2019-03-14 08:55:42 | CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji terminlər tükənməkdədir

Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasının səbəblərindən biri işğalçı Ermənistana qarşı loyal münasibətin davamlı olaraq göstərilməsidir

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Qarabağ münaqişəsində əsas günakarı açıq etiraf edib, ona ciddi təpki göstərmirlər.

Artıq münaqişənin həlli ilə bağlı politoloji terminlər tükənməkdədir. Nə qədər sülh danışıqları, beynəlxalq təşkilatların iştirakı ilə müzakirələr, müxtəlif səviyyəli siyasətçilərin, dövlət xadimlərinin münaqişəyə son qoymaq məqsədilə təklifləri səslənib. Təəssüf ki, bütün bu cəhdlər nəticəsiz qalıb. İkibaşlı oyunlar isə davam etməkdədir.

Ancaq bu qənaətə gəlmək olar ki, bu münaqişə Rusiyanın təsir dairəsindən çıxmadan həlli mümkün olmayacaq. Rusiya böyük ərazisi, zəngin iqtisadi potensialı, hərbi gücü olan qonşu ölkədir. Cənubi Qafqazda Ermənistan kimi, cırtdan bir ölkəni nəzarətdə saxlamaqla Şimal qonşumuz bu illər ərzində görəsən, nə qazanıb, nə itirib?

Bu artıq faktdır ki, Ermənistan bölgədə Rusiyanın aləti, əlaltısı, marioneti olaraq qalır. Bunu bəlkə Rusiyanın qazancı hesab etmək olar. Bu gün Rusiyanın daxilində yetərincə, sosial-iqtisadi problemlər olduğu halda Cənubi Qafqazdan əl çəkməməsi, erməniləri bu qədər himayə etməsi başadüşülən deyil. Münaqişənin həllində bu ölkədən konstruktivlik gözləmək mənasızdır.

Təbii ki, bu yeni bir fikir deyil. Ancaq işğalçını ədalətli sülhə vadar etmək üçün silahlar susmamalıdır. Ermənistanın baş naziri N. Paşinyanın sülh danışıqlarının formatını dəyişərək, ora Xankəndini də əlavə etmək istəyi, bunun ardınca gəlib Ermənistan Təhlükəsizlik Şurasının iclasını işğal olunmuş Azərbaycan ərazilərində keçirməsi bir daha onu sübut edir ki, bu ölkənin rəhbərləri Dağlıq Qarabağdan öz silahlı qüvvələrini çıxarmaq istəmirlər. Paşinyanın bu cahil, nadan hərəkəti onu deməyə əsas verir ki, bu şəxs sülhə hazır deyil.

Bu gün diqqət yetirsək çox aydın görmək olur ki, N. Paşinyanın bu addımı ölkəsinin daxilində gün-günə artan narazılığı səngitmək üçün daxili auditoriyaya hesablanıb. Deməli, necə ki, Serj Sərkisyan dövründə Dağlıq Qarabağ konflikti uzanırdı indi də həmin siyasət davam edəcək. Onların əsas məqsədi müxtəlif formalarda manevrlər edərək münaqişənin ömrünü uzatmaqdır. Unutmaq olmaz ki, Nikol Paşinyanı hələ çox məyusluqlar gözləyir.

2016-cı ilin 4 günlük aprel döyüşləri ermənilərin qələbə eyforiyasının tamamilə alt-üst etdi. Belə döyüşlərin davamı torpaq işğalının sonunu yaxınlaşdıracaq. İşğalçı Ermənistanı sülhə vadar etmək, onu yalançı qələbə eyforiyasından tamamilə çıxarmaq üçün güc amili qaçılmazdır. Azərbaycan Ordusunun gücünü gördükcə ermənilər və onların havadarları başladıqları bu münaqişəyə görə məyus olacaqlar.

