SOSİAL

“Daş yuxular”dan “Qafqaz üçlüyü”nə” qədər olan məsafə daha haralara uzanacaq?

.

Azərbaycanın son illər danılmaz iqtisadi inkişafı, ordu quruculuğunda apardığı məqsədyönlü siyasəti, ölkəni istər-istəməz Cənubi Qafqazın ən güclü dövlətinə çevirməkdədir. Bu isə dünyanın bir çox super güclərini o cümlədən şimal qonşumuz Rusiyanı ciddi narahat edir. Rusiya işğal etdiyi ərazilərdən təziq rıçaqı kimi istifadə edərək Cənubi Qafqaz Dövlətləri üzərində özünün nəzarətmexanizmini gücləndirməyə çalışır və bu yolla buna hələlik məharətlə nail ola bilir.

Rusiya nəzarətində olan digər regionlardakı kimi Azərbaycanda da diqqəti işğal faktından yayındırmaq ölkədə daxili hərc-mərclik, ixtilaf yaratmaq, əhalinin əxlaqi dəyərlərini zədələmək üçün, Azərbaycana ideoloji sahədə ciddi təziqlər edir ki, bununda səbəbi Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı güzəştlərə getməyə məcbur etməkdir. Bu qənaəti təsdiq etmək üçün aşağıdakı beş əsas xətti nəzərə almaq lazımdır:

Birincisi, Azərbaycan torpaqlarında ermənilərin mövcudluğu və Ermənistan adlı bir qurumun yaradılması Rusiyanın layihəsidir. Ermənistanı yaratmaqda Rusiyanın məqsədi, Rusiyaya olan xarici hücumları öz sərhədlərindən kənarda qarşılamaq olmuşdur. Bu Rusiyanın Putindən 100 il öncə düşündüyü plandır. Ermənilər öz milli müqəddəratlarını özləri təyin etməyiblər, Ermənistanı Rusiya yaradıb. Odur ki, Ermənistan öz yaradanı Rusiyanın icazəsi olmadan müstəqil siyasət yürüdə bilməz.

İkincisi, Ermənistan, Rusiyanın ciddi strateji ərazisidir. O, bu ərazi (Ermənistan) vasitəsi ilə bir çox Beynəlxalq qurumları, güclü dövlətləri müayinə edir zəif nöqtələrini axtarır.

Üçüncüsü, Rusiyanın Ermənistanda saxladığı silah arsenalı, Ermənistanın təhlükəsizliyinə xidmət edir və Ermənistanı öz tərəfinə çəkmək istəyən qərb dövlətlərinə Ermənistanla münasibətlərdə ehtiyatlı davranmağı tövsiyə edir.

Dördüncüsü, Ermənistanın bütün müdafiə sənayesinə və nəhəng iqtisadi səmərə verə bilən qrumlarına Rusiya rəhbərlik edir. Ermənistanın xarici ölkələrlə olan sərhədlərinin 70%-ni rus ordusu qoruyur. Beləki, Ermənistanda Sərkisyan, Paşinyan deyil, Putin hakimdir. Bu “ölkənin” bütün addımlarına Rusiya qərar verir.

Beşincisi, Başda Dağlıq Qarabağ olmaqla, keçmiş MDB ölkələrindən Azərbaycandan, Gürcüstandan, Ukrayniyadan, Moldaviyadan zorla qoparılmış ərazilər, Rusiyanın dünyada strateji xəttini gücləndirir, üçüncü dünya dövlətlərini onunla davranmaqda ehtiyatlı edir, bu ölkələr üzərində Rusiyanın hegemonluğuna yol açır.

Rusiya keçmiş MDB ölkələri üzərlərindəki mövqelərini bərpa etmək üçün, onun bir sıra ölkələrdə yaratdığı münaqişə ocaqlarının saxlanması vacib şərtdir. Bu istiqamətdə Rusiya nəinki hərbi, iqtisadi, siyasi və eləcədə ideoloji sahədə də bu ölkələrə təsirli tədbirlər həyata keçirir ki bu vasitələrdən də biri öz təsir dairəsində olan tanınmış adamlardan istifadə etməkdir.

Bu proses Azərbaycandan da yan keçməmişdir. Beləki Azərbaycan xalqını aşağılamaq, aparılan mübarizənin əhəmiyyətsiz olduğunu “sübut” etmək üçün müxtəlif bədii obrazlar yaratmaq üçün Rusiya dünyada tanınmış azərbaycanlı ziyalılardan (sapı özümüzdən olan baltalardan) alət kimi istifadə edir. Bunlar o şəxslərdirlər ki, zamanında Rusiyanın və Azərbaycanın çox nüfuzlu dövlət mükafatlarına və titullarına layiq görülüblər.

