SOSİAL

Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...

.

Tarixə nəzər saldıqda məlum olur ki, Laçın rayonunun qədim sakinləri əsasən azəri türkləri olublar. Beləki, keçən əsrlərdə, Laçın rayonunda xeli sayrda qədim tayfa və tirələr mövcud olub. Onların bir çoxu hətta dünyada öz məhşurluğu ilə seçilən tayfalar olublar.

Bir çox araşdırmalarda və tarixi yazılarda bu tayfaların tarixinin və yaşam tərzlərinin çox qədim dövrlərə aid edilməsi, Laçında mövcud tayfa mədəniyyətlərini tarixin qaranlıq və dərin qatlarına aparıb çıxarır. Beləki, Quşçu tayfası, Gəloxçu tayfası, Hacısamlı tayfası, Qarabayramlı tayfası, Qasımuşağı tayfası, Qaraçənli tayfası, Əhməduşağı tayfası, Babadünlü tayfası, Hopurlar (Hopurru) tayfası və s. Indiki Laçın rayonunun çox qədim sakinləri olublar.

Bu tayfalar öz tayfa ənənələrinə sadiq qalaraq Zəngəzur vilayəti, Keştasf, Mağavuz, Hacısamlı nahiyələri, Zəngəzur və Kürdüstan qəzaları eləcədə Laçın rayonun tərkibində vahid bir ailə kimi yaşayıblar. Maraqlıdır ki bu tayfalar arasında bütün tarixləri boyu qarşıdurma və düşmənçilik olmayıb. Bax (F.İsmayılov "LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər"-2012-ci il. Səh. 70-81, 82-87).

Laçının etnik tərkibi 1992-ci ilin Statistikasına görə, 65 min nəfər azərbaycanlı, 4,5 min nəfər müsəlman kürdü, 7 nəfər nigah qeydiyyatında olan rus qadın və müvəqqəti qeydiyyatda olan 4 nəfər, ermənidən ibarət olmuşdur.

Bütün tarixi reallıqları inkar edən Ermənistan rəhbərliyi Laçın rayonu ərazilərini qədim erməni torpaqları kimi təbliğ edir və dünyanın bütün ölkələrindən Bu əraziləri ziyarət etmək üçün Qarabağ vizası ilə turistlər dəvət edirlər. Azərbaycanın ərazi bütövlüyünü tanıyan, ATƏT-inMinsk qrupunun üzvü olan Rusiya, ABŞ, Fransa və eləcədə digər Dövlətlərin vətəndaşları qondarma Dağlıq Qarabağın vizası ilə Azərbaycanın İşğal altındakı ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər edirlər. Bu Beynəlxalq Hüquqa zidd çox ciddi qanun pozuntusudur. Bunu Azərbaycanın Xarici İşlər Nazirliyi diqqətlə izləməli və nəzarətdə saxlamalıdır.

Bütün tarixi dövrlərdə bir nəfər də daimi erməni sakini olmayan Laçın şəhərinin küçələrini, hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ ərazisinə 1993-cü ildə azərbaycanlı əsgərlər tərəfindən qətlə yetirilən beynəlxalq terror şəbəkəsinin üzvü Monte Melkonyanın plakatları bəzəyir. Şəhərin məhşur abidə adlandırılan ərazisindəki Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə 1974-cü ildə ucaldılmış abidənin farmatı dəyişdirilərək, erməni terrorçularının xatirə abidəsi kimi təqdim edilir. Laçının bütün inzibati yaşayış məntəqələrində və istirahət mərkəzlərində erməni xaçının müxtəlif bədii formalı monumental daş nümunələri quraşdırılıb.

Laçın şəhərinin RTS məhəlləsi adlandırılan ərazidə, keçmiş Qaz İdarəsinin yaxınlığında Şuşa – Gorus yolunun üzərində 2010-cu ildə həcmcə böyük bir erməni kilsəsi inşa edilib, kilsənin ətrafı abadlaşdırılaraq park salınıb.

