FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Tariximizdəki matəm günlərini ləğv etmək lazımdırmı?
13-04-2015, 13:20 | TƏDQİQATLAR-ANALITIKA
Tariximizdəki matəm günlərini ləğv etmək lazımdırmı?

Millət vəkili Fazil Mustafa elektron mediada yazılarında bildirib ki, Türk Dünyasının yaranması üçün ilk növbədə tarixdəki matəm günləri ləğv edilməlidir. Bu qədər ağlamaqla normal düşüncə sahibi olmaq tərs mütənasibdir. Hörmətli deputatın fikirləri ilə razılaşmaq olar. Həqiqətən ağlamaqla, sızlamaqla bir qarışda olsa torpağı azad etmək olmaz, həmçinin bu vasitə ilə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq mümkün deyil.

Lakin bu fikir o anlama gəlməməlidir ki, biz millət olaraq matəm günlərindən, işğal təqvimindən bir dəfəlik imtina etməliyik və yaxud bütün bunları etsək bir çox məsələlər öz həllini tapacaq. Burada əsas önəm verilməli məsələ həmin matəm günlərini necə qeyd edilməsindədir. Digər tərəfdən matəm və işğal günləri o zaman qisməndə olsa unudulacaq ki, münaqişəyə və törədilən cinayət faktlarına dünyada ədalətli münasibət olsun. Cinayəti törədən cəza alsın, işğal faktı aradan qalxsın. Təəssüf ki, bu gün bunların heç biri baş verməyib.

Deməli, matəm günlərinin qeyd olunmasına, anma tədbirlərinə, təbliğat məsələlərinə yenidən baxmaq lazımdır. Təbii ki, keçirilən hər bir tədbirin məqsədlərindən biri odur ki, dünya ictimaiyyəti bu münaqişə haqqında ətraflı məlumat əldə etsin, saxtakarlıq edən erməni tərəfinin mahiyyətin bilinsin. Əgər bu məlumatlar hədəfə yetərincə çatmırsa, deməli, nəyi isə dəyişmək lazımdır.

Burada baş verənin faciələrin və ümumilikdə, konfliktin tədqiqindən, kitabların yazılışından, daxili auditoriyanının bütün bunları necə öyrənib qəbul etməsindən başlamaq lazımdır. Çünki müasir tarixşünaslığımızın yazılışında, gənc nəslə çatdırılmasında bir çox hallarda problemlərin şahidi oluruq.. Əgər daxili auditoriya bunu belə öyrənirsə və yaxud belə çatdırılırsa deməli, xaricə ictimaiyyətə çatdırılmasında daha ciddi problemlər var.

Bu yaxınlarda Türkiyənin bir qrup media işçisi Azərbaycana gəlmişdi. Ilkin məlumatlardan, onların davranışlarından bu qənaətə gəlmək olar ki, qardaş ölkənin media təmsilçilərinin Azərbaycanla bağlı bilgiləri yetətincə deyil. Görün, jurnalistika ilə bağlı insanın bu qədər məlumatı varsa, digər sadə vətəndaşların Azərbaycanla bağlı bilgiləri hansı vəziyyətdə ola bilər. Təbliğat məsələlərinə, müxtəlif ağrılı tarıxımızlə bağlı məqamlara, bu sahədə görülən işlərə yenidən baxmaq lazımdır. Hətta daxili auditoriyada, xüsusilə, gənclərin arasında bu işlərin hansı vəziyyət olması bu gün mənim fikrimcə yetərli deyil.

Bir faktı qeyd etmək istərdim. Bu il Xocalı faciəsi ilə bağlı Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birində Səriyyə Müslüm qızının xocalılı uşaqlarından bəhs edən “Böyüməyən Uşaqlar” kitabının müzakirəsində mən də iştirak edirdim. Bir türkiyəli tələbə Xocalı faciəsi ilə bağlı çıxış etdi. Həmin türkiyəli gənc baş verən dəhşətlərə, insan taleyinə, ağrılarına etinasız qala bilməyərək ağladı və çıxışını başa çatdıra bilmədi. Bu mənzərəni seyr edən azərbaycanlı tələbələr isə türkiyəli gəncin bu hərəkətini istehzalı gülüşlərlə qarşıladılar.

Təəssüf ki, türkiyəli gənc tələbə də olan səmiyyəti, Azərbaycan ağrlarını özünküləşdirməyi bir çox azərbaycanlı tələbələrdə görmürəm. Deməli, bir çox problemləri burada axtarmaq lazımdır. Kampaniyaçı təbliğatdan qurtulmaq lazımdır. Matəm günləri, işğal tarixi də qeyd olunmalıdır. İlk öncə bu ağrıları hər kəs daxilində yaşatmaldır. Bayrağımızada, milli faciələrimizə də türkiyəli o gəncin səmimiyyəti olmalıdı.. Saxta vətənətpərvərlik dövlətə də, cəmiyyətə də, millətə də lazım deyil.

Sonda beynəlxalq münasibətlər və dünya ictimaiyyətinin münaqişələrə münasibəti ilə bağlı bəzi məqamları qeyd etmək istərdim. Hazırda dünyada mövcud olan beynəlxalq münasibətlər sistemi, dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsi politologiyada, elmi nəzəriyyələrdə aydın şəkildə göstərilir. Beynəlxalq hüquqa əsaslanan bu metodologiyalar təəssüf ki, yalnız kağız, üzərində, kitablarda, imzalanan sənədlərdə qorunub saxlanılır.

Bu münaqişədə ən ciddi problemlərdən biri odur ki, Qərb, çox məlumatlı dairələr Dağlıq Qarabağla bağlı həqiqəti qəbul etmək istəmir. Həmin qüvvələr bu münaqişədə kimin haqlı kimin haqsız olduğunu gözəl bilsələrdə, yalnız öz maraqları çərçivəsində çıxış edirdlər. Lakin bütün bunlar bizə əsas vermir ki, fəaliyyətimizi dayandıraq. Deməli, daha innovativ, cəlbedici təbliğat vasitələri üzərində dayanmaq lazımdır.


Əkrəm Bəydəmirli



Baxış sayı: 3 298
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30