FACT-INFO.AZ » CƏMİYYƏT » Bu davam edərsə, sərt karantin tətbiq olunmalıdır – İnfeksionist
11-08-2021, 09:30 | CƏMİYYƏT
Bu davam edərsə, sərt karantin tətbiq olunmalıdır – İnfeksionist

Son günlər dünyada müşahidə edilən epidemioloji vəziyyət həyəcan təbili çalmağa əsas verir. Xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstanda COVİD-19-a yoluxma hallarında kəskin artım müşahidə edilməkdədir. Diqqət etsək, görərik ki, qonşu Türkiyədə gündəlik yoluxma son 3 ayda maksimum həddə çatıb. Belə ki, iyul ayı ilə müqayisədə yoluxanların sayı 6 dəfə artıb. İyunda bu rəqəm 5-7 min idi, indi isə 22-25 min təşkil edir. Qeyd edək ki, Gürcüstanda da son sutkada 3344 nəfər yoluxub, 30 nəfər vəfat edib. Rusiyada yalnız paytaxt Moskvada son sutkada yoluxanların sayında 20 faiz artım qeydə alınıb. İranda yoluxma sayında son vaxtların maksimum göstəricisi qeydə alınıb – bir gündə 39 min 619 yoluxma. Qonşu ölkələrdə yoluxma sayının bu cür artması Azərbaycana da mənfi təsir göstərib. Ölkəmizdə yoluxma və virusdan ölüm hallarının artması narahatlıq doğurur. 2 həftə əvvəl Azərbaycanda gündəlik yoluxma sayı 272 idisə, son statistik məlumatda bu say 1220 nəfər təşkil edib. Son günlər xəstəxanalara müraciət edənlərin, ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımın olduğu deyilir. Bu gedişlə yenidən məhdudiyyətlərin tətbiqi danılmazıdır.

Bu arada ölkəmizdə vaksinasiya prosesi sürətlə davam etdirilir. Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlaması, COVİD-19-la effektli mübarizə üçün dövlətin həyata keçirdiyi tədbirlər sayəsində müsbət nəticələr əldə olunub. Eyni zamanda pandemiyanın ilk günlərindən virusla mübarizə üçün zəruri infrastruktur yaradılıb, bütün texniki-təşkilati məsələlər həll edilib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanı COVİD-19-la mübarizədə nümunəvi ölkə adlandırması görülən işlərin göstəricisi sayıla bilər.

Bununla belə, son günlər karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılışı, şənlik mərasimlərinə icazə, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olub.

Bəs nə etməli, yoluxma sayının yenidən azalması üçün sərt karantin rejimi tətbiq olunmalıdırmı? Yoxsa başqa çarə də var?

Fact-info.az xəbər verir ki, bu barədə Musavat.com-a danışan Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov yoluxma sayı artmaqda davam edərsə, sərt karantin rejiminin tətbiq olunmasının vacibliyini deyib.

“Son günlər vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artmasını müşahidə edirik. Yay fəsli ilə bağlı turistlərin axını, yaxud başqa ölkələrə turistlərin getməsi hamısı faktdır. Koronavirusla mübarizədə hazırda ən effektiv üsul vaksinasiyadır. İnsanlar yoluxsa da, heç olmasa xəstəliyi yüngül keçirirlər. Hazırda elə xəstələrə rast gəlirik ki, iki doza vaksin olunub, amma yoluxub. Bu insanlarda xəstəliyin klinik gedişatı əvvəlkinə nisbətən yüngül keçir. Məsələn, hərarət yüksək olsa da, qısamüddətli olur. Əvvəllər yoluxanlarda kəskin tənəffüs çatışmazlığı olurdu. İndi həmin əlamətlər yüngül formada gedir.

