QHT və MEDİA

Ağrı keçib gedir, gözəlliksə qalır

Əziz dost, əməkdar rəssam Rais Rəsulzadənin doğum gününə

Qazaxıstanda sürgündə doğulan Rais bəy uzun illər bundan əvvəl Azərbaycana qayıdanda vətəndə dövlət qurub özü qürbətdə qalan babası Məhəmməd Əmin bəyin, bu üzdən repressiya olunub vətən həsrətiylə dünyadan köçən, əsərləri pərən-pərən düşən atası-rəssam Azər bəyin, məzarı belə qürbətdə qazılan bütün doğmalarının-Rəsulzadələrin həsrətini də özüylə götürüb gəldi, öz içində yaşatdı.

Rəssam Rais Rəsulzadə Azərbaycanını hər qarışını tabloya köçürərkən təkcə özünün deyil, Azərbaycanı sözün tam anlamında gözəl görmək istəyən babası Məhəmməd Əmin bəy Rəsulzadənin arzularını da çəkdi. Bu əsərlər bizə vətəni haysız-küysüz, səssiz-səmirsiz, amma dünyalara sığmayacaq qədər böyük bir sevgiylə sevməyi öyrədir.

Onun yaradıcılığında baharın tanrısal gözəlliyinin heyrət doğuran təsvirləri var. Günlərin birində bahar geciksə, bu əsərləri çəmənlərə, ormanlara sərsən, çiçəklər ləçək-ləçək açılar, ağaclar budaq-budaq yarpaqlayar. Çünki Rais Rəsulzadənin tablolarından “Bahar” bir başqa cür gülümsəyir bu Yer üzünə... Bu da yəqin ki, həm də babasının Azərbaycana bağışladığı o mübarək bahar səhəriylə bağlıdır. Bu tablolarınn hər biri öz tamaşaçısına böyük öndər Rəsulzadənin sevdiyi misraları pıçıldayır:”Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” Rəsulzadələrin Azərbaycan sevgisini dünyaya bəyan eləyən bu əsərlərin hər biri dünyanın ən uzaq nöqtəsində belə Azərbaycanın vizit kartı kimi, Azərbaycan təbiətini qürurla tanıtmaq və ən möhtəşəm sərgi salonlarına şərəf gətirmək iqtidrındadı.

1 noyabr sanki babasından yadigar qalan Azərbaycan sevgisini yaşadıb gələcəyə ötürməkçün doğulan Rais bəyin dünyaya gəldiyi gündür. Bilirəm ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində bütün arzuları babamız Məhəmməd Əmin bəy Rəsulzadənin adıyla bağlıdır. İnanıram ki, ötən il keçirilən fərdi sərgisinin şah əsəri olan Məhəmməd Əmin bəyin portreti gün gələcək, onun adını daşıyan ev muzeyinin açılışında da qonaqları “qarşılayacaq”. İllərlə gözlədiyimiz həmin gün mən əziz dostumun əlini bərk-bərk sıxacağam, gözümüzdəki nəmi kimsələr görməsin deyə, hər ikimiz qürur yerimiz, Azərbaycan sevdasilə tarix yazan əbədi öndərimizin portretinə boylanacaq və mən ona ən böyük təbrik əvəzinə yavaşca pıçıldayacağam:Renuar doğru deyirmiş:”Ağrı keçib gedir, gözəlliksə qalır…” Nəcibə Bağırzadə

  • @continue
Kateqoriya : QHT və MEDİA Müəllif : Nəcibə Bağırzadə Baxış sayı 789 Digər yazılar : Azərbaycan həsrətilə..
. Yaddaşımdakı 20 Yanvar

QHT və MEDİA

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

2018-06-16 07:05:23

QHT və MEDİA
“Qarabağ dünən və bugün” mövzusunda icti...
“Qarabağ dünən və bugün” mövzusunda icti...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

2018-06-11 08:40:31

CƏMİYYƏT
“Hazırda Günnüt minalardan təmizlənir, s...
“Hazırda Günnüt minalardan təmizlənir, s...

Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb,...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...