Bundan əvvəl öz “daş yuxular”I ilə səhnəyə çıxarılan kim idi? Naibov Əkrəm Nəcəf oğlu (Əkrəm Əylisli) — nasir, dramaturq, tərcüməçi, sabiq xalq yazıçısı İndi “Qafqaz triyosu” ilə indi səhnəyə gələn kimdir? İbrahimbəyov Rüstəm Məmmədibrahim oğlu —yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor. Xalq yazıçısı. Oxşar talelər Əkrəm Əylislinin aldığı mükafatlar, Respublika Lenin komsomolu mükafatı laureatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1968), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991),

İbrahimbəyov Rüstəmin aldığı mükafatlar: Ümummittifaq komsomolu mükafatı laureatı (1980), Azərbaycan Dövlət mükafatı laureatı (1980), SSRİ Dövlət mükafatı laureatı (1981), Rusiyanın Dövlət mükafatı laureatı (1994-1996), “Şöhrət” ordeni ilə təltif olunub (1995). Aldıqları mükafatlarda sanki bir-birini təkrar edir, eləbil ki bir konveyrdən çıxıb. İndiki adları vətən xaini.

O zaman belə bir haqlı sual meydana gəlir. Həmişə ictimaiyyət qarşısında olan bu görkəmli adamlardan vətən xainləri kimi nə vaxt yetişdirildi? Nədən bundan heç kimin xəbəri olmadı? Bəs Təhlükəsizlik orqanları hara baxırdı? Bəs bu adamları mükafatlara təqdim edən qrum rəhbərləri, üzv olduqları qurumlar onlarındamı xəbərləri yox idi?

Bu adamları mükafatlara təqdim edən qrum rəhbərləri, üzv olduqları qurumlar, bu hadisədə bu adamlar qədər məsuliyyət daşımırlarmı?

Bu yaşlı müdrikliyə qədəm qoymuş insanların xarakterləri üz-özünə dəyişilə bilməzdi ki? Bir insanı yetişdirib vətən üçün xeyirli övlad etmək üçün on illərlə vaxt lazımdır. Bəs vətən xainlərini yetişdirmək üçün nə qədər vaxt tələb olunur? Nədən tanınmış ziyalılardan vətən xaini düzəltmək bu qədər asan olur Azərbaycanda? İbrahimbəyov Rüstəm 7 iyun 2013-cü ildə yaradılan Demokratik Qüvvələrin Milli Şurasının sədri seçilmişdi. Bəs Milli Şuranın üzvləri niyə Rüstəm İbrahimbəyovun Azərbaycançılıq adına ləkə gətirən bu xəyənatkar hərəkətlərinə qiymət vermirlər. Bəs digər özlərini radikallar adlandıran partiyaların liderləri bu məsələyə münasibət bildirirlər?

Rusiyanın “Daş yuxular”la başlayan Azərbaycan ssenarisi “Qafqaz üçlüyü” ilə davam edir. Bəs növbəti qurbanlar kimlər olacaq? Bax bu gün bunları düşünməyə dəyər. Növbəti qurbanların seçilməsinə yol verməmək üçün.

Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

Kateqoriya : SOSİAL Müəllif : Faiq İsmayılov Baxış sayı 272 Digər yazılar : Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
Laçınlılar yurdlarına qayıtmağa tələsirlər...
Danışıqlar uzansa Qarabağın …..
Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi
İşğal altında qalan Muzeylərimiz
Ermənistanın işğalçılıq siyasətində, abidələri məhv etməyin svil yolu
Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...
Beynəlxalq Böhran Qrupu, Dağlıq Qarabağda status kvonun saxlanmasında maraqlıdır
Laçın “dəhlizi” - Ermənistanın vaz keçə bilmədiyi ərazi
Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini tanınmaz hala gətirir...
Təhsildə daha bir dezinformasiya
Gürcüstan Azərbaycan münasibətlərinin inkişafında QHT sektorunun fəaliyyəti artırılmalıdır.
Xocalı faciəsi, rus zabitlərinin şərəfini ləkələdi
Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri
Ermənilər abidələrimizə 177 milyard dollar ziyan vurub
“Alban dövrü xaçlarına və digər bədii daş nümunələrinə erməni iddiası” məsələsi Gürcüstanda müzakirə edildi
Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?
Müharibə qurbanları: - mədəni dəyərlərimiz
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür
Avropa Oyunları: Avropada sonu görünməyən ixtilaflar
Avropa Oyunları: Azərbaycana qarşı “boykot” qərarları supergüclərin özlərini “boykot” edir
Qarabağdakı ekoloji terrora keçmiş erməni nazir rəhbərlik edir
Avropa Oyunları Azərbaycanın uzaq perspektivə hesablanmış nailiyyətlərinin əsası olacaq
“Şuşaya Azadlıq”: - Şuşanın mədəni irsinin erməniləşdirilməsi Beynəlxalq qanunlara ziddir!

QHT və MEDİA

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

2018-08-14 08:45:21

QHT və MEDİA
Mehriban Əliyevanın gördüyü işləri UNESC...
Mehriban Əliyevanın gördüyü işləri UNESC...

O, bu ada Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxl...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...

2018-08-10 10:25:25

İQTİSADİ
“Financial Times”: Xəzəryanı dövlətlər b...
“Financial Times”: Xəzəryanı dövlətlər b...

“Financial Times” nəşri Xəzəryanı dövlətlərin prezidentlərinin Qazaxıstanın A...