İnsanlar özləri bu məsələdə məsuliyyətli olmalıdırlar. Sərt karantin rejiminin tətbiqini istəmirlərsə, tibbi maskadan istifadə etsinlər, ara məsafə saxlasınlar, gigiyena qaydalarına riayət etsinlər, dezinfeksiyaedici məhlullardan istifadə etsinlər. Bu zaman qapanmalara getməyə də ehtiyac qalmazdı. Özümüzdən asılıdır. Amma əməl etmirik axı. Karantin rejimi ləğv olunan kimi insanlarda arxayınlaşma yaranır, hərə öz istədiyini edir”, – İ.Bayramov bildirib.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov isə deyib ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir:

“Hazırda COVİD-19-la bağlı epidemioloji vəziyyətin mənfi dinamikasını müşahidə edirik. Bu, bir tərəfdən gündəlik yeni yoluxma hallarının sayının çoxalması, infeksiyanın aşkarı üçün götürülən spesifik test nümunələrində pozitiv nəticələrin faizlə miqdarının, eyni zamanda aktiv xəstə sayının artımı və xəstəlikdən sağalan insanların yeni xəstələnənlərlə müqayisədə az miqdarda olması ilə özünü göstərir. Yoluxma sayının artımına səbəb olan bir neçə əsas faktorları sadalamaq istərdim. Pandemiya təcrübəsini nəzərə alsaq görərik ki, yoluxma hallarının azsaylı olduğu dövrlərdə hər dəfə karantin qaydalarında yumşalmalara getdikdə müəyyən vaxt keçdikdən sonra yenidən yoluxma sayında artım baş verir. Çünki infeksiyanın yayılmasında ən önəmli faktor insan təmaslarının artmasıdır. Məhz yumşalmalar buna gətirib çıxarır. Bu gün əvvəlki dövrlərdən fərqli olaraq müxtəlif kütləvi tədbirlərin keçirilməsinə icazə verilib, metronun fəaliyyəti bərpa olunub, iri ticarət mərkəzləri işləyir. Lakin əhalinin müəyyən hissəsində qapalı məkanlarda maskanın taxılması, sosial məsafənin gözlənilməsi və s. kimi qoruyucu tədbirlərə laqeyd münasibətini izləməkdəyik. İnsanlar bir tərəfdən yorulub, bir tərəfdən də arxayınlaşıblar. Digər səbəb isə virusun daha yoluxucu mutant variantlarının ölkəmizə daxil olmasıdır. Ən sürətli yayılan “Delta” ştammının da bu artıma töhfə verməsi göz önündədir. Ancaq bir daha əhalinin nəzərinə çatdırmaq istərdim ki, pandemiya hələ bitməyib, davam edir və biz bu məsələdə çox diqqətli olmalıyıq”.

Baş infeksionist yeni mutant ştammların fərqindən də danışıb:

“Yeni ştammlar öz klinik və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, daha qısamüddətli gizli dövrdən sonra özünü büruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur”.

T.Eyvazov virusdan qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb:

“Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu, iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, bir o qədər epidemioloji durumu nəzarətdə saxlamağa imkan yaranar. Artıq dünya təcrübəsi də bunu deməyə əsas verir ki, pandemiyadan qurtulmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni virus yayan insanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVİD-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni peyvənd olunmuş insanların böyük əksəriyyəti ya yoluxmur, hətta yoluxarsa da belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Artıq qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin hər bir vaksin olunmuş şəxs də yoluxmadan tam sığortalanmadığı üçün onlar da hələlik qoruyucu vasitələrdən digərləri kimi istifadə etməlidirlər.

