FACT-INFO.AZ » AKTUAL » "Azərbaycanda qaçqınlar üçün görülən işlərdən çox təsirləndim"
6-07-2015, 09:20 | AKTUAL
"Azərbaycanda qaçqınlar üçün görülən işlərdən çox təsirləndim"

Dünya şöhrətli reper Mişel Praz ANS-ə müsahibə verib. Onu həm də ABŞ prezidentinin şəxsi dostu kimi də tanıyırlar. Amma cənab Praz bizə Haiti dövlətinin həyatında oynadığı xüsusi rola görə maraqlı gəldi. 
Sizə Mir Şahinlə Mişel Prazın maraqlı söhbətini təqdim edirik: 
- Cənab Praz biz sizi Azərbaycanda iki cəhətinizə görə tanıyırıq. Biri məhşur Mişel Martey haqqında çəkdiyiniz filmə, digəri isə Obamanın dostu olduğunuza görə. Birinci sualım Mişel Martey haqqında çəkdiyiniz filmlə bağlıdır. Siz doğurdanmı onu prezident etmək üçün o filmi çəkmişdiniz? Yoxsa siz filmi çəkdiniz təsadüfən elə oldu ki, oldu Haitinin prezidenti. 
- Bəli, onunla görüşdüm və prezidentliyə namizədliyini irəli sürməsi üçün fikrimi bildirdim, çünki düşünürdüm ki, 2010-cu ildə Haitidə baş vermiş zəlzələdən sonra bu ölkənin dəyişikliyə ehtiyacı var.
- Sizcə bu eksprement uğurlu sayıla bilərmi? Siz bu gün sevinirsizmi ki, sizin proyektiniz Haitinin prezidentidir. Bununla fəxr edirsiniz, yoxsa hansısa başqa bir hiss var. Məsələn, müəyyən mənada peşmançılıq. 
- Həm bəli, həm də xeyir. Bəli, ona görə ki, hər hansı bir qərar qəbul etdikdə, onun yaxşı, ya da pis təəssüratlarını yaşayırsan. Xeyr, ona görə ki, onun nailiyyət əldə edəcəyinə ümid edirdim, amma bu, baş verməyə də bilərdi. Məsələnin müsbət tərəfi isə o idi ki, bu, Haitinin gələcəyi üçün başlanğıc idi.
- Sizcə necə oldu Haiti kimi bir ölkədə təsadüfü bir adam, şou biznesdən gəlmiş birisi dövlət başçısı ola bildi. Hansı şərait var idi buna, hansı səbəblər bunu mümkün elədi. 
- İnsanları idarə etdikdə, onlar da səni dəstəkləməlidirlər. Əgər insanların dəstəyini qazana bilsəniz, onların xeyrinə nəsə yaxşı bir şey etmək üçün sizdə iradə yaranır. İnsanın daxili aləmini bilmək olmur. Bəzi insanları rəhbər vəzifəyə gətirdikdə, onlar xalq və özündən sonra qoyacağı irs barədə düşünürlər. Bəziləri isə təəssüf ki, rüşvətxora çevrilirlər. İnsan siyasi əlaqələri olan biri ilə yoldaşlıq edə bilər, lakin bu, o demək deyil ki, sən də mütləq onun yolunu tutub getməlisən. Musiqiçinin işi risklidir, lakin indiyə qədər bir çox sənət adamları olub ki, onlar daha sonra rəhbərə çevriliblər. Məsələ, Ronald Reyqan, Arnold Şvartzneqer, hansı ki, film ulduzu olub.
- Bəs Obama ilə necə tanış olmusunuz? Prezident olan qədər, yoxsa prezident olandan sonra.
- Hə, bu, o, prezident elan edilməmişdən bir qədər əvvəl baş verdi. O, senator olan zaman biz onunla görüşdük. Onun prezidentliyə namizədliyini verəcəyini gördükdə, onun tərəfdarına çevrildim. Onun kimi bir insanın ən yüksək vəzifəyə sahib olmasını istəyirdim. O, Çikaqoda olduqda, mən onu bir qədər izlədim və onun Amerikanı idarə edə biləcək çox perspektivli bir namizəd olduğunu gördüm. Həmçinin, o, Amerikanın ilk afroamerikalı prezidenti olacaqdı.
