın təşəkkülü, siyasi-tarixi coğrafiyası, etnik tərkibi tarixi mənbələrə söykənərək araşdırılıb. "Azərbaycan tarixində Türk Albaniya" əsəri istiqlal savaşının yenilməz sərkərdələrindən Mirzə Bala Məhəmmədzadənin (1898-1959) qələminin məhsuludur. Kitabda qeyd olunub ki, 1951-ci ildə Ankarada nəşr edilən bu əsər çap olunan zaman Sovet Azərbaycanında müstəqil milli-elmi tarixşünaslığından əsər-əlamət yox idi. Heç vahid sistem halında "Azərbaycan tarixi" kitabı yazılmamışdı. Sovetlərin Qırmızı Professorlar İnstitutunun ideoloji rəyi əsasında Azərbaycan xalqının tarixi təhriflərə məruz qalır. Bütöv Azərbaycan tarixini sistemləşdirmək əvəzində yerinə ayrı-ayrı alimlərin qısa oçerkləri yazılırdı.

Hətta, XX əsrin əvvəllərində qurulan ilk milli sosial-demokrat təşkilatı "Hümmət"in işinə ehtiyatlı yanaşılır, bu qurumun fəaliyyətində milliyyətçilik izi axtarılırdı. Belə çətin tarixi dönəmdə mühacirətdə sıxıntı içərisində ömür sürən M.B.Məhəmmədzadənin Azərbaycanın qədim dövlətçiliyik tarixinə türk dünyasının tarixi kontekstindən yanaşması orijinal və fərqliydi. Həm də Azərbaycanın tarixi köklərinin sovetlər tərəfindən təhrifə uğradılmağına etiraz idi". Vurğulanıb ki, M.B.Məhəmmədzadə peşəkar tarixçi olmasa da, kifayət qədər mütaliəli olduğundan fars, ərəb, rus dillərinə bələdçiliyi ona müxtəlif mənbələri oxumaq şansı qazandırırdı. Həyatı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına, istiqlal hərəkatı tarixinə bağlı olan M.B.Məhəmmədzadə Sovet Azərbaycanında baş verən ideoloji təxribatların qaynaqlarını müəyyənləşdirməyə imkan verirdi. M.B.Məhəmmədzadə "Azərbaycan tarixində Türk Albaniya" əsərini yazmaqla gələcəkdə müstəqilliyinə qovuşacaq Azərbaycan dövlətinin hansı ideoloji təxribatlarla üz-üzə qalacağını aktuallaşdırır və gündəmə gətirirdi. XX əsrin sonlarında xaricdən, Rusiyadan ideoloji dəstək alan erməni millətçi kəsimi Dağlıq Qarabağ problemini Alban tarixşünaslığı əsasında meydanlara daşıdı və xalqı fəlakətə sürüklədiyi tarixi faktdır. Ömrünün sonlarına SSRİ-ni öyrənmə institutunda elmi şuranın sədri kimi böyük işlər görən M.B.Məhəmmədzadə Azərbaycanın ərazi bütövlüyünə qəsdin hansı məqamlardan qaynaqlanacağını sanki öncədən görürdü. Avropa, Amerika və əksər dünyanın müxtəlif yerlərinə səpələnən ermənilərin qədim Alban dövlətinin tarixi irsinə bütövlükdə sahiblənmək istəyi, həvəsi və ideyası, düşünürük ki, M.B.Məhəmmədzadənin bu kiçik həcmli əsəri yazmasına əsas səbəbdir.

Ətraflı "Giriş"dən və dörd bölmədən ibarət əsərdə müəllif Albaniyaya dair özünəqədərki tədqiqat əsərlərini incələyərək qısa, lakin sanballı bir əsər meydana gətirib. Əsərin "Giriş"ində müəllif qədim yunan, latın, suryani, erməni və klassik İslam müəlliflərinin əsərlərinə, arxeoloji qazıntılar nəticəsində o dövrdə əldə edilən elmi məlumatlara əsaslanaraq göstərir ki, Albaniya bir türk məmləkətidir. Bu məmləkətdə yaşayanlar "Turani bir qövm" olub. Alban xalqından bəhs edərkən müəllif Strabona əsaslanaraq qeyd edir ki, gözəllikləri, boyları, dürüstlükləri, doğruluqları ilə tanınan Albanlar at minməkdə, ox atmaqda, qılınc işlətməkdə məharət sahibi idilər. Mirzə Bala Heredota, Çin mənbələrinə, Deqiuqnesə və digər mənbələrə əsaslanaraq Massaget Türkləri, Saka Türkləri, Hun Türkləri və Göy Türklərlə Alban Türkləri arasındakı oxşarlıqları şərh etdikdən sonra göstərir ki, Xristianlığın zühurundan və ondan daha öncədən başlayıb altı yüz il sürən Turani Arsakalıların (Arsakların) hakimiyyəti dövründəki müştərək bir həyatın təsiri altında Alban Türkləri ilə erməni və digər xalqlar arasında bir çox müştərək mədəni müəssisələr meydana gəlmişdi.

