QHT və MEDİA

Bayrağım!

Şahnaz Azər-Türk Ağamir

Bayrağım Hilalın nə gözəl nur verir sənə,

Üçrəngli libasın min aləm yenə,

Hazır ol vətənin Zəfər gününə,

Ad günün mübarək ,ipək Bayrağım!

Sən milli ruhumun göz bəbəyisən,

İlk Cümhur ölkəmin öz bəbəyisən,

Bayraqlar içində sülh bəzəyisən,

Başımın üstündə tacım,Bayrağım!

Bir zaman illərcə yasaq olmusan,

Azadlıq yoluma çıraq olmusan,

Düşmənin gözünə ox,dağ olmusan,

Dalğalan ucadan - uca ,Bayrağım!

Osmanlı bayrağa əkiz qardaşsan,

Türk xalqım üzüksə,sən ona qaşsan,

İstiqlal günümlə bərabər yaşsan,

Azərbaycanımtək dövlət,Bayrağım!

Müqəddəs imanım,dönməz andımsan,

Ruhumu yaşadan qol-qanadımsan,

Sən məni tanıdan soyum,adımsan,

Qanımda atəşim,canım,Bayrağım!

Adına düşməsin heç zaman kölgə,

Vətəni bölməsin “yadelli”bölgə”,

Bu cənnət yurdumda səninlə birgə,

Sabahı xoş görüm,milli Bayrağım!

QHT və MEDİA

2020-08-07 07:20:15

QHT və MEDİA
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...
“Newsmax” mətbu orqanı Ermənistanın Azər...

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun bu ölkənin “News...

2020-08-06 08:55:22

QHT və MEDİA
Şura qrant müsabiqələrinin nəticələrini ...
Şura qrant müsabiqələrinin nəticələrini ...

İclasda Şuranın 7 qrant müsabiqəsinin (4-ü dövlət qurumları ilə birgə) nətic...

CƏMİYYƏT

2020-08-04 07:15:25

CƏMİYYƏT
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...
Azərbaycanın İtaliyadakı səfiri: Sivil d...

“İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı...

2020-07-25 17:30:35

CƏMİYYƏT
Ermənilərin məkrli gedişləri
Ermənilərin məkrli gedişləri

Əslində hayların bu qara siyasəti kilsələrdə təşəkkül taparaq dövriyyəyə bura...

İQTİSADİ

2020-08-05 09:45:02

İQTİSADİ
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...
COVİD-19 xəstələrinin müalicəsi ilə məşğ...

Bunu Trend-ə Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib.<...

2020-08-04 08:50:00

İQTİSADİ
Şuranın əməkdaşı layihələrdə çalışan işç...
Şuranın əməkdaşı layihələrdə çalışan işç...

Katibliyin əməkdaşı bu barədə öz facebook səhifəsində açıqlama verib.

...