QHT və MEDİA

Şəhidlik cənnətin ən yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir

Müqəddəs Qurani-Kərimdə şəhidlik cənnətin ən yüksək guşəsində insanın ucaldığı ən yüksək zirvədir! Məhəmməd Peyğəmbər Əleyhissəlam (s)

“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin həm də cəmiy¬yətin başlıca vəzifələrindən biridir!”. 1990-1994-cü illərdə Azərbaycanın suverenliyi və Qarabağda ərazi bütövlüyünün müdafiəsi uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə şəhid olmuşlar üçün Bakıda 1-ci və 2-ci Şəhidlər Xiyabanı salınaraq şəhidlərimiz orada dəfn edilmişlər. Yüzlərlə şəhidimiz isə, onların valideyinlərinin istəyi ilə rayonların kənd məzarlarında dəfn olunmuşlar.

Bu gün respublikamızın bəzi məzarlıqlarında şəhidlərin məzarları və küçələrdə ucaldılmış abidələri, xatirə güşələri, bəzi vətəndaşların və adiyyəti qurumların layqeyidliyi səbəbindən baxımsız vəziyyətdə qalmışdır.

Şəhidlərin məzarlarına və onların xatirə abidələrinə göstərdikləri biganəliyin əsas səbəbi vətəndaşların şəhidlərimizin etdikləri qəhramanları və fədakarlıqları haqqında məlumatlarının olmamasıdır. Çünki, 20 mindan artiq olan şəhidlərimizdən, yalnız çox az sayda sənədli filimlər çəkilibdir ki, onlarda yalnız bir neçə Milli qəhramanlar haqqındadır. Milli qəhraman adı almayan şəhidlərimiz isə demək olar ki, günü-gündən unudulmaqda davam edir. Buda vətən uğrunda canlarını fəda etrmiş şəhidlərin məzarlarına, abidələrə və xatirə güşələrinə qarşı vətəndaşların biganəliyi şəhid aillələrini mənən sarsıdaraq onlara pis təsir edir.

Müharibə şəraitində olan ölkəmizdə bəzi vətəndaşların və adiyyəti qurumların şəhidlərimizə qarşı biganəliyi böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına mənfi təsir göstərir. Cəmiyətimizdə, əsasən də gənclər arasında vətənpərvərlik hissinin aşılaması, şəhidlərimizin həyat səlnaməsinin örnək kimi təbliğ edilməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin ən önəmli istiqamətlərindən biridir.

“Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiy¬yətin həmişə diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin problemləri yalnız onların problemlei deyil bütün cəmiyyətin problemi sayılmalıdır!”.

Elə bu məqsədlədə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, həyata keçirtdiyi “Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin əsas məqsədi, Bakıda və regionlarda, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların məzarlarını və onların xatirələrini əbədləşdirmək üçün ucaldılmış abidələrinin, xatirə güşələrinin vəziyətlərinə manitoring apararaq, şəhidlərimizə vətəndaşların diqqət və sayğısını artırmaqdır. Canlarını vətən, millət, dövlət uğrunda qurban vermiş şəhidlər həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunacaqlar.

Şəhidlərimizin qəhrəmanlığı Azərbaycan xalqı üçün örnək olub və bundan sonrada örnək olacaqdır. Azərbaycanın bu günkü nəsli də, gələcək nəsili də şəhidlərin qəhramanlığlarından və vətənpərvərlik nümünələrindən nəsildən-nəsilə nümünə göstərərək, Azərbaycan xalqının milli azadlığını, respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar.

Çünki şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardırlar. Məhz onların canı və qanı hesabına qazandıqları azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmamalıdırlar. Ona görə ki, şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır. Onlar bir xalq qəhrəmanı olaraq zəncirləri qıraraq, zülmətləri yararaq, xalqı işıqlı sabaha aparan, ölümləri ilə ölməzlik qazanan əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir!

Şəhidlər azadlığın od-şimşək zərrəsidir!

Şəhidlər tarixləşən – istiqlal türbəsidir!

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər azadlığın uca heykəl daşıdır!

Şəhidlər unudulmaz və ölməzdirlər!

Şəhidlər ana yurdu tutdular candan baha!

Şəhidlər yollar açdı, qaranlıqdan sabaha!.

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha!

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar! Allah Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin!

Azərbaycan Respublikası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun Prezidenti, «Şəhid ailələrinin və müharibə əlillərinin tibbi-sosial problemlərinin həllinə dəstək mərkəzi»nin direktoru Sərraf Oruc

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...