QHT və MEDİA

Ağdama qayıdanda bəs siz harada olacaqsınız?

.

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı olaraq çox sarsıldım. Niyə iyirmi altı ildir o yerlərə gedə bilmirəm, deyə özümə sual verdim. Açığı çox çətinliklə özümü ələ ala bildim. Düşmən tərəfi indiki halda bu saralmış şəkilləri yaymaqla nəyi demək istəyir? Bəlkə bizi bu şəkillərlə qıcıqlandırmaq istəyindədir?

Ölkəmizdə müəyyən mənada yüksək ruh yüksəkliyinin olması, ola bilsin erməni tərəfinə sərf etmir, bəlkədə elə ona görə bu addımı atır. Demək çətindir. Amma günahı kimdə axtarırıqsa axtaraq, onun bir tərəfi də özümüzdə olduğunu bilməliyik...

Ağdam torpağı özünü qorumaq üçün altı min şəhid verib. Bu gün rayonda yaşayan 170 minlik əhalinin, deyərdim hamısı vətənini Ağdamını, Qarabağını qorumağa hazırdır. Heç kəs, yaşından asılı olmayaraq, içi mənim 87 yaşlı atam belə bu məsuliyyətdən qaçmr. Bu gün onu yaşadan da məhz Ağdam eşqidir. Onun istəyi oxuduğu Müəllimlər institutunun binasını görmək, ötən sərin 50-ci illərinə qayıtmaq, Qara bəy Qarabəyov mülklərini görmək, Qobunu görmək, Kötəli görmək, Abidənin yanından Qaqarın bulağına getməkdir. Hələ mən Lenin bağının yanındakı Ağdam maarifinin formalaşmasında xüsusi xidmətləri olan Ələkbərovun müdir olduğu vaxtlarda maarif şöbəsinin binasını demirəm. O bina ilə bağlı nə qədər xatirələri var. Sözsüz ki, o yerləri məndə qarşı-qarış gəzmişəm, hər gün qarşıma çıxan həmyerlilərimi görəndə hər dəfə o yerləri gəzirəm.

Amma saralmış şəkillərə baxanda qanım bir daha qaynadı. Sözsüz ki, qanı qarışıq insanlarda bu hiss yoxdur. Ancaq inanıram ki, Ağdamı və eləcədə bütün Qarabağı düşmən tapdağından yalnız Ali Baş Komandanın əmriylə təmiz qanlı, vicdanlı və vətənpərvər insanlar azad edəcəklər.

Hər birimiz o əmri səbrsizliklə gözləyirik.

O şəkli yayanlara isə demək istərdim ki, ay... və şərəfsizlər, bu şəkilləri yaymaqla özünüzə qarşı nifrət hissini daha da artırırsınız. Biz o torpaqlara, sözsüz ki, qayıdacağıq, əvvəlkindən gözəl şəhər salacağıq, daha yaxşı yaşayacağıq, amma siz əvvəlki tək yaşaya biləcəksinizmi?

Bu sualın cavabını isə zaman verəcək.

Vüqar Tofiqli

QHT və MEDİA

2019-09-17 08:50:20

QHT və MEDİA
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...
Bilal Dündar: Bakının xilası Türkiyə-Azə...

Yüz bir il əvvəl Osmanlı dövlətinin özü çətin vəziyyətdə olmasına baxmayaraq,...

2019-09-16 20:20:33

QHT və MEDİA
Astara El Məzarlığında Şəhidlərin Xatirə...
Astara El Məzarlığında Şəhidlərin Xatirə...

10-14 sentiybr 2019-cu il tarixində, Azərbaycan Respublikası “Beynəlmiləlçi Ə...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...