SOSİAL

Avropa Oyunları: Avropada sonu görünməyən ixtilaflar

Bakıda keçirilən I Avropa Olimpiya Oyunlarının açılışında Avropa ölkələrinin dövlət rəhbərləri səviyyədə iştirak etməməsi bəzi dairələrdə müzakirələrə səbəb oldu

Bir çoxları bunu Azərbaycana qarşı “boykot” qərarı, bir çoxları isə Almaniya və Fransanın Aİ ölkələrinə təziqi nəticəsində baş verdiyini iddia edirdilər.
 Əslində isə kənardan cazibəli görünən Avropanın içində çox ciddi ixtilafların  mövcudluğu  son zamanlar özünü daha qabarıq şəkildə büruzə verir. Beləki Almaniya, Fransa, İngiltərə arasında, iqtisadi cəhətdən zəif olan Avropa dövlətlərini istismar edib öz vassallarına çevirmək cəhdləri uğurunda mübarizə daha da genişlənir. Belə ki bu dövlətlərin Avropanın üzləşdiyi böhrandan istifadə edərək gəlir götürmək istəyi bu dövlətlər arasında ciddi qarşıdurma yaradır. Bu mübarizəyə öz iqtisadi potensialına görə hələlik Almaniya liderlik edir. Aİ ölkələri sırasında Almaniyadan ən ağır zərbəni Yunanıstan alıb. Heç kimə sirr deyil ki, Almaniya Yunanıstanı çox qısa zamanda öz iqtisadi məngənəsinə salaraq, tamamilə özündən asılı edib. 

Yunanıstan hökumətinin yaranan böhdandan xilas olmaq üçün Moskvaya üz tutması isə Avropada oyun qurucuları olan Brüsselin və Vaşinqtonun qəzəbinə səbəb oldu. Moskvaya səfər edən Yunanıstanın energetika və təbii ehtiyatlar naziri Panayiotis Lafazanis səfərin yekunlarına dair keçirdiyi mətbuat konfransında açıq şəkildə ABŞ administrasiyasının Afinaya güclü təzyiqlər göstərdiyini söyləyib. Nazirin sözlərinə görə, ABŞ Yunanıstanın “Türk axını” qaz kəməri layihəsində iştirakını istəmir. Amma ABŞ-ın ciddi sanksyalar tətbiq etdiyi Rusiya ilə hərbi əməkdaşıq edən Fransa ABŞ-dan bu cür təhdidlər almır. Bu cür ayrı-seçkilik Avropa dövlətləri arasında sonu görünməyən daxili ixtilaflar yaradaraq, lazımi məqamlarda bu dövlətlərin bir araya gəlməsinə mane olur. 

Yuxarıda göstərilən məqamlara nəzər yetirdikdə Avropa daxilində miqrasiya və milliyyətçilik problemlərinin də getdikcə kəskinləşdiyini görmək olar. Sirr deyil ki, son illər təşkilata üzv olan dövlətlərdə milliyyətçiliyin radikal məzmun alması, Avropada multikulturalizmdən imtina edilməsi bu ittifaqın taleyini risk altında qoyur. Bununla da Aİ öz dəyərlərini ayaqlar altına atmış olur. Avropa ölkələri arasındakı bu cür hərc-mərclik Avropa dövlətlərinin rəhbərlərini Bakı I Avropa Olimpiya Oyunlarının açılışında dövlət başçıları səviyyəsində iştirakını mümkünsüz edirdi.

Əlbəttə, Avropa  dövlət rəhbərlərinin Bakı I Avropa Olimpiya  Oyunlarının açılışında dövlət başçıları səviyyəsində iştirak etmələri bu oyunları daha da möhtəşəm edə bilərdi. Lakin onların oyunlara qatılmamaları rəsmi Bakının hesabladığı nəticələrə təsir göstərə bilmədi.   

 Belə ki, Azərbaycan özünün dünyanın müasir tələblərinə cavab verə biləcək səviyyədə inkişafını göstərdi. Oyunlara tamaşa etmək üçün birinci dəfə Azərbaycana gələn çoxsaylı insanlar bu ölkənin mədəni irsə, tarixə malik, ənənələrin və müasirliyin birləşdiyi bir ölkəni  gördülər. Bütün bunlar Azərbaycanın yaxın gələcəkdə beynəlxalq imicinin daha da güclənməsinə səbəb olacaq. Bütün bunlar I Avropa Oyunlarının sayəsində qazanıldı.
 Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı  İctimai Birliyinin sədri Faiq İsmayılov

 

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...