CƏMİYYƏT

“Unudulmayan tarix”i daima xatırladacaq film

2018-ci il 15 sentyabr-Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 ilidir

Bu qırğınlar zamanı xalqımıza qarşı əsl soyqırım siyasəti olduğundan, bir əsr keçməsinə baxmayaraq, qəlbən o ağrı-acıları hər birimiz hiss edir, həmin tarixi olayları qan yaddaşımızda yaşadırıq. Eyni zamanda qarı düşmənlərimizlə üz-üzə gəlib onların layiqli cavablarını verən türk generalı Nuru Paşanın və onun rəhbərlik etdiyi rəşadətli Qafqaz İslam Ordusunun hər bir döyüşən əsgər və zabitini, xalqımızın mübariz oğullarını rəhmətlə anırıq. Əgər 1918-ci ilin 15 sentyabrında Bakı işğaldan azad olmasaydı, yəqin ki, Vətənimiz yenə də parçalanacaq, Bakımızın taleyi sual altında olacaqdı...

Son illərdə bu mövzu ətrafında ciddi təhqiqat və tədqiqatlar aparan istedadlı yazıçı-jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri Əkrəm Bəydəmirli işinin sonunda “1918-ci il hadisələri -Unudulmayan tarix“ adlı sanballı sənədli tarixi əsər yazaraq onu həm Azərbaycan və ingilis dillərində kitab halında nəşr etdirmiş, oxucu kütləsinin ixtiyarına buraxmışdır. Və həm də bu uğurlu, çətin araşdırmanın davamı olaraq müəllif eyniadlı sənədli filmin də ərsəyə gəlməsinə nail olmuşdur.

Bu yaxınlarda bəhs olunan filmin Respublika Müharibə Vetarenları Komitəsinin geniş zalında təqdimat mərasimi keçirildi. Daim gündəmdə, aktuallığında qalan bu unudulmaz tarixi hadisələr filmi seyr edən hər bir tamaşaçını 100 il əvvələ aparır...

Haqqında bəhs etdiyimiz bu sənədli filmin uğurlu məqamlarından biri əgər o hadisələr zamanı lentə alınmış xronikalı kadrlardan istifadədirsə, digəri, xüsusi seçilmiş musiqi sədaları fonunda o hadisələri azyaşlı olarkən öz gözləri ilə görmüş və ixtiyar çağında şahid qismində danışan həmvətənlərimizin acı xatirələridir. Onların öz dillərindən deyilənlər və kadrarxası mətnin peşəkar diktor səsində lentə alınması filmə marağı daha da artırır.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrindən olan yaşları bir əsri keçmiş həmin şahidlərin sonuncusu ötən il dünyasını dəyişdi. Lakin ötən illərdə Əkrəm Bəydəmirlinin fütsət tapıb sağlıqlarında o şahidlərin səslərini lentə alması, təkcə onun yaradıcılığının deyil, ümumən xalqımızın başına gətirilən bu faciələr haqqında informasiyaların dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük bir uğurdur. Çünki, müəllifin istər kitabının oxucusu, istərsə də filminin tamaşaçısı əsasən şahidlərin dili ilə dediyi faktlara daha çox inanır.

Filmi seyr etdikcə, sanki ssenarinin müəllifi Əkrəm Bəydəmirlinin həmin hadisələrdə iştirak etdiyini duyursan.Mövzu üzərində mükəmməl işləyən yazar və filmin digər yaradıcı heyəti tamaşaçılara 100 il öncə, Bakının işğalı zamanı düşmənlərin şəhərdəki qiymətli tarixi və dini abidələrə qarşı vandallığını, soy-qırım qurbanlarına qarşı törətdikləri kütləvi vəhşiliklərindən bəzi səhnələri qiyabi də olsa göstərmiş,o acıları yaşayanların və əbədiyyətə köçənlərin ruhlarının harayını çatdıra bilmişlər.

Filmin digər diqqətçəkən kadrlardan biri, Bakıdan Şamaxı istiqamətinə gedən yol qırağında tənha məzarın görüntüsüdür. Bu, 1918-ci ildə azərbaycanlıları qətliam edən ermənilərin qarşısının alınması üçün yardıma gəlmiş Qafqaz İslam Ordusunun bu bölgədə şəhid olan türk zabitinin məzarıdır. Və filmdə qırğınlar zamanı Azərbaycanın mərd oğulları ilə çiyin-çiyinə qarı düşmənə qarşı qəhrəmanlıqla döyüşən, insanların qətliamlarının qarşısının alınmasında müstəsna rolu olan Türk Ordusunun da yad edilməsi, onların əziz xatirəsinə ehtiramın və qardaşlıq məhəbbətinin əbədi olmasının göstəriicisidir.

Nəhayət filmdə xalqımıza qarşı törədilən soyqırım siyasətinə hüquqi, siyasi qiymət verən, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin imzaladıqları bir sıra sərəncamların müsbət nəticələrindən söhbət açılır. Bu istiqamətdə dövlət səviyyəsində indiyədək görülən tədbirlər barədə də tamaşaçılara məlumat verilir.

Bir sözlə,” 1918-ci il hadisələri- Unudulmayan tarix” filmi mövzu etibarilə çox geniş və mürəkkəb olsa da, 32 dəqiqədə bütün bunları əhatələyib tamaşaçıya çatdırmağın özü də bir bacarıq və istedad tələb edir. Məhz bu baxımdan özlərini dünya ictimaiyyətinin gözündə məzlum və əzilən millət kimi göstərməyə çalışan erməni millətçilərinə ən tutarlı cavabdır. Arzu edək ki, bu film gələcəkdə digər dillərdə xarici ölkələrdə də nümayiş olunsun.

Sonda Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin rəhbəri, yazıçı-jurnalist Əkrəm Bəydəmirliyə və filmin yaradıcı heyətinə yaradıcılıq uğurları arzulayırıq.

Şahnaz Ağamir Azərtürk

  • @continue

QHT və MEDİA

2018-10-23 08:10:16

QHT və MEDİA
“UNEC-də bir gün” layihəsinə yenidən sta...
“UNEC-də bir gün” layihəsinə yenidən sta...

Universitetdən verilən məlumata görə, layihənin məqsədi abituriyentləri, eləc...

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

CƏMİYYƏT

2018-10-23 07:45:43

CƏMİYYƏT
Azərbaycan çoxvektorlu və tarazlaşdırılm...
Azərbaycan çoxvektorlu və tarazlaşdırılm...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün ...

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...