QHT və MEDİA

Ermənistanın işğalçılıq siyasətində, abidələri məhv etməyin svil yolu

.

Azərbaycan ərazilərinin işğal edilməsi, tarixinin və mədəniyyətinin mənimsənilməsinin forma və metodları üzərində Ermənistanda böyük Beynəlxalq səviyyəli institutlar işləyir. Bu işlərə 1999-cu ildən Ermanistanın Arxeologiya va Etnoqrafiya İnsititutunun kafedra müdiri Hamlet Petrosyan rəhbərlik edir.

Ermənistan hökuməti işğal altında saxladıqları ərazilərdə yaşayan azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, işğal altında sahibsiz qalan milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folkloru, toponimləri, Qarabağın mətbəxini eləcədə Qarabağda mövcud olmuş tarixi əsərlərin yazılı nümunələrini, birdəfəlik və ya tədricən yox edilməsini və mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərlərimizin planlı və sistemli bir şəkildə məhv edilməsini və ya erməniləşdirilməsini həyata keçirirlər. Azərbaycan ərazilərində ermənilər tərəfindən həyata keçirilən bu cinayət əməlləri Beynəlxalq Hüquqda Mədəniyyətin soyqırımı anlamını verir.

Mədəniyyətin soyqırımı anlayışı: - bir qrupun və ya dövlətin, başqa bir qurup və ya dövlət tərəfindən ən son şəkildəki həyat tərzinə, qorunan və qorunmayan sənət əsərlərini, geyimləri üzərindəki mili ornamentləri, memarlıq sənətini, inanc yerlərini, ibadət yerlərini, ibadət yerlərinin görüntüsünü əks etdirən fotoşəkilləri, musiqi əsərlərini, musiqi alətlərini, sənət əsərlərini və tətbiqi sənət nümunələrini, folklorunu, tarixi abidələrini, dilini, toponimlərini, mətbəxini, kitablarını eləcədə bütün tarixi əsərlərini birdəfəlik və ya tədricən yox edilməsi və ya mənimsənilməsi hədəf götürülərək planlı və sistemli bir şəkildə məhv edilməsi və ya mənimsənilməsidir.

Mədəni irs, nəinki daşınmaz tarix və mədəniyyət abidələrini eyni zamanda, tarixə şahidlik edən bütün sənədləri və milli-mənəvi dəyərləri əhatə edən daşınan abidələri də əhatə edir. Mədəni irs xalqın milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması yolverilməzdir. Belə hərəkətlər beynəlxalq qanunlar və konvensiyalarda yoverilməz hesab edilir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında: - Hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Konvensiyanın iştirakçısı olan bütün dövlətlər özlərinin qanunvericiliyində elə qanunlar qəbul etməlidir ki, bu konvensiya onun şərtlərin pozan və pozmağa göstəriş verənləri cəzalandıra bilsin.

Ermənistan hökuməti Azərbaycan ərazilərini işğal etdiyi dövrün əvvəllərində abidələrin məhv edilməsinə üstünlük verirdilərsə, indi onlar abidələri məhv etməni daha sivil yolla, onların formalarını dəyişdirməklə icra edirlər. Buna onlarla misal gətirmək mümkündür onlardan biri keçmiş Hadrud rayonu ərazisindəki Alban dövrünə aid bu sovmədir. Sovmə 2017-ci ildə İKOMOS-un vəsaiti hesabına bərpa edilmək adı ilə yenidən qurulub. Abidəyə diqqətlə baxanda görürük ki, nəinki xarici ornamental görüntü saxlanılmayıb, abidənin ümumi forması da tamamilə dəyişdirilib. Bu qanun pozuntusu gərəkdir ki Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən, bu vandalizm hərəkətinə donorluq edən İKOMOS təşkilatının diqqətinə çatdırılmalı və gələcəkdə belə hərəkətlərə yol verilməməsi tələb edilməlidir. Bu vandallıq hərəkətinin edilməsi azmış kimi ermənilər onu 18 Aprel Abidələrin Beynəlxalq Mühafizəsi gününə hədiyyə etdiklərini elan edirblər. Ermənistan Hökuməti 18 Aprel Abidələrin Beynəlxalq Mühafizəsi gününü Qarabağda böyük coşqu ilə qeyd etməyə çalışdı. Xocavənd rayonunun Tuğ və Salakətin, Ağdamın İmarət Qərvənd kəndlərində, Xankəndi və Şuşa şəhərlərində musiqi və çal-çağır səsləri eşidildi. Ermənistandan gəlmiş QHT üzvləri bu bölgələrdəki əsgərləri kətəyə qonaq etdilər.