- Amerikanın prezidenti sizin bir mahnınızı çox sevir. “Killing Me Softly” (Məni yavaş-yavaş öldür) necə bilirsiz sizi bu mahnının o sözlərinə görə çox sevir. O, bəlkə yavaş-yavaş öldürməyi çox sevdiyindən bu mahnını sevir. Yoxsa sadəcə olaraq bir mahnı kimi sevir.
- Düşünrəm ki, o, digər bir mahnını “Redi Or Nat” adlı mahnını daha çox sevir. “Killing Me Softly” isə bütün dünyada məşhurlaşıb. Lakin bu mahnı sevgi haqdadır. Zorakılıq haqda deyil. İnsan sevdikdə, eşq elə bir rəqibə çevrilir ki, onu sözlə, mənəvi gücünlə yavaşca öldürürsən. Mahnı bunu təqdim edir. Lakin, düşünürəm ki, onun azarkeş olmasına səbəb “Fyucis” qrupunun təbliğ etdiyi ideya idi. Sözün özü Refyuciz sözünün qısa formasıdır. Bizim missiyasımız, konseptimiz evlərindən, yurdlarından qaçqın düşən insanlar idi, lakin biz təkcə Haiti qaçqınlarını deyil, bütün dünya qaçqınlarını əhatə etməyə çalışırdıq. Biz bunu təqdim edirdik. Ona görə də qrupun mahnılarını dinləyən hər kəs bir növ mahnıların ona da aid olduğunu hiss edirdi. Düşünürəm ki, məhz buna görə qrup və təqdim etdiyimiz musiqi çoxsaylı azarkeş topladı.
- Məndə olan məlumata görə, Hillari Klintonla işləyirsiz. Sizcə o, da prezident olacaq?
- Buna Amerika xalqı qərar verəcək. Düşünürəm ki, onun şansı digərlərindən daha çoxdur. O, uzun müddətdir ki, siyasətdədir və kifayət qədər tutarlı tərcümeyi-halı var. Lakin bu, Amerika xalqından asılıdır.
- Ümumiyyətlə xaraktercə necə adamsınız, qorxmursuz? 
- Vəziyyətdən asılıdır. Hər bir məsələyə eyni cür yanaşa bilməzsən. Xarakter olaraq isə onu deyə bilərəm ki, əgər nəyinsə doğru olduğuna inanıramsa, mütləq onun arxasınca gedirəm. Amerikada belə bir deyim var, “Risk nə qədər böyük olsa, mükafat da bir o qədər böyük olar”. Lakin mən həmişə həqiqət axtarışında olmuşam. Bunun doğru yol olduğuna inanıram. Və elə ona görə də buradayam. Mən gəldiyim yerdə insanların çoxu Azərbaycan barəsində heç nə eşitməyiblər. Onlara Azərbaycana gedəcəyimi dedikdə, bu ölkənin coğrafi məkanını izah etmək üçün Azərbaycanın İranın, Rusiyanın sərhədlərində olduğunu demək məcburiyyətində qaldım. Başa sala bilmirdim. Mənə deyirdilər ki, getmə, bu çox təhlükəlidir. Lakin mən özüm həqiqəti görmək istəyirdim. Və bura gəldim. Bəziləri deyir bu risklidir. Dünyanın istənilən yerindən asılı olmayaraq, xüsusilə, əgər məsələ qaçqınlar və məcburi köçkünlərlə bağlıdırsa, həqiqəti məhz bu cür dünyaya çatdırmaq mənim tərzimdir. Bunun doğru olduğuna inanıram. Və bir sənətçi kimi olduğum platformada bunu etmək mənim vəzifəmdir. Çünki dünyanı gəzə bilmək üçün imkanım var. Ona görə də, bu mənim üçün bir öhdəlikdir. Mən qaçqın olmağın və ya qaçqın oğlu olmağın nə olduğunu anlayıram. Bu baxımdan risk etməyi sevirəm, amma işimi ehtiyatlı tuturam.
