SOSİAL

Avropa Oyunları Azərbaycanın uzaq perspektivə hesablanmış nailiyyətlərinin əsası olacaq

Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ölkəmizin və ümumilikdə Cənubi Qafqazın mədəni həyatında olduqca əlamətdar bir hadisədir.

Bu hadisə Azərbaycanın uzaq perspektivə hesablanmış bir çox tarixi nailiyyətlərinin əsasını qoyacaq.  Heç şübhə yoxdur ki, dövlət bu oyunları təşkil edərkən biznes maraqları güdmədi və bununla da sanki şahmat taxtası arxasında Avropaya özünəməxsus gedişlərini diqtə etdi. 

 Bu birinci növbədə Azərbaycana qarşı yönəldilən qarayaxma kampaniyalarında “oyunlara qoyulan vəsaitin səmərəsiz olacağı barədə” iddiaları puça çıxardı. Dövlətə Vətəndaş Cəmiyyətinin dəstəyi ona qarşı yönələn hücumları zəiflətdi. Bununla da sübut olundu ki, Avropa oyunlarının Azərbaycanda keçirilməsi ideyasının dəstəklənməsində xalq dövlətlə yekdildir. Dövlət bu oyunların keçirilməsində özünün biznes maraqlarını deyil, ölkənin perspektiv inkişafı üçün hazırkı şəraitin gələcəkdə genişləndirilməsi ideyasını üstün tutdu. Çünki ərazisinin 20% işğal altında olan ölkənin gələcək inkişafı üçün  daha geniş və etibarlı dəstəyə ehtiyacı var. Odur ki, bu oyunlara qoyulan vəsait nəzərdə tutulduğundan bir neçə dəfə çox olsaydı belə Azərbaycana ziyan gətirməyəcəkdi.  

 Bir çox ekspertlər, bu oyunlar vətəndaşların sosial bazasına müsbət təsir göstərəcəyini qeyd edirlər. Belə ki, oyunlar ərəfəsində Azərbaycana başlanan turist axını ölkədə manatın məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq. Turistlərin vasitəsi ilə ölkəyə daxil olan valyuta hesabına, bir neçə ay bundan öncə manatın devalyasiyası vasitəsi ilə baş verə biləcəyi ehtimal edilən infilyasiyanın qarşısı alınacaq, ərzaq bazarında qiymətlərin artım tempi aşağı düşəcəkdir. Azərbaycan özünü dünyaya daim inkişafda olan stabil bir ölkə kimi tanıdacaq, bu isə ölkəyə investisiyaların cəlb edilməsində mühüm amildir.

Azərbaycana gələn hər bir turist biləcək ki, bir çox dünya dövlətlərindən fərqli olaraq Azərbaycan tolerant bir ölkədir, aborigenlərlə etniklər arasında milli, irqi, dini ayrıseçkilik baş vermir. Onlar şahid olacaqlar ki, burada milli azlıqların heç bir problemləri yoxdur, bütün etniklər aborigenlərlə bərabər şəkildə dinc yanaşı yaşayır və gələcəkdə də yaşayacaqlar. Bu hadisələr Azərbaycana qarşı yönəlmiş erməni təbliğatını çox ciddi şəkildə iflasa uğradacaq.

 Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu hadisəyə görə Azərbaycanın adı əbədi olaraq dünyada təbəssümlə xatırlanacaqdır. Bu xatırlanma ölkə ətramında müsbət imicin formalaşmasına səıbəb olacaq və ölkəyə gələnlərin sayı çoxalacaq. Bu isə Azərbycanda turizm sektorunu genişlənməsinə və inkişafına səbəb olacaqdır. 

 Avropa Oyunlarından sonra idman qurğuları və idman tikintiləri əhalinin sağlamlığı üçün müxtəlif tədbirlərdə istifadə olunacaq və ya idman oyunları üçün istifadə ediləcəkdir. 

 

 

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...