Ermənistanın Qarabağda keçirdiyi tədbirlərdə diqqətçəkən məqam odur ki onlar bir zaman xaraba qoyduqları binaların önündə tədbirlərin təşkilinə üstünlük verirlər. Bu da çox güman ki ermənilərin Qarabağ abidələrinin təmirinə vəsait almaq üçün donor cəlb etmək məqsədi daşıyır. Erməni hərbçilər, Ağdamın Şahbulaq qəsrində yaratdıqları “Tiqranakert” muzeyində gənclərə Föqaladə hallarda təcili tibbi yardımın edilməsi qaydaları barədə təlim keçirlər.

Faiq İsmayılov

AMEA Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı

  • @continue

Kateqoriya : QHT və MEDİA Müəllif : Faiq İsmayılov Baxış sayı 402 Digər yazılar : İşğal altındakı yurd yerlərimiz
Ermənilər abidələrimizin memarlıq quruluşunu dəyişdirirlər:
Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir
Laçınlılar yurdlarına qayıtmağa tələsirlər...
Danışıqlar uzansa Qarabağın …..
Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi
“Daş yuxular”dan “Qafqaz üçlüyü”nə” qədər olan məsafə daha haralara uzanacaq?
İşğal altında qalan Muzeylərimiz
Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...
Beynəlxalq Böhran Qrupu, Dağlıq Qarabağda status kvonun saxlanmasında maraqlıdır
Laçın “dəhlizi” - Ermənistanın vaz keçə bilmədiyi ərazi
Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini tanınmaz hala gətirir...
Təhsildə daha bir dezinformasiya
Gürcüstan Azərbaycan münasibətlərinin inkişafında QHT sektorunun fəaliyyəti artırılmalıdır.
Xocalı faciəsi, rus zabitlərinin şərəfini ləkələdi
Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri
Ermənilər abidələrimizə 177 milyard dollar ziyan vurub
“Alban dövrü xaçlarına və digər bədii daş nümunələrinə erməni iddiası” məsələsi Gürcüstanda müzakirə edildi
Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?
Müharibə qurbanları: - mədəni dəyərlərimiz
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür
Avropa Oyunları: Avropada sonu görünməyən ixtilaflar
Avropa Oyunları: Azərbaycana qarşı “boykot” qərarları supergüclərin özlərini “boykot” edir
Qarabağdakı ekoloji terrora keçmiş erməni nazir rəhbərlik edir
Avropa Oyunları Azərbaycanın uzaq perspektivə hesablanmış nailiyyətlərinin əsası olacaq
“Şuşaya Azadlıq”: - Şuşanın mədəni irsinin erməniləşdirilməsi Beynəlxalq qanunlara ziddir!

QHT və MEDİA

2018-10-22 09:55:11

QHT və MEDİA
"Star" layihəsinin siyasi və təhlükəsizl...
"Star" layihəsinin siyasi və təhlükəsizl...

Bu barədə Trend-ə Milli Məclisin deputatı Azay Quliyev bildirib. A.Quliyev qe...

2018-10-20 07:35:04

QHT və MEDİA
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...
Şura 2019-cu ilin qrant müsabiqəsinin mö...

İclasda çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranı...

CƏMİYYƏT

2018-10-20 07:40:59

CƏMİYYƏT
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...
ABŞ-ın “The Daily Caller” qəzeti Erməni...

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun g...

2018-10-19 08:55:04

CƏMİYYƏT
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...
Cümhuriyyətin naziri Əbdüləli bəy Əmirca...

O, 1876-1883-cü illərdə buradakı məktəbdə təhsil aldıqdan sonra Tiflisə getmi...

İQTİSADİ

2018-10-21 23:20:27

İQTİSADİ
“Star” neft emalı zavodunun açılışı regi...
“Star” neft emalı zavodunun açılışı regi...

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türki...

2018-10-19 23:45:29

İQTİSADİ
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...
Hikmət Hacıyev: "Star" neft emalı zavodu...

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xari...