Əsərinin "Albaniyanın coğrafi durumu" adlı birinci bölümündə Mirzə Bala Abbasqulu Ağa Bakıxanovun "Gülüstani-İrəm" adlı əsərinə, Ptolomeyin və Xorenatsinin "Coğrafiya"larına, Plinus və VII əsr Alban tarixçisi Moyses Kaqankatvasinin əsərlərinə əsaslanaraq Albaniyanın coğrafi sərhədləri, Albaniyanın tərkibində olan prensliklər və Albaniyanın təbii sərvətləri haqqında məlumat verib. Göstərib ki, V əsrdə Hun Türklərinin dünyaya yayıldığı və Albaniyaya bir neçə dəfə səfər etdikləri, Ermənistanda hakimiyyətdə olan Arsakli Türk sülaləsinin süquta uğradığı dövrdə Albanlar Kür ilə Araz çayları arasındakı əraziləri içinə alan Arana yerləşiblər. VI-VII əsrlərdə şimaldan gələn digər Türk axınlarının basqıları nəticəsində isə Dərbənd ətrafındakı Albanya paytaxtı da o zamankı adı "Partav" olan Bərdəyə köçüblər. Bərdə Albanya dövlətinin yeni "Böyük Mərkəzi" halına gəlib.

"Albanyanın etnik təşəkülü" adlı ikinci bölümdə müəllif göstərir ki, Albanların Araz ilə Kür arasına çəkilməsi Dərbənd keçidi ilə güneyə axın edən Hun, Bulqa, Sabir, Xəzər və s. Türklərin basqısı altında baş verib. Hələ VII əsrin əvvəlində Albaniya tamamilə xəzərləşmişdi ki, həmin əsrin ortalarında ərəblər Azərbaycanı istila etdikləri zaman bütün Qafqaz ilə bərabər Albanyaya da "Xəzər məmləkəti" adını vermişlərdi. Tarixi mənbələrə əsaslanaraq Mirzə Bala göstərir ki, Albaniyanın dördüncü əyaləti olan Şəkidən ibarət bu Şəki prensliyinin səkkiz vilayətindən birini təşkil edən və "Sakalar yurdu" mənasına gələn "Şəki" "Sakaşenin" qısaldılmış bir şəkli idi.

Bu Saka-İskit adlarına Albaniyanın digər yerlərində də sıx-sıx rastlanmaqdadır. Herodotun, Strabonun və digər yunan müəlliflərinin əsərlərinə əsaslanaraq Kür çayının mənsəblərində yaşayan Kaspilərlə bugünkü Hinduquşda yaşayan "Buruşaklar"ın əcdadı sayılan Kaspilərin eyni kökdən olduqlarını qeyd edən Mirzə Bala göstərir ki, Kaspilər Miladdan öncə 9000-4500-cü illərdə yaşamış olduqları təxmin edilən və Türküstanın Aşqabad bölgəsində aşkara çıxarılan "Anau" mədəniyyətinin də yaradıcıları olduğu təxmin edilməkdədir. Bu Kaspilərin vaxtilə Şumerlərlə bərabər Altayların qonşuluğunda yaşamış olduqları qüvvətlə təxmin edilməkdədir. Əsərinin üçüncü bölməsini "Albaniya tarixinə ümumi bir baxış" adlandıran Mirzə Bala Kaqankavatlı "Aqvanlar tarixi" və V əsr müəllifi Xoranatsinin III əsr süryani müəllifi Mar-Aras-Katinadan əxz etdiyi məlumatları ümumiləşdirərək göstərir ki, Böyük Arsak Albaniyanın şimal sərhədlərini təyin edərkən Qafqaz ətəklərində, dağ boğazlarında və keçidlərində yaşayan qövmləri özünə tabe etdirərək onları vergi verməyə məcbur edib.

Mirzə Bala əsərinin "Albaniya adının mənşəyi haqqında" dördüncü bölməsində özünəqədərki müəlliflərin fikir və mülahizələrini şərh etdikdən və bir çox müəlliflərin, xüsusilə də erməni tədqiqatçılarının fikir və mülahizələrini elmi şəkildə rədd etdikdən sonra belə bir nəticəyə gəlib. "Albaniya" dağlıq, yüksəklik, parlaqlıq, igidlik, dövlət, məmləkət, millət və hakimiyyət məfhum və mənalarını bildirir. "Albaniya" türkcə bir kəlmədir. Albanlar türkdür. Albaniyanın etnik təşəkkülü, təkamülü və tarixi türklərlə bağlıdır. Albaniyanın Türküstan və Altay bölgəsi ilə olan münasibətləri yalnız iqtisadi münasibət deyil, daha çox qövmü və mədəni bir mahiyyət daşıyır. Müəllif əsərinə yekun vuraraq göstərir ki, bu qısa tədqiqat işi, tarixin qaranlıqlarına gömülmüş olan milli mənşəyimizin bulunmasıdır.

Azərbaycan "Türk Ocağı"nın ilk kitab layihəsi olan "Azərbaycan tarixində Türk Albaniya" əsərinin maraqla qarşılanacağı şübhəsizdir.

İsmayıl QOCA




Baxış sayı: 864
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30