CƏMİYYƏT

Tbilisidə Azərbaycan ocağı

.

Tbilisidə keçiriləcək konfransa dəvət alanda ağlıma ilk gələn fikir Mirzə Fətəli Axundovun bu şəhərdəki ev-muzeyini ziyarət etmək oldu. Konfrans işini yekunlaşdıran kimi internet vasitəsiylə muzeyin ünvanını tapdım: Vaxtanq Qorsaqali küçəsi 17... Muzey bizim qaldığımız oteldən piyada 10 dəqiqəlik məsafədə yeləşirdi, özü də şəhərin mərkəzində, daha çox azərbaycanlıların məskunlaşdığı yerdə. Vestibüldə bizi azərbaycanlı mühafizəçi qarşıladı.

Muzeyin girişində dahi mütəfəkkirin büstü qoyulmuşdu. Binanın birinci mərtəbəsində art-kafe var idi. Burada tez-tez rəsm əsərlərinin sərgisi və bədii gecələr keçirildiyini öyrəndik. Yaxın dostum, konfrans iştirakçısı Seymur Nağıyevlə hərəyə üç lari verib muzeyə daxil olduq. Muzey əməkdaşı Cəmilə xanımın şirin, özünəməxsus ləhcəsiylə dramaturqun həyatına qısa ekskurs etdik. Öyrəndik ki, muzeydə 2700-ə yaxın eksponat sərgilənir. Sərgilənən eksponatların bir qismi orijinal olmasa da, çox nəfis formada tərtib edilib.

Cəmilə xanım söhbət zamanı bildirdi ki, 22 yaşında Tiflisə gələn Mirzə Fətəli Axundov 1864-cü ildə bu ərazini alaraq ikimərtəbəli binanı öz layihəsi ilə tikdirir və ömrünün sonunadək burada yaşayır. Keçmiş sovet dövründə binanın bir qismi yaşayış üçün şəhər sakinlərinə verildiyindən onun yalnız salamat qalan iki otağında 1982-ci ildə muzey təsis olunur. 2012-ci ildə isə Azərbaycan prezidentinin göstərişi və SOCAR-ın maliyyə dəstəyi, o cümlədən, ciddi nəzarətiylə muzey yenidən bərpa edilir. İlk olaraq ərazidə məskunlaşan yerli əhali SOCAR-ın ayırdığı maliyyə ilə başqa yerlərə köçürülür və bina sıfırdan əsaslı şəkildə yenidən qurulur, üçüncü mərtəbə inşa edilir.

Məqsəd muzeyi azərbaycanlıların mədəniyyət mərkəzinə çevirmək idi. Bu gün muzeyin üçüncü mərtəbəsində yerləşən konfrans zalında tez-tez mədəniyyət tədbirləri keçirilir. Azərbaycan və onun mədəniyyəti Gürcüstanda belə təbliğ olunur. Cəmilə xanım deyir ki, Gürcüstan məktəbliləri, turistlər, Azərbaycan vətəndaşları tez-tez muzeyi ziyarətə gəlirlər.

Bir məqamı qeyd edim ki, biz ziyarətdə olanda artıq möhtəşəm bir təqdimata hazırlıq gedirdi. Muzeydə dramaturqun ailə üzvləri, əsərləri, müasirləri haqqında sənədlər, fotoşəkillər ayrıca bölmələrdə sərgilənir.

Dramaturuqn iş otağı da olduğu kimi saxlanılıb. Muzeydə Qarabağ musiqiçiləri haqqında ayrıca bir bölmə də var. Bu bölmədə M.F.Axundovun böyük hörmət bəslədiyi Xurşidbanu Natəvanın porteti, müasirlərinin arxiv fotoları sərgilənir.

Muzeydən xoş təəssüratla ayrılırıq. Azərbaycan səfirliyinin möhtəşəm inzibati binası da bu ərazidə yerləşir. Üçgünlük səfər çərçivəsində şəhərdə çoxsaylı Şərq mədəniyyətinin nümunələrini gördük və ziyarət etdik.

Fəxr duyulası məqamlar çox oldu. Məbədə çevrilən muzey bu gün Tbilisidə Azərbaycan mədəniyyətinin təbliğat mərkəzinə çevrilib. Bu gün M.F.Axundovun muzeyə çevrilən evi təmiz və saf Azərbaycan sevgisi üzərində qurulduğundan inanıram ki, bundan sonra da muzey mədəniyyət mərkəzi kimi bir sıra ciddi və yaddaqalan layihələrə imza atacaq.

Vüqar TOFİQLİ

QHT və MEDİA

2018-01-18 09:00:42

QHT və MEDİA
Fransa mətbuatı avropalıların XIX əsrdə ...
Fransa mətbuatı avropalıların XIX əsrdə ...

Fransanın www.demuseele.com portalında “Bakını kəşf edək. Üq Kraftın Qafqaz s...

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...