2020-05-18 15:15:58 | CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bilər?

.

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı cavab vermək çətindir. Azərbaycan cəmiyyətində QHT-lər haqqında, bu sahənin mahiyyəti ilə bağlı fikirlər xeyli dərinləşib. Mövcud pandemiya şəraitinə baxmayaraq, dünyada gedən proseslər, ölkə daxilində davam edən qaçılmaz islahatlar, kadr dəyişikliyi QHT sisteminin təmərkürləşməsini özündə ehtiva edir.

İctimai sektorun bu vaxta qədər davam edən fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaq Azərbaycanda QHT-lərin bir çoxu cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüblər. Prezident yanında QHT-yə Dövlət Dəstəyi Şurasının layihələrinə diqqət yetirsək görərik ki, Azərbaycanda QHT-lər nə qədər fədakarlıq göstəriblər. Bəlkə də hər hansı nazirliyin böyük məbləğdə vəsait hesabına görəcəyi işi QHT-lər az bir maliyyə ilə icra ediblər. Hətta həmin layihənin hesabatı ictimaiyyətə təqdim olunub.

Lakin bu, sahədə çox ciddi problemlər qakmaqdadır. Niyə görə QHT ictimai nəzarəti təmin edə bilmir? Bunun bir sıra səbəbləri var. Bunlardan biri maliyyə çatışmazlığıdır. Əgər QHT hər hansı dövlət strukturuna müraciət edərək bildirsə ki, pul ver sənin fəaliyyətini monitorinq edim, ictimai nəzarəti təşkil edim. Bu normal hal olmaz. Hətta QHT-nin belə məqamda ictimai nəzarəti necə təşkil edəcəyi ilə bağlı suallar yaranacaq. Bəs, onda bu vəsaitləri QHT haradan tapsın.

Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır. Pandemiyaya qədər çağdaş dünyada, xüsusilə, Avropa məkanında yardımlaşma, xeyriyyəçilik işi kifayət qədər inkişaf etmişdi. Bəs, həmin müsbət ənənələr bizdə niyə inkişaf etmir? Bu məsələ üzərində düşünmək lazımdır.

Biz qht təmsilçisi olaraq dəfələrlə “İctimai iştirakçılıq haqqında” qanunu əsas tutaraq bir çox nazirliklərə, özəl şirkətlərə əməkdaşlıq üçün məktubla müraciət etmişdik. Təəəssüf ki, cavab məktubu ala bilmirik. Mənim təklifim ondan ibarətdir ki, bir çox sənədlərdə, o cümlədən “İctimai iştirakçılıq haqqında” qanunda həm dövlət qurumlarının, həm də özəl şirkətlərin bu proseslərə necə cəlb olunması və qanunlara əməl etməyən hər hansı tərəfin məsuliyyəti açıq şəkildə göstərilməlidir. Xahiş, minnətlə deyil, qanunların icra mexanizminin tapılması ilə bu məsələni çozmək olar.

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bu sahədə mövcud olan qanunları təkmilləşdirməklə bərabər ən azından ictimai qınaq mexanizminin dərinləşməsi barədə düşünmək olar. QHT-lərlə fəal şəkildə əməkdaşlıq etməyən, heç bir xeyiriyyə aksiyalarına qoşulmayan özəl şirkətlərin, bəzi rəsmi qurumların etinasızlığı barədə ictimaiyyətə məlumatlar təqdim etmək lazımdır. Onu da unutmaq olmaz ki, bu gün maliyyə çevrəsini genişləndirməklə QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib. Dövlət başçısının islahat kursuna, yeni qurulan idarəetmə modelinə dəstək olmaq, cəmiyyətdə şəffaflığa töhfə vermək, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli davam etməsi üçün QHT iqtisadiyyatı formalaşmalıdır.

Müşahidələr onu göstərir ki, ötən dövrlərdə QHT sahəsinə kütləvi axın, kim gəldi, necə gəldi təşkilat yaratması, bir sözlə “QHT bumu” heç də uğurlu variant olmayıb. Bəzi şəxslər qazanc götürmək məqsədilə öz yaxınlarının, tanışlarının adlarına xeyli sayda QHT yaradıblar. Eyni şəxslərə məxsus olan həmin təşkilatlar müxtəlif yerlərdən maliyyə vəsaitləri əldə etsə də ortada ciddi nəticə və hesabatlılıq görünmür.

Azərbaycan cəmiyyəti belə QHT-lərdən qurtulmalıdır. QHT-yə Dövlət Dəstəyi Şurasının qrant müsabiqələrinə təqdim olunan layihələrdə layhənin peşəkar hazırlanması ilə bərabər layihə rəhbərinin bütün keyfiyyətləri nəzərə alınmalıdır. Elə insanlar var ki, onlar bir neçə vəzifədə çalışırlar. Onların QHT-də çalışmağa zamanı yoxdur. Ancaq yenə həmin şəxslərin adlarını qrant müsabiqəsinin qaliblərinin siyahısında görmək mümkündür.Təbii ki, heç kimə qadağa qoyub demək olmaz ki, sən layihə təqdim etmə və yaxud təşkilat yaratma. Ancaq hər şeyin bir əndazəsi olmalıdır.

Yazılarımızda dəfələrlə bunu qeyd etmişik. QHT-yə Dövlət Dəstəyi Şurası səmərili iş görən və görmək gücündə olan QHT-lərlə uzun müddətli tərəfdaşlığa start verməlidir. Yəni Şura tərəfindən həmin təşkilatlara müsabiqədən kənar müxtəlif sahələr üzrə sifarişlər verilə bilər. Etibarlı tərəfdaşlar arasında bu çox normal hal olar. Unutmaq olmaz ki, QHT sahəsinə yatırılan sərmayələr, vəsaitlər bu sistemdə çalışan insanların varlanmasına deyil, bu, əslində cəmiyyətin inkişafına, dolayası ilə həmin maliyyənin dövlət büdcəsinə yenidən qayıdışına xidmət edir.

Yekunda mənim qənaətim belədir ki, Azərbaycanda müxtəlif beyin mərkəzləri, tədqiqatla məşğul olan rəsmi strukturlar QHT sektorunun potensialını düzgün dəyərləndirməlidir. Dövlətin yeni qurulan idarəetmə sistemində, ictimai nəzarətin təşkilində, informasiya müharibəsinin daha peşəkar səviyyədə davam etməsində və digər sahələrdə QHT sahəsində çalışan imanlı və dürüst insanların intellektual potensialından faydalanmaq lazımdır.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2669
Digər yazılar
Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14 Prezident İlham Əliyev: Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasəti onun faşist mahiyyətini bütün dünyaya göstərir 2020-09-27 14:05:59 Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13