O ki qaldı yeni mutant ştammlara vaksinlərin təsir göstərməsinə, bu barədə müxtəlif araşdırmalar aparılır. Ümumdünya Səhiyyə Təşkilatı istifadəsinə icazə verilmiş bütün vaksinlərin mövcud ştammlara qarşı təsirli olduğunu bəyan edib. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bu vaksinlərin effektivlik göstəricisi yeni ştammlara münasibətdə bir qədər az olsa da, hələ yetərli səviyyədədir. Onu da qeyd etmək lazımdır ki, yalnız kütləvi vaksinasiya yolu ilə virusun artıb-çoxalmasını əngəlləməklə eyni zamanda yeni mutasiyaların əmələ gəlməsinin qarşısını almaq mümkündür. Vaksinasiya son aylarda daha sürətli gedir. Operativ Qərargah hər gün 40-60 min insanın peyvənd olması haqda məlumatlar yayır. Ümumilikdə görürük ki, artıq 5 milyondan çox insan peyvənd olunub ki, bunların da 2 milyondan çoxu iki dozanı alıb. Bildiyiniz kimi, vaksinin qoruyuculuğu ikinci dozadan bir müddət sonra formalaşır. Epidemik prosesin qırılması üçün isə daha çox, yəni kütlənin təxminən 70-80 faizinin tam vaksin olunması məqbul sayılır. Bu baxımdan yaxın vaxtlarda əhalinın yarıdan çoxunun tam peyvənd olunacağı mümkündür. Onu deyə bilərəm ki, hazırda yoluxanların böyük əksəriyyəti vaksin olunmayan şəxslərdir. Yadda saxlamaq lazımdır ki, az saylı da olsa peyvənd olunmağa həqiqi əks-göstərişi olan insanlar da mövcuddur. Ona görə də peyvənd olunanların sayı artdıqca, həmin əhali qrupunu da qorumuş oluruq”.




Baxış sayı: 798
Azərbaycan əhalisinin sayı açıqlandı Bu gün, 17:00 Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7 ayda 13 milyard kubmetrdən çox qaz nəql edilib Bu gün, 17:00 “Əsas məqsədimiz İranın nüvə silahına malik olmasına yol verməməkdir” - Tramp Bu gün, 15:30 Azad edilmiş ərazilərdə daha 132 mina, 614 PHS aşkarlanıb Bu gün, 14:30 DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib Bu gün, 10:30 Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb Bu gün, 10:00 Tarixin yaddaşına işıq salan alim — Qafar Cəbiyev Bu gün, 09:30 Eşqin Abbasov – Qəhrəmanlıqla ucalan ömür Dünən, 18:00 Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür Dünən, 16:30 Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb Dünən, 10:30 Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var Dünən, 09:00 Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib Dünən, 08:00 Qazaxıstanın Orta Dəhliz strategiyası Azərbaycan üzərindən Pakistan üçün yeni imkanlar yaradır 15-08-2026, 11:00 Türk dünyasının mədəni dialoqu: “Yol səni səslər” rus dilində 15-08-2026, 10:30 Azərbaycanın mədəni irsi Fransada keçirilən beynəlxalq folklor festivalında təqdim olunub 15-08-2026, 09:00 Türkiyə mediası: Antiterror əməliyyatları zonasından hərbi bazaların çıxarılması müzakirə mövzusu deyil 14-08-2026, 21:00 Quba rayonunda zəlzələ baş verib 14-08-2026, 21:00 Washington hosts event on “Cholpon-Ata Summit and Next Steps for Trans-Caspian Cooperation” 14-08-2026, 17:00 “Azərbaycanla münasibətlərin yeni səhifəsini birgə yazmağa hazırıq” - Səfir 14-08-2026, 16:00 Мировые медиа широко осветили заявления Президента Ильхама Алиева, сделанные в Нахчыване 14-08-2026, 14:00 Kəlbəcərdə minanın partlaması nəticəsində yaralanan şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır 14-08-2026, 11:30 Pakistan səfiri: Regionda sülhün təmin olunması üçün səylərimizi davam etdiririk 14-08-2026, 11:00 “Əfzələddin Xaqani Şirvani” adlı elektron məlumat bazası istifadəçilərə təqdim edilib 14-08-2026, 10:30 Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın şəhərləri arasında əlaqələr qurulur 14-08-2026, 10:00 Xankəndi şəhərinə növbəti köç yola salınıb 14-08-2026, 08:00 Ailə arxivləri miqrasiya və demoqrafik proseslərin öyrənilməsi baxımından mühüm mənbədir 13-08-2026, 21:00 Kəlbəcərdə mina partlayıb, bir nəfər yaralanıb 13-08-2026, 19:00 Səhiyyə Nazirliyi və QHT Agentliyi QHT-lər üçün birgə infosessiya keçirib 13-08-2026, 17:00 Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb 13-08-2026, 17:00 President Ilham Aliyev was interviewed by Azerbaijan Television in Nakhchivan 13-08-2026, 15:00
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31