QHT və MEDİA

Bu parad türk dünyasına qardaşlıq və səmimi dostluq mesajı idi

Öncə ondan başlayaq ki, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 100 iliyi ilə bağlı Azadlıq meydanında keçirilən möhtəşəm hərbi paradı böyük coşqu ilə izlədik

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslərə minnətdarlığımı çatdırıram. Həqiqətən 100 il öncə Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olub.

Bakının 6 aylıq işğalna son qoyulması Azərbaycanın demokratik dövlətçilik tarixinin formalaşmasına, dövlət kimi hüquqi və faktiki cəhətdən tanınmasına təkan verdi. Düzdür, Bakının 100 il öncə işğaldan azad olunmasını aşağılamaq istəyən, həmin hadisələri müəyyən məbləğdə pul vəsaitinin ödənilməsi nəticəsində əldə edildiyini qeyd edən milli xəyanətkarlar oldu.

Ümumiyyətlə, Azərbaycanın ədalətli mövqeyinə zərbə vuran, müqqədəs işləri ləkələyənləri lənətləmək, qınamaq lazımdır. Bir türk əsgəri öz şirin canından keçib Bakının azad olunması yolunda şəhid olursa, bu gün biz həmin insanları böyük ehtiram hissilə anırıq. Onların ruhları qarşısında baş əyirik. Hansısa bir şarlatan çıxıb bu müqqədəs işlərə, bu ülvi amallara ləkə yaxırsa onun milli kimliyi, dini, imanı şübhə doğurur. Əslində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə hər zaman zərbə vuran, onun süqutunda rolu olan xəyanətkarları keçmiş tariximizə nəzər saldıqca yaxşı xatırlayırıq. Onların son, acınanaqlı aqibəti də bəllidir.

Nəisə əsas mətləbə keçək. Yenə 15 sentyabr hərbi paradına qayıtmaq istərdim. Əvvəla belə möhtəşəm tədbir yerli və beynəlxalq ictimaiyyətə ciddi mecajlar çatdırdı. Elə insanlar var ki, tariximiz, 1918- cil hadisələri, ermənilərin bu ərazidə xarici havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı törətdiyi qırğınlar haqqında heç bir məlumatı yox idi və yaxud bu informasiyalar yetərli deyildi.

Düşünürəm ki, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 100 iliyi ilə bağlı möhtəşəm tədbir ictimaiyyətin məlumatlanması, gənc nəslin maariflənməsi baxımından çox müsbət addımdır. Heç şübhəsiz ki, bu parad həm də türk dünyasına bir qardaşlıq, səmimi dostluq, normal əməkdaşlıq mesaji idi.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çox əhatəli çıxışı zamanı Türk dünyası arasında formalaşan mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən bir sıra maraqlı məqamlara nəzər saldı. Dövlət başçımızın çıxışında Azərbaycanın regionda və dünyada rolu, əsas strateji hədəflər bir daha açıqlandı

Digər tərəfdən bu əhəmiyyətli toplantı Ermənistana və bu ölkənin rəhbərliyinə xəbərdarlıq idi. Bu xəbərdarlıq ondan ibarət idi ki, işğalçı mövqeyində qalan Ermənistan iqtisadi tənəzzülə daha sürətlə gedəcək və işğal faktı aradan qalxmayana qədər Türkiyə ilə sərhədlərin açılmasından söhbət gedə bilməz. Bu fikri Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bir daha öz məzmunlu çıxışında təsdiqlədi.

Problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri Türkiyənin sonadək dəstəkləməyə davam edəcəyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir”. Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Dağlıq Qarabağ probleminin həlli Türkiyənin Ermənistanla əlaqələrinin bərpasının ən vacib şərtidir və bunu hamı bilməlidir.

Deməli, Ermənistan iqtisadi fəlakətin acı nəticələrindən nəhayət nəticə çıxartmalıdır. Təəssüf ki, ermənilərin hadisələri düzgün dəyərləndirib işğal faktından əl çəkəcəyi real görünmür. 15 sentyabrda Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 100 iliyi ilə bağlı keçirilən paradda nümayiş olunan hərbi texnikanın Dağlıq Qarabağda, işğal olunmuş digər torpaqlarımızda nə zamansa işə düşəcəyi real görünür.

Əkrəm Bəydəmirli

QHT və MEDİA

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

2018-10-19 09:10:04

QHT və MEDİA
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...
Rusiyalı tarixçi: Ermənistanda faşizmin ...

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qe...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...

2018-10-17 08:45:39

İQTİSADİ
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...
Arif Paşayev: "Azərbaycan dünyanın azsay...

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Bunu “CanSat...