SOSİAL

Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir

.

Antik dövrlərdə və erkən orta əsrlərdə indiki Azərbaycanın bütün bölgələri Qarabağda daxil olmaqla Azərbaycan Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olub (e.ə. IV – eramızın VII əsri). Məhz bu dövrlərdə memarlıq sənəti bu ərazilərdə çox yüksək səviyyədə və böyük sürətlə inkişaf edib. Alban dövlətində xristianlıq rəsmi din kimi qəbul edildikdən sonra, bu din Alban dövləti mövcudluğunun bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olub.

Alban dövrü memarlıq abidələrinin daş və divar rəsmlərində və eləcədə süjet xarakterli oymalarda daha çox türkdilli xalqlara məxsus elementlərdən istifadə edilməsi, hazırkı dövrdə bu abidələrin ermənilər tərəfindən daha çox zərər görməsinə səbəb olur. Birmənalı şəkildə ermənilər Cənubi Qafqazda tarix və mədəniyyət abidələri üzərində türk ornamentlərinin və simvollarının olmasını qəbul etmirlər. Çünki onlar alban dövrü abidələrinin üzərindəki ornament və simvolları olduğu kimi qəbul etsələr, onda bu abidələrin erməniləşdirilməsi mümkün olmazdı.

Təsadüfi deyildir ki, əsrlərlə dinc yanaşı yaşayan alban və türk tayfalarının öz bədii yaradıcılıqlarında da qarşılıqlı şəkildə bir-birinin mədəni irsindən bəhrələnmələri hələ o dövrdən Azərbaycanda multikulturalizmin mövcudluğundan xəbər verir. Odur ki, elmi ədəbiyyatlarda hərdən Qafqaz Albaniyası dövrü memarlıq abidələrinin alban–türk memarlıq abidələri kimi də qeyd olunması təsadüf sayılmamalıdır. Çünki bu abidələr üzərində varislik yalnız azərbaycanlılara məxsusdur.

Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Y.İ.Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.

Albaniyada xristianlıq memarlığı üslubunda dairəvi məbədlər deyilən xüsusi memarlıq da yayılmışdı və bu memarlıq üslubu yalnız albanlara aiddir. Bunu bir çox tədqiqatçılar da təsdiq edirlər ki, bu üslub Cənubi Qafqazda yalnız albanlara məxsusdur. Çünki xristianlığaqədərki dövr Alban memarlıq abidələrinin daş və divarları üzərindəki elementlər başqa millət və xalqların daş kitabələrində rast gəlinmir. İndiki dövrdə ermənilər bu abidələrin ermənilərə məxsus olduğunu iddia etsələr də, abidələrin memarlıq quruluşu forma və ornamentlərinin düzülüşü ermənilərin yalan danışdıqlarını üzə çıxarır.

Albaniyada dairəvi məbədlərin tikilməsi erkən xristianlıq dövrünə aiddir və tədqiqatçıların fikrincə, bu məbədlər Günəşə ibadət edən albanlar tərəfindən, yəni hələ xristianlığın tam mənimsənilmədiyi və səma cismlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy cismlərinə ibadətin motivləri öz əksini tapır. Bu cəhət erkən xristianlıq dövrü alban xaçlarında da özünü göstərir. Təqribən min illik tarixi olan Alban dövlətinin mövcud olduğu dövrlərdə Şimali Azərbaycanın bütün bölgələrində o cümlədən Dağlıq Qarabağda öz spesifik quruluşuna görə tamam fərqli alban-xristian dininə aid məbədlər, bazilikalar və sovmələr meydana gəlməyə başlayıb. Öz dövrü üçün xarakterik olan bu cür memarlıq üslubundan aydın olur ki, o dövrdə Albaniyada şərq xristianlığına məxsus memarlığın bütün növləri inkişaf etmişdi. Bütün bu tarixi həqiqətləri inkar edən ermənilər, xristianlıq amilindən istifadə edərək bu tipli abidələrin divar yazılarını və bəzi bədii ornamentlərini dəyişdirərək bu abidələri erməniləşdirirlər. Abidələrin mənimsənilməsi zamanı ermənilər, bəzən abidənin bütün divarlarını yenidən tikir, genişləndirir və hündürləşdirirlər ki bu da abidənin mövcud vəziyyətdə təmir edilməsi «Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında» 1954-cü il tarixli Haaqa Konvensiyasının tələblərinin kobud şəkildə pozulması deməkdir. Buna misal olaraq Xocavənd rayonunun Dağyurd kəndindəki abidəni misal göstərmək olar.