Ermənilər işğal altında saxladıqları Laçın ərazilərindəki bütün inzibati yaşayış məntəqələrinin adlarını, yer yurd adlarını və toponimləri dəyişdirilib, erməni ifadələri ilə əvəzlənib. Laçın – Gorus yolu üzərindəki Zabux kəndinin xarabalıqları üzərində 2014-cü ildə yeni qəsəbə tikiblər. Zabux – Gorus yolu üzərində Həkəri çayının sağ sahilində erməni kilsəsi tikiblər. Kilsənin ətrafı abadlaşdırılıb, süni şəlalə və istirahət yerləri düzəldilib.

Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonun mərkəzi Laçın şəhəridir. Rayonun ərazisi 1835 km²-dir. İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi, 1883 kv. km. ərazisi, 450 tarix və mədəniyyət abidəsi, 65000 nəfər əhalisi olmuşdur. 217 mədəniyyət müəssisəsi, 142 səhiyyə obyekti, 133 idarə və müəssisə, 100 ümumtəhsil məktəbi, 5 məktəbəqədər müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 125 Rabitə sistemi fəaliyyət göstərirdi.

Laçın rayonu üzrə 33285 meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar və ya 80,05% təşkil edirdi. Təsərrüfatda 176 hektar mədəni meşə əkinlərinin 56 hektarı çətiri birləşmiş formadadır. Təsərrüfatda 1466 hektar bitki örtüyü seyrəksahələr, 1387 hektar xəndək-qobu sahələri olmaqla meşə ilə örtülü olmayan meşə fondu sahələri, 2853 hektar təşkil etmişdir. Təsərrüfat ərazisində 19 hektar şum, 423 hektar biçənək, 1329 hektar örüş, 18 hektar yol və kanalaltı, 39 hektar sualtı, 98 hektar tinkçilik, 8 hektar qumluq, 606 hektar daşlı-çınqıllı sahə, və 1189 hektar digər torpaqlar vardır. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edir.

Hal-hazırda erməni işğalı altında olan Laçın rayonunun meşələri ermənilər tərəfindən kütləvi şəkildə qırılmaqdadır. Belə ki, Piçənis və Hacısamlı meşələrindən qırmızı palıd ağacları qırılaraq Fransaya konyak istehsalında çəllək istehsalı üçün, təbii bitən irigövdəli qoz ağacları isə qırılaraq İran İslam Respublikasına mebel istehsalında istifadə üçün göndərilir. Erməni girovluğundan azad edilmiş bir nəfərin ifadəsinə görə azərbaycanlı girovlardan ermənilər, Laçın rayonunun Zavod, Hacısamlı eləcədə Qarabağ ərazisindəki Ağdərə rayonunda meşələrin qırılmasında istifadə edirmişlər, Girovun dediyinə görə hazırlanan taxta materialları İrana satılır, oduncaq hissələri isə yanacaq kimi erməni ailələrinə paylanırdı.

Rayonun ərazisində Respublika üçün böyük əhəmiyyət daşıyan təbiət qoruğu, təbiət yasaqlığı var idi. Yasaqlıq 1961-ci ildə yaradılmışdır. Xüsusi mühafizə olunan bu təbiət ərazisində cüyür, dağ keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. Yasaqlığın ərazisi orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir. Buradakı meşələr əsasən vələs, cökə, ağcaqayın və digər ağac və kollardan ibarət qarışıq tiplidir.

1989-cu ildə yasaqlıqda aparılan yoxlama nəticəsində; 96 dağkeçisi (bezoar keçisi), 360 baş qaban, 320 baş cüyür, 110 baş ayı, 200 baş qırqovul, 1500baş kəklik və eləcədə xeyli sayda canavar, porsuq, dələ və s heyvan qeydə alınmışdı.

