SOSİAL

Avropa Oyunları: Azərbaycana qarşı “boykot” qərarları supergüclərin özlərini “boykot” edir

I Avropa Oyunları

Avropa Olimpiya Komitəsi Azərbaycanda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Amerikanın və bir sıra Avropa İttifaqı ölkələrinin bu oyunların keçirilməsinə dair Azərbaycana qarşı “boykot” taktikası iflasa uğradı.

Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda daim qalacaq.

Ərazisinin 20%-i iğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkün yükü daşıyan, buna baxmayaraq dünyada riyakar siyasət və ikili standartlarla qarşılaşan Azərbaycan sivil, sülhsevər bir dövlət olduğunu, özünü gələcəkdə turizm ölkəsinə çevirmək cəhdlərini dünyaya təsdiq etdirmək üçün qəbul etdiyi bu qərar Amerikanın və bir sıra Avropa İttifaqı Dövlətləri eləcədə onların Bakıdakı havadarları tərəfindən qısqanclıqla qarşılandı.

 Təəssüf ki, bu cür riyakar siyasətlə, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli Qeyri - Hökumət Təşkilatları da bu möhtəşəm idman oyunlarına siyasi don geyindirməklə həyata keçirilən tədbirlər haqqında dezinformasiyalar dövriyyəyə buraxaraq ictimai fikirdə çaşqınlıq yayındırmağa çalışırlar.  

Bütün bu fəaliyyətin arxasında Amerikanın və bir sıra Avropa İttifaqı ölkələrinin ikiüzlü və riyakar siyasəti dayanır. Amerikanın diktə etdiyi bu ikiüzlü və riyakar siyasət, inkişafına dəstək verdiyi Ermənistan hökumətinin rəsmi dövlət mətbuat və informasiya orqanları da ifşa edir. Belə ki Ermənistanda fəaliyyət göstərən “Vsearmyanskiy fond Ayastan” adlı erməni təşkilatının rəsmi saytında qeyd olunur ki, Fondun Qarabağda həyata keçirdiyi layihələrə son 20 ildə ABŞ 270 milyon dollar qrant ayırıb. Cəmi bir Qeyri - Hökumət Təşkilatına bu qədər vəsaitin ayrılması Amerikanın Azərbaycanın İşğal altındakı ərazilərində separatizmi dəstəkləməsindən xəbər verir. Gənc və inkişafda olan ölkələrə insan haqları və demokratiya dərsi verən ABŞ kimi bir ölkənin separatizm və terroru dəstəkləməsi başa düşülən deyil.

“Vsearmyanskiy fond Ayastan”  adlı erməni fondu ABŞ-dan aldığı 270 milyon dollar vəsaitin hesabını verərkən göstərir ki, fond Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində 

476 km. Yol

517 km. Su xətti

144 km. Qaz xətti

70 km. Elektrik xətti

334  məktəb və uşaq baxçası

424 yaşayış evi

70 tibb məntəqəsi

53 idman və mədəniyyət mərkəzi və eləcədə 159 təhsil, elm və mədəniyyət proqramı həyata keçirilib. 

 Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə bəyan edən Amerikanın Azərbaycana qarşı son zamanlar “boykot” qərarı, Cənubi Qafqazda Amerikanın özünü “boykot” etməyə başlayıb.

 Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki  Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...