FACT-INFO.AZ » CƏMİYYƏT » Xarici media azərbaycanlıların tolerantlığından yazıb
27-05-2016, 09:45 | CƏMİYYƏT
Xarici media azərbaycanlıların tolerantlığından yazıb

Avstraliyanın beynəlxalq “Ancient-origins.net” (“Qədim mənşələr”) saytında Azərbaycandakı tolerantlıq haqqında məqalə dərc edilib. “Birlik nümunəsi: Azərbaycanda dini abidələrin inşası və yenidən bərpasının tarixi” sərlövhəli məqalənin müəllifi Diaspor Jurnalistləri Birliyinin sədri Fuad Hüseynzadədir.

qhtxeber.az-a daxil olan məlumata görə, məqalədə qeyd olunur ki, bu gün Azərbaycan dünyada məscid, kilsə və sinaqoq- üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin daşıyıcılarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biridir: “Azərbaycanın Quba rayonunda avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər. Azərbaycan xalqı tolerantlıq keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xarici siyasətçilər, diplomatlar və beynəlxalq qurumların rəsmiləri tərəfindən də yüksək qiymətləndirilib və tanınıb. Bunun bariz nümunəsi 2002 ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar”.

Yazıda Azərbaycan dövləti tarixi-dini abidələrin bərpası və yeni ibadət evlərinin tikintisinə də xüsusi diqqət göstərildiyi bildirilir: “Bu işlərə mümkün olduğu qədər dövlət dəstəyini əsirgəməyib. Ölkəmizdə bu proses həm də onunla fərqlənir ki, tarixi-dini abidələrin bərpası dedikdə yalnız İslama deyil, digər dinlərə məxsus abidələr də nəzərdə tutulur. Katolik kilsəsinin inşası, “Müqəddəs Məryəm” katolik kilsəsində yenidənqurma və bərpası, Qafqaz Albaniyasının mədəni-tarixi irsi olan Kiş məbədinin əsaslı bərpası, Bakıda regionun ən böyük sinaqoqunun dindarların istifadəsinə verilməsi tək Azərbaycanda yox, onun sərhədlərindən kənarda da böyük əks-səda doğurub”.

Müəllif məqalədə vurğulayıb ki, müsəlmanların kilsə tikməsinin dünyada nadir olan faktlardandır: “Azərbaycanlı xeyriyyəçi və mesenatlar da öz hesablarına kilsə tikməklə xristian dininə olan sayqılarını göstəriblər. Hazırda Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən Müqəddəs Jen-Mironsist kafedral kilsəsi bunun əyani sübutdur. Bu kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib. Kilsənin açılışında o dövrün görkəmli siyasi və din xadimləri, o cümlədən rus çarının Qafqazdakı canişini qraf Vorontsov-Daşkov iştirak edib”.

Məqalədə daha sonra bildirilir: “İlk zamanlar məbəd 262-ci Salyan piyada ehtiyat alayının tabeliyində idi və onların mənəvi ehtiyaclarını ödəyirdi. 1920-ci ildə Sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olmuş, onun baş keşişi isə güllələnmişdir. Məbəd kommunist rejimi vaxtı anbara çevrilmiş, bir müddət sonra isə idmançıların ixtiyarına verilərək, idman zalı kimi istifadə olunmağa başlanmışdır. 1990-cı il yanvarın 20-də Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələrinin hücumu zamanı kilsənin dam örtüyünə iki mərmi düşmüşdür. Bunun nəticəsində dam tamamilə dağılmış, döşəmə çökmüş, divarlar isə çatlamışdır. Məbədin yarıdağılmış binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinin sərəncamına verilmişdir. Bakıda Arxiyerey Kafedrasının təsis edilməsindən sonra kilsədə bərpa işlərinin aparılmasına imkan yaranmışdır. Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Moskvada yaşamış Ümumrusiya Azərbaycan Konqresinin sabiq vitse-prezidenti, xeyriyyəçi mərhum Aydın Qurbanovun köməkliyi ilə kilsənin ikinci həyatına qovuşdurulması diqqətəlayiq haldır. O, Müqəddəs Jen-Mironsist kafedral kilsəsinin dirçəldilməsi üçün tələb olunan maliyyə və maddi vəsaitlərinin əsas hissəsini öz üzərinə götürmüşdür”.

Yazıda Bakı və Xəzəryanı yeparxiyanın arxiyepiskopu Aleksandrın Bakıda ən iri pravoslav məbədinin bərpasında Aydın Qurbanovun xidmətləri haqqında fikirləri də yer alıb: “Aydın Qurbanovun Müqəddəs Jen-Mironsist kafedral kilsəsinə çox təəccüblü münasibəti vardı. Elə təəccüblü məhəbbət idi ki, mən onu uşağa münasibətlə müqayisə edirdim. Mən Aydın Qurbanovla ölümündən az əvvəl görüşmüşdüm. Soruşdum ki, Azərbaycan paytaxtında pravoslav məbədinə bu cür münasibətinin səbəbi nədir. O, cavab verdi ki, Azərbaycanda məktəbi qurtarıb və Rusiyaya gedib. Bu ölkədə ali təhsil alıb, həyat yoldaşı tapıb, iş, karyera qurub. Aydın Qurbanov dedi ki, kilsənin restavrasiyası onun üçün rus xalqına minnətdarlığın ifadəsidir və həyatındakı ən qiymətli məqamdır.

Azərbaycanın paytaxtında Rus Pravoslav məbədinin bərpa edilməsində göstərdiyi xidmətlərə görə Moskva və Ümumrusiya Patriarxı II Aleksi müsəlman xeyriyyəçini “Pravoslav Ordeni” ilə təltif etmişdir”.  Qeyd edək ki, DJB sədri Fuad Hüseynzadənin bu məqaləsi “Tolerantlıq nümunəsi: kilsə tikən azərbaycanlılar” başlığı ilə Rusiyanının “Berlek” geosiyasi araşdırmalar mərkəzinin saytında da dərc olunub.

 Məqalələri aşağıdakı linklərdən oxumaq olar: http://www.ancient-origins.net/ancient-places-asia/example-unity-history-constructing-and-reconstructing-religious-sites-azerbaijan-020828

http://berlek-nkp.com/analitics/5278-primer-tolerantnosti-azerbaydzhancy-stroyaschiesya-cerkov.html




Baxış sayı: 1 961
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30