Laçın rayonunda ümumi civə ehtiyatı 1124, 0ton olan üç Nazranlı, Çilgəzçay, Sarıbulaq mədənləri, ehtiyatı 2533 min m3 olan və istismara cəlb edilən, üzlük daşı istehsalına yararlı Hoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatı 5125 min m3 olan mişar daşı istehsalına yararlı 2 Ağoğlan və Əhmədli tuf mədəni, təbii ehtiyatı 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı; ehtiyatı 998 min m3 olan və kərpic – kirəmid istehsalına yararlı Novruzlu gil yatağı, ehtiyatı 2144 min m3 olan Quşçu Rmza mədəni, ehtiyatı 15794 min m3 olan Yuxarı Həkəriçay qum – çınqıl qarışığı yatağı, ümumi ehtiyatı 10449 min ton otan üç vulkan külü, istismar ehtiyatları 4300 min m3/gün olan Minkənd mineral su yataqları vardır.

Laçın rayonunun Alıcan kəndindən başlayaraq şimal-qərb istiqamətində yan suxurları yararaq üzə çıxan maqmatik suxurlara Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tığik, Turş-Tığik, Nurəddin kənd əraziləri malikdir. Nağdalı, Mirik, Əhmədli, Hacıxanlı, Minkənd ərazilərində isə narzan tipli müalicə əhəmiyyətli bulaqlar mövcuddur. İpək kəndindəki uran yataqları ilk dəfə 1974-cü ildə Sovet arxeoloqları tərəfindən kəşf edilmişdi.

Nazirlər Kabineti yanında itki və Tələfatların Qiymətləndirilməsi üçün yaradılmış işçi qrup üzvləri tərəfindən, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində Laçın rayonunun inzibati yaşayış ərazilərindəki təsərrüfat subyektlərinə, insan faktoruna, fərdi şəxslərin mülkiyyətinə vurulan zərərin dəyəri 1 753 795 140 $ . olduğu müəyyənləşdirilmişdir.

Faiq İsmayılov. AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

Kateqoriya : SOSİAL Müəllif : Faiq İsmayılov Baxış sayı 458 Digər yazılar : Danışıqlar uzansa Qarabağın …..
Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirildi
“Daş yuxular”dan “Qafqaz üçlüyü”nə” qədər olan məsafə daha haralara uzanacaq?
İşğal altında qalan Muzeylərimiz
Ermənistanın işğalçılıq siyasətində, abidələri məhv etməyin svil yolu
Boykot: anlayıb anlamadığımız, bəlkədə anlamaq istəmədiyimiz ifadə...
Beynəlxalq Böhran Qrupu, Dağlıq Qarabağda status kvonun saxlanmasında maraqlıdır
Laçın “dəhlizi” - Ermənistanın vaz keçə bilmədiyi ərazi
Ermənistan işğal altında saxladığı ərazilərimizin görkəmini tanınmaz hala gətirir...
Təhsildə daha bir dezinformasiya
Gürcüstan Azərbaycan münasibətlərinin inkişafında QHT sektorunun fəaliyyəti artırılmalıdır.
Xocalı faciəsi, rus zabitlərinin şərəfini ləkələdi
Metsamor AES - Fukusimo faciəsinin erməni şüuruna təsiri
Ermənilər abidələrimizə 177 milyard dollar ziyan vurub
“Alban dövrü xaçlarına və digər bədii daş nümunələrinə erməni iddiası” məsələsi Gürcüstanda müzakirə edildi
Ermənistandakı Metsamor (AES) dünya üçün niyə təhlükəli sayılır?
Müharibə qurbanları: - mədəni dəyərlərimiz
Avropa İttifaqı Cənubi Qafqazda Azərbaycana qarşı təcrid siyasəti yürüdür
Avropa Oyunları: Avropada sonu görünməyən ixtilaflar
Avropa Oyunları: Azərbaycana qarşı “boykot” qərarları supergüclərin özlərini “boykot” edir
Qarabağdakı ekoloji terrora keçmiş erməni nazir rəhbərlik edir
Avropa Oyunları Azərbaycanın uzaq perspektivə hesablanmış nailiyyətlərinin əsası olacaq
“Şuşaya Azadlıq”: - Şuşanın mədəni irsinin erməniləşdirilməsi Beynəlxalq qanunlara ziddir!

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...