SOSİAL

Erməni saytlarının monitorinqi, aşkar olunan saxtakarlıqlar

Araşdırma

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Qarabağ həqiqətlərinin  dünya ictimaiyyətinə çatdırılmasında innovativ təşəbbüslərin artırılması” layihəsi çərçivəsində ermənilərə məxsus internet saytlarının monitorinqini bu ildə apardıq. Xatırlatmaq istərdik ki, 2012-ci ildə eyni araşdarmanı həyata keçirmişdik. Təəssüf ki, həmin saxtakarlıqlar bu gün daha da dərinləşib.
Ötən dəfə olduğu  kimi  bu monitorinqə də ermənilərə məxsus