- Bilirsinizmi mən nə üçün qorxu barədə soruşdum. Çünki mən bilirəm ki, siz ən təhlükəli zonalardan birində olmusunuz. Və sizi Somalidə dəniz quldurları girov götürüblər. Tək sizi yox bütöv bir gəmini, gəminin kapitanı, o cümlədəndə sizi. O zaman sizin ilk olaraq ağlınıza gələn nə oldu? Girov götürüblər sizi dünyanın ən təhlükəli adamları... 
- Somalidə girov düşdükdə ağlıma gələn ilk şey, yəqin ki, ölüm idi. Bu barədə düşünürdüm. Missiyamın bitmək üzrə olduğunu hiss etdim. Buradan bir nəticə çıxarmaq lazım idi. Bilmirdim nə ola bilər. Düşünürəm ki, mən hansısa missiya üçün buradayam. Lakin missiyanın nə olduğunu bilmirəm. Çünki Somali, Şimali Koreya və ya Yəmənə getməkdən başqa görüləcək işlər də çoxdur. Yaşadığım yerdə insanlara dünyanın müxtəlif ölkələrindən fərqli faktlar çatdırmağı xoşlayıram. Bu, onların bilmədiyi və ya haqqında yalnış fikirdə olduqları nəsə ola bilər. Bəlkə də, bu axmaqlıqdır. Bilmirəm. Lakin etdiyim iş mənə rahatlıq gətirir. Bura gəldim və qaçqınlar düşərgəsinə getdikdə, oradakı düşərgənin Haiti və ya Dominik Respublikasındakı qaçqın düşərgələrindən fərqli olmadığını gördüm. Lakin bir məsələ var ki, burada hökumət dünyanın digər yerlərindən fərqli olaraq qaçqınlar üçün daha böyük işlər görüb. Ən çox bundan təsirləndim. Düşünürəm ki, hökumətin burada qaçqınlar üçün etdiyi işlər əvəzsizdir.
- Əlbəttə mən o qədər sadəlövh deyiləm ki, ANS-in Qızıl fondundan sizə gətirib çatdırdığımız qaçqınlar haqqındakı arxiv kadrlarını prezident Obamya çatdıracağına şəxsən inanım. Amma bütün bunlara baxmayaraq ANS-in Qızıl fondundan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində qaçqın düşmüş insanları taleyilə bağlı çoxlu kadrlar var və onlardan birini disk şəkilində sizə təqdim etdik. Yəqin ki, siz onu özünüzlə aparacaqsız. Bu mənada sizin qaçqınlığınızla, bizim qaçqınlığımız hətta biraz qohumdur. Nə edəcəksiniz bizim bu qaçqınlarımız haqqında əlinizdə olan məlumatlardan. Bundan nə düzəldəcəksiz, nə alınacaq –mahnımı, repmi düzəldəcəksiz, yoxsa filmi çəkəcəksiz, məqsəd nədir? 
- Düşünürəm ki, bu, sənədli bir film olacaq. Məqsədim dünyaya daha əvvəl eşidilməmiş bir əhvalatı çatdırmaqdır. Bunu Qərbə göstərmək əsas məqsədimdir. İnsanların daha əvvəl haqqında bilmədiyi faktları dünyaya çatdırmaq istəyirəm. Mən özüm gördüyüm kimi. Mənim buraya gəlməyim üçün heç bir motiv yoxdur. Sadəcə, gəldim gördüm və öz ölkəmə də bu həqiqəti bildirmək istəyirəm. Qoy onlar qərar versinlər. Məsələ bundadır ki, onlar həqiqəti olduğu kimi görəcəklər. Mən hansısa bir xəbər agentliyindən deyiləm. Heç bir gündəm istəmirəm. Mənim gündəmim tamamilə həqiqətlə bağlıdır. Haitidə, Somalidə, Şimali Koreyada və burada - Azərbaycanda olan həqiqətlə bağlı. Həqiqət həmişə üstün olacaq.
Sizə təşəkkür edirəm! Azərbaycana gəldiyinizə, Azərbaycanın qaçqınları ilə maraqlandığınıza, ANS-ə verdiyiniz eksklüziv müsahibəyə görə çox sağ olun. Və mütləq geri qayıdanda ən yaxın dostunuza təbii ki, cənab Obamaya Azərbaycandan, o cümlədən də ANS-dən salam çatdırın. 
ANS TV


 



Baxış sayı: 2 368
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031