CƏMİYYƏT

“Keçir göz önümdən Ağdamım mənim”

.

İyirmi beş ildir ki, doğma şəhərim işğal altında sızıldayır. Hər ilin 23 iyul tarixində olduğu kimi, bu il də yenə köhnə söhbətlərə qayıtmaq, Ağdamsız böyüyən gənclərə şəhər haqqında yeni fikirləri, formalaşmış mənəvi dəyərlərimiz haqqında bilgiləri çatdırmaq üçün çox düşündüm.

Düşüncələrim məni daha haralara aparmadı: məşhur bazara, “Nizaminin univermağı”na, İmarətə, “Çay evi”nə, Çörək muzeyinə, Mədəniyyət evinə və ən nəhayət “Gopanın su budkası”na.

Amma nə qədər bu fikirlər arasında var-gəl etsəm də, bir qənaətə gələ bilmədim. Gücüm ona çatdı ki, şəhərdə bir qədər gəzim. Bu fikirlə də divanda uzanıb şirin xəyallara dalmışdım ki,…

Artıq göy rəngli “Moskviç”imizlə “Uzun dərə”yə yaxınlaşırdım. “412” ilə Dəmiryol körpüsünü keçib saxlayası oldum. Buradan sağa dönməklə üzü Şuşaya getmək olardı. 80-ci illərdə çəkilən bu yolu çox sürətlə inşa etmişdilər. Ağdam-Ağdərə yolunu kəsməklə, Qiyaslı, Xıdırlı və Çuxurməhləni keçməklə bu yolla “Qarahacı” (“Qarağacı”) qəbristanlığının yanından üzü Şuşaya, Xankəndinə getmək olardı. Şəhərətrafı yol həm də Ağdamdan gələn yolla burda birləşirdi.

Yenidən “Uzun dərə”yə gəlirəm. Üzü Ətyeməzli kəndi tərəfə sola burulmaqla şəhərə daxil oluram. 80-cı illərin ikinici yarısından şəhərə gələn istiqamətin sağ tərəfində sıra ilə kooperativ evlər inşa edilmişdi. Sanki o illərdə Ağdama ikinci nəfəs verilmişdi. Hər kəs pul xərcləməyə yeni yer axtarırdı. Kooperativ evlər qurtarar-qurtarmaz yol sola burulurdu. Solda “Vinzavod”un bir sexi, sonra isə məşhur 50 nömrəli texnki peşə məktəbinin kompleksi gəlirdi. “Kötəl arxı”nın üstündə peşə məktəbinin yataqxanası və tədris korpusu, həm də geniş yeməkxanası fəaliyyətdə idi. Bu məktəbə Fazil Nağıyev və Səyyaf Əliyev kimi nəhənglər rəhbərlik etmişdi. Məhz onların rəhbərliyi dövründə məktəb qızıl dövrünü yaşadı. Axşamlar “Kötəl”in sərin şırıltısı tələbələrə ayrı bir zövq yaşadırdı.

50 nömrəli ilə üzbəüz isə yeni Avtovağzal kompleksi inşa edilmişdi. Heyf ki, çox işləmədi bu avtovağzal. Güclü partlayış nəticəsində yerlə yeksan oldu.

“Kötəl arxı”nı keçib sağ tərəfə dönməklə artıq şəhərə daxil olurdun. Qarşına yolayırıcı gəlirdi, biri gəliş, digəri isə gediş. Yolun ortası ilə gül-çiçəklik salınmışdı. Sağda Taxıl tədarükü kombinatı, sonra isə xəstəxana korpusları, Doğum evi və uşaq xəstəxanası. Solda “Hacının apteki”, sonra isə Xaçın çayından gələn yeni su kanalı. Bu kanal üzü Dəvəbatan tərəfə, Sarıcalı kəndindəki su ambarınadək uzanırdı. Onu da 80-ci illərdə istifadəyə vermişdilər. Üzbəüz isə geniş mikrorayon olmalı idi. Planı da təsdiq edilmişdi. Lakin 87-ci ildən həyatyanı sahə kimi ağdamlılara paylanıldı. Və nələr tikilmədi o ərazidə. Hamı biri- birinin bəhsinə möhtəşəm imarətlər tikdi…

Qarşıdan Sadıq Murtuzayevin inşa etdirdiyi Ağdamın simvolu sayılan ağ kümbəzlər, onunla üzbəüz isə 20 Yanvar faciəsinə həsr edilən abidə kompleksi gəlirdi...

Bu sadaladağım yerlər hələ Ağdam şəhərinin girişi idi. Buradan sonra köhnə “Pekarnı” və daha nələr gəlirdi…

Bunlar beş dəqiqə ərzində göz önümdən keçənlər idi…

Amma Ağdamımızda daha nələrimiz var idi. Və nələrimiz qaldı…

Mən inanıram ki, Ağdama gediləcək. Daha yaxşı yeni şəhər salınacaq. Amma bizim o günləri görməyimiz üçün yaşamağımız və daha artıq vətənpərvər olmağımız lazımdır.

Gənclərimizə isə Ağdamımızın, Qarabağımızın işğal altında olan digər yaşayış məntəqələrinin tarixini, mədəniyyətini və mənəvi dəyərlərini canıdildən, yorulmadan təbliğ etməliyik.

Vüqar Tofiqli

QHT və MEDİA

2018-12-17 10:15:11

QHT və MEDİA
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...
Şura 2018-ci ildə də dövlət və cəmiyyət ...

Mayın 7-də Şuranın təşkilatçılığı ilə Bakıda ümummilli liderimiz Heydər Əliye...

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

CƏMİYYƏT

2018-12-16 18:45:15

CƏMİYYƏT
Erməni işğalının yaratdığı humanitar-mə...
Erməni işğalının yaratdığı humanitar-mə...

Erməni işğalı nəticəsində yaranan humanitar-mənəvi itkilərin qiymətləndirilm...

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

İQTİSADİ

2018-12-16 21:25:31

İQTİSADİ
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İn...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanı bu tədbirdə Mi...

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...