CƏMİYYƏT

Azərbaycan həsrətilə..

Azər bəy Rəsulzadənin anım gününə

Məhəmməd Əmin Rəsulzadənin  Azərbaycana olan sonsuz sevgisini, sözə sığmayan həsrətini övladları arasında ən çox yaşada bilən atasının üzünü belə xatırlamayan sonbeşiyi Azər oldu…O, öz övladlıq borcunu bütün həyatı boyu mənəvi və maddi məhrumiyyətlər bahasına ödədi…

Atasının vida anında qulağına pıçıldadığı Azər adında onun ömür yoluna bir işarə vardı. O, lap uşaqlıqdan başqaları kimi heç olmasa bircə dəfə əlindən tutub, dar macalda güvənə bilmədiyi atasına vurulan “xalq düşməni” damğasını balaca qəlbində və zəif çiyinlərində daşıdı. 17 yaşında ailəsi ilə birgə uzaq Qazaxıstana sürgünə də bu “yük”lə getdi…Amma heç vaxt, heç kəsin yanında heç nədən giley eləmədi, elə atası kimi məğrur yaşadı. Rəssam oldu, dərs dedi, ailəsini saxlamaq üçün bir neçə sənət öyrəndi. Təkcə xoşbəxtliyin sirrini öyrənə bilmədi. Anasını da, sevdiyi qadını da çox tez itirdi, iki körpə övladını ana həsrətiylə böyütməyin ağrısını yaşadı…Bu ağrıları yalnız vətəndən gətirdiyi yeganə “dost”u-tarıyla bölüşdü. Azər bəyin ifa elədiyi “Bayatı-Şiraz” onun dilinə gətirə bilmədiyi qəmli həyat hekayəsini pıçıldayırdı…

O, anasız yaşamağa öyrəşsə də vətənsiz yaşamağı mümkünsüz bilən oğluna- Bakıya məktublar yazırdı:”Salam, Əziz oğlum Rais!

Nəhayət, çox zaman gözlədiyim məktubunu aldım-çox sağ ol! Sənin ürəyinin dolu olmasını məndən başqa kim yaxşı və ürəklə hiss edə bilər? Eyni zamanda sən də məni başa düşməlisən, mənim də ürəyim doludur.”

Hər məktubun cavabını alıncaya qədər dəqiqələr ilə dönürdü…O dolu ürəyə dolu kimi də yağan göz yaşlarını isə qürbət acısını çəkənlər bilərdi. Sürgündə öz kiçik övladıyla donub ölən bacısı Lətifənin qızı Füruzəyə yazırdı:”Füruzə, vaxt və həvəsin olanda mənə rahatlıqla, tələsmədən hər şey haqqında təfərrüatıyla yaz. Çünki məktubun ətraflı olanda səni Sibirdən Qazaxıstana gəldiyimiz vaqondakı kimi qollarım arasında hiss edirəm.” Bu necə qucaqlaşmaq, bu necə qovuşmaqdı belə?...Ayrılığın havası sətirlərin arasından adamın nəfəsini qarsıdır…Hər məktubunda adbaad hamını soruşurdu:”Qumral kitabını tamamladı? Nəşr olundu? Necə adlanır?”…”Toğrul, Oqtay, Aydın, Gündüz necədi? Qumral, Səyyarə necədi”…

Azər bəy məktubunda yazdığı “necə?” sualının arxasında əslində 37-nin dalğası vurmuş bu adamların ürəyini didən “yaralarınız  azacıq da olsa sağaldımı”,-sualının ağrısı və nigarançılığı dayanırdı.

1993-cü ilin 9 iyul günü ara-sıra gedib-gəldiyi, tez-tez məktub göndərdiyi Bakıya məktublarındakı ağrıdan daha böyük, daha ağır bir xəbər çatdı… Ən böyük arzusunu-vətənə həmişəlik dönmək istəyini çin eləyən yenə də əbədi ayrılıq oldu, ölüm oldu…

Görən uzaq Karaqandada  gözlərini vətən həsrətiylə əbədi qapayan anda

əzizim ulu dağlar,

çeşməli, sulu dağlar,

burda bir qərib ölüb,

göy kişnər, bulud ağlar, deyib bayatı çağıran oldumu?…

Bakıda illərlə ürəyi əsə-əsə məktubunu gözləyənlərsə bu dəfə özünü qarşıladı… Ən əziz məktub kimi. Axı o, atası Məhəmməd Əmin bəyin öz doğmalarına üz-üzə, göz-gözə yazdığı ən kədərli, Azərbaycan həsrətiylə dolu olan məktubu idi.  Bu məktubda oxunduqca bitməyən, yüzlərlə kitaba sığamayacaq qədər həsrət vardı…Ünvanına yetməyi nə uzun çəkdi?

Indi, illərdi ki, təkcə Azər bəyin və vətəndə dövlət qurub özü hələ də qürbətdə qalan atasının doğum və anım günləri deyil, Məhəmməd Əmin bəyin Azərbaycanda  Cümhuriyyət qurduğu 28 Mayda da onun Novxanıdakı məzarını ziyarət edirəm. Babası Axund Hacı Ələkbərlə yanaşı uyuyan Azər bəyin sinə daşında “Məhəmməd Əminin ailəsindən doğma vətəndə uyumaq 56 il sürgündən sonra yalnız sənə nəsib oldu. Ulu tanrı sənə və məzarı vətəndən uzaqda qalmış soydaşlarımıza cənnəti çox görməsin…”yazılan məzarı həm də kəfənsiz ölmüş, məzarı belə bilinməyən doğmalarına- Cümhuriyyət fədailərinə, 37-nin qurbanlarına bir abidədi..Bu abidəni vətəndən aralı, vətəndən yaralı Rəsulzadələr özü ucaldıb-öz əməlləri, tarixə, nəsillərə örnək olacaq Azərbaycan sevgisi və nədənsə hələ də bitmək bilməyən Azərbaycan həsrətiylə…
  Nəcibə BAĞIRZADƏ

  • @continue

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...