2020-04-06 18:20:43 | QHT VƏ MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə

Cahangir MƏMMƏDLİ BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl kimi bu şəhəri də viran qoydu. O vaxtlar Vahid Qazi - mənim də tələbəm olmuş ağdamlı publisist belə silsilə məqalələr yazmışdı: “Ağdam - ruhlar şəhəri”. Əvvəlcə mətbuatda dərc olunan, sonra isə kitab halında işıq üzü görən bu yazıları hər dəfə yenidən xatırlayanda içimdəki ağrılar təzədən yanır və bir zamanlar səsli-küylü, Qarabağın gözü olan bu şəhərin xiffətini çəkirəm. Ən çox ona yanıram ki, Qarabağı, onun gözü olan Şuşanı, Ağdamı düşmən xaraba qoyanda, “ruhlar şəhəri”nə çevriəndə dünya bilə-bilə, görə-görə susdu. BMT - indi adi bir QHT gücündə belə olmayan bu təşkilat gözdən pərdə asan dörd qətnamə qəbul etdi, amma icrasını vecinə almadı.

Yadima düşür ki, İkinci dünya müharibəsinin axırlarında faşist Almaniyasının Avropanın bir çox ölkələrini, SSRİ-nin bir çox ərazisini zəbt edəndə ABŞ, İngiltərə, Fransa, İtaliya kimi güclü qəflət yuxusundan ayıldı, bu “qələbələrdən” sonra Hitlerin zəbtetmə siyasətinin onlara da çatacağını dərk edib SSRİ-yə köməyə gəldilər və Hitleri məğlub etdilər.

Amma havadarlarının dəstəyi ilə Azərbaycanın Qarabağını qara günlərə salan Ermənistana “gözün üstə qaşın var” deyən olmadı. Çünki bu işğalın Avropaya, Asiyaya, Amerikaya bir “zərəri” yox idi. Amma, necə deyərlər, göydə Allah var axı! Haqsız zülmə, qatilə dəstəyə Allah dözmür və günün birində özgə zülmünə etinasızlara bu təcrübənin insafsız olduğunu qandırır: Koronavirus anında olduğu kimi.

Dünya koronavirus azarına düçar oldu. İlk dəfə Çində görünən, bu ölkəni zəbt edən koronavirusa da əvvəl-əvvəl “mənə nə” deyən dövlətlər tapıldı. Bir az keçdi və bu koronavirus Qarabağ zülmünə, erməni əclaflığına etinasız yanaşan, hətta bəzən açıq, bəzən gizli bu istilaçı dövlətə dəstək çıxan bir sıra Avropa ölkələri də, okenlarla əhatələnmiş ABŞ da, Asiya və Afrika da bu koronavirusun bəşəri bir bəla olduğunu hamıdan çox hiss etdi. Avropanın şəhərləri, bu şəhərlərin izdihamlı meydanları boşaldı, rəsmi karantin bu özündənmüştəbeh ölkələri ruhlar məbədinə, onların iri-iri paytaxtlarını “ruhlar şəhəri”nə çevirdi.

Koronavirus Yer kürəsini ruhlar planetinə döndərdi. Bu, çox ağır hadisədir. Heç kim, heç kəs bunu ən qəddar düşməninə də arzu etməzdi. Amma neyləyək ki, indi Yer kürəsi dost-düşmən tanımayan bu koronavirus müharibəsindən xilas üçün şəhərləri, meqapolisləri boşaltdı və planetin özü ruhların ixtiyarına verildi.

Ermənistan və onun havadarları Azərbaycana zülm edəndə, mənim Qarabağımı, səsli-küylü Ağdamımı “ruhlar şəhəri”nə döndərəndə susan dövlətlər “ruhlar şəhəri”nin nə demək olduğunu yəqin indi başa düşərlər. Tanrı zülmə etinasızlığı sevmir. Bir dövlətin digər dövlətə, bir xalqın digər xalqa haqsız zülmünə hər etinasızlıq Allahın tövbə üçün göndərdiyi neçə-neçə fəlakətlərə yol aça bilər.

Ağdam özünün qədim-müasir görkəmi ilə, məscidləri, mədəniyyət saray kimi evləri ilə, pislik bilməyən, nankorluq bacarmayan, iki daşın arasında belə özünü dolandıran insanları ilə dünyaya sevgi timsalıdır. Onu ruhlar şəhərinə çevirənlərin əməllərinə etinasızlığı kim bağışlasa da, Tanrı bağışlamaz.

Baxış sayı : 421
Vətən müharibəsində şəhidlərimizin sayı açıqlandı 2020-12-03 15:00:46 Ermənilər Gürcüstan sərhədində buraxılış məntəqəsini hansı məqsədlə açır? 2020-12-03 10:20:40 “Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır” 2020-12-03 09:50:31 Ermənistanın təcavüzü nəticəsində Füzuli və Cəbrayılın işğal olunmamış ərazilərinə dəymiş ziyan müəyyənləşdi 2020-12-03 09:30:47 Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib 2020-12-03 09:10:46 Banklar şəhid ailələrinin kredit borcları ilə bağlı qərar verdi 2020-12-03 08:00:56 Uğur olsun, igid əsgər! 2020-12-03 07:30:41 Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir 2020-12-02 19:35:20 8 Noyabr - Azərbaycanda Zəfər Günü kimi təsis olundu 2020-12-02 19:25:06 Prezident İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək sessiyanın gündəliyi açıqlandı 2020-12-02 15:50:44 General Yücel Karauz: Azərbaycan işğal altındakı torpaqları azad edərək dövlətçilik tarixində şanlı səhifə yazdı 2020-12-02 08:50:59 “Qarabağ – mədəniyyətimizin beşiyi”: Mamayı məscidi 2020-12-02 07:40:43 Azərbaycan bütövdür! 2020-12-02 07:35:02 Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi 2020-12-02 06:45:22 “Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir? 2020-12-02 06:45:17 Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28