Təbii ki, insan ömrü o qədər uzun deyil. Vaxtılə işğal olunmuş ərazilərdən qaçqın düşən azərbaycanlıların bir çoxu zaman keçdikcə torpaq itikisinə, müxtəlif narahatlıqlara dözməyərək dünyalarını dəyişiblər. Münaqişənin ömrünü uzadan və həmin qüvvələrə havadarlıq edənlərin elə əsas istəyi odur ki, nəsillər dəyişəcək və azərbaycanlılar itirilmiş torpaqları unudacaqlar. Ancaq düşmən qüvvələrinin bu, istəyi çox yanlışdır, onların bu bəd niyyəti heç zaman həyata keçməyəcək.

Azərbaycan xalqında, harada yaşamasından asılı olmayaraq təmiz qanı olan hər bir azərbaycanlı da öz torpağına, yurduna bağlılıq o qədər güclüdür, bizləri haqq yolundan heç bir çirkin layihə döndərə bilməz. Bu sadəlövh yanaşma, şablon ifadə deyil, genetik koddur. Təmiz qanı olan azərbaycanlı gedib dünyanın ən dəbdəbəli saraylarında çox yaxşı vəziyyətdə yaşasa da, yenə öz döğulduğu, boya-başa çatdığı kəndi, obası haqqında fikirləşəcək. Azərbaycan insanında torpağa bağlılıq onu deməyə əsas verir ki, heç zaman heç bir azərbaycanlı torpaq itkisilə barışmaycaq. Ona görə də işğal rejiminin sona çatmasını tezləşdirmək üçün hər birimiz çalışmalıyıq.

Onu da qeyd etmək istərdim ki, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi bir vaxtda hərbi hərəkətlərlə bağlı informasiyaların yayılmasında medianın həssas davranışı zəruri məsələdir. Çünki mediada, sosial şəbəkələrdə bəzən baş verən təxribatlar insanlarda çaşqınlıq yaradır.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1812
Digər yazılar
Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22 "Qarabağda Azərbaycana məxsus mədəni irs dağıdılıb" 2021-01-15 09:55:37 Prezident və xanımı Şuşaya səfər ediblər - VİDEO 2021-01-15 09:40:09 İşğal altında olan 128 alban məbədi erməni qriqoryan kilsəsinə çevrilib 2021-01-14 19:00:11 Fərid Şəfiyev: Torpaq iddialarından əl çəkməklə Ermənistan təcrid olunmasını başa çatdıra bilər 2021-01-14 11:15:34 “Metsamor” təhdidi: Regionda yeni münaqişə alovlana bilər 2021-01-14 09:25:45 Almaniyalı jurnalist ermənilərin Bərdə, Ağdam və Tərtərdə törətdiyi vəhşiliklərlə bağlı məqalə hazırlayıb 2021-01-14 09:05:52 Ombudsman Qarabağda diversant qüvvələrin yerləşdirilməsini pislədi 2021-01-14 08:50:30 Putin və Ərdoğan arasında Qarabağ müzakirəsi 2021-01-14 08:40:32 11 yanvar-Azərbaycanın dünyada tanınması günüdür- Nəsiman Yaqublunun araşdırması 2021-01-13 10:20:57 “Qarabağnamə” tamaşası onlayn göstəriləcək 2021-01-13 09:20:14 “Euractiv” portalı: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüsünün reallaşması üçün fürsət yaranıb 2021-01-13 09:05:14 Rusiyalı deputat: Otuz il davam edən Dağlıq Qarabağ münaqişəsi tarixə çevrilir 2021-01-13 08:40:38 Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkdi 2021-01-13 08:10:11 Neftqaztikinti Trestinin əməkdaşları “YAŞAT” fonduna 200 min manatdan artıq vəsait köçürüb 2021-01-12 18:50:42 Vüsal Qasımlı: Regional kommunikasiyaların açılması iqtisadi arxitekturanı dəyişəcək 2021-01-12 14:55:58 Regionda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır 2021-01-12 11:15:29 ICESCO nümayəndə heyətinin işğaldan azad edilən ərazilərə səfəri başlayıb 2021-01-12 11:00:00