Dağyurd Xocalı rayonunun ərazi vahidinə aid kənddir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Saruşen olmuşdur. XIX əsrin sonlarında İrandan Qarabağa köçürülən ermənilər kəndi Saruşen adlanırmışdılar. Kəndin əhalisi XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrindən ibarətdir. Dağyurd kəndi Azərbaycanın qədim ərazilərindəndir. Oykonim "dağda salınmış yurd" yeri mənasını verir. Kənd 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kənddə yerləşən bu abidə XIX əsrə aid olduğu güman edilir. Abidənin ümumi görünüşündə və tikinti quruluşu bu abidənin özünəməxsusluğunu göstərir. Abidədən Sovet İmperiyası dövrü ambar kimi istifadə edilib. Lakin bu abidənin görünüşü erməniləri qane etmədiyindən onun formasını dəyişmək qərarına gəldilər. Beləliklə onlar abidənin abidənin ümumi görümüşünü dəyişdirdilər. Təmirdən sonra abidənin üst hissəsi hündürləşdirildi. Çardağı dəmirlə bağlandı. Hələ üstəlik binanıüzərinə zəng qülləsi də əlavə edildi.

Dağturd kəndində Qafqaz Albaniyası dövrünə aid olan daha bir XII - XIII əsr abidəsi erməni vandalizminin qurbanı olub.

Abidə 1991-ci ildə erməni terrorçuları tərəfindən mişen kimi istifadə edilmiş, ağır artileriyadan abidəyə bir neçə dəfə uzaq məsafədən atəş açılmışdır. Ermənilər bu cinayətlərini gizlətmək üçün abidəni yenidən inşa etmək qərarına gıliblər. Beləki abidəni bərpa etmək bəhanəsi ilə onu əzəli görünüşündən məhrum etdilər.

Belə ki təmir zamanı şəkildən göründüyü kimi abidənin sol tərəfininə 2 metr divar əlavə edildi. Bir o qədər də binanın ön tərəfi artırıldı. Binanın tavanı 50 cm-dən çox hündürləşdirildi. Beləliklə, abidə əzəli görkəmindən daha böyük görünür.

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədr


Kateqoriya : SOSİAL Müəllif : Faiq İsmayılov Baxış sayı 616 Digər yazılar : Ermənilərdən Gürcüstana qarşı ərazi iddiası
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasının hüquqi əsasları
Erməni işğalının yaratdığı humanitar-mənəvi itkilər
İşğal altındakı yurd yerlərimiz
Ermənilər abidələrimizin memarlıq quruluşunu dəyişdirirlər:
Laçınlılar yurdlarına qayıtmağa tələsirlər...
Danışıqlar uzansa Qarabağın …..
Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi
“Daş yuxular”dan “Qafqaz üçlüyü”nə” qədər olan məsafə daha haralara uzanacaq?
İşğal altında qalan Muzeylərimiz
Ermənistanın işğalçılıq siyasətində, abidələri məhv etməyin svil yolu
Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...
Beynəlxalq Böhran Qrupu, Dağlıq Qarabağda status kvonun saxlanmasında maraqlıdır
Laçın “dəhlizi” - Ermənistanın vaz keçə bilmədiyi ərazi
Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini tanınmaz hala gətirir...
Təhsildə daha bir dezinformasiya
Gürcüstan Azərbaycan münasibətlərinin inkişafında QHT sektorunun fəaliyyəti artırılmalıdır.
Xocalı faciəsi, rus zabitlərinin şərəfini ləkələdi
Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri
Ermənilər abidələrimizə 177 milyard dollar ziyan vurub
“Alban dövrü xaçlarına və digər bədii daş nümunələrinə erməni iddiası” məsələsi Gürcüstanda müzakirə edildi
Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?
Müharibə qurbanları: - mədəni dəyərlərimiz
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür
Avropa Oyunları: Avropada sonu görünməyən ixtilaflar
Avropa Oyunları: Azərbaycana qarşı “boykot” qərarları supergüclərin özlərini “boykot” edir
Qarabağdakı ekoloji terrora keçmiş erməni nazir rəhbərlik edir
Avropa Oyunları Azərbaycanın uzaq perspektivə hesablanmış nailiyyətlərinin əsası olacaq
“Şuşaya Azadlıq”: - Şuşanın mədəni irsinin erməniləşdirilməsi Beynəlxalq qanunlara ziddir!

QHT və MEDİA

2019-06-19 10:10:23

QHT və MEDİA
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...
Azərbaycan nümayəndə heyəti Vyanada Avst...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbə...

2019-06-18 09:45:56

QHT və MEDİA
Ankarada Azərbaycan diplomatik xidmət or...
Ankarada Azərbaycan diplomatik xidmət or...

Konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsil...

CƏMİYYƏT

2019-06-19 15:25:56

CƏMİYYƏT
Hikmət Şikarov: “İmzalanan fərman və sə...
Hikmət Şikarov: “İmzalanan fərman və sə...

Dövlətimizin imkanları genişləndikcə daxili siyasətin əsas istiqamətlərindən ...

2019-06-17 10:45:20

CƏMİYYƏT
Litvada “Qara bağın faciəsi” kitabının i...
Litvada “Qara bağın faciəsi” kitabının i...

Litvanın Şaulyay şəhərində yazıçı-publisist Gintaras Visotskasın “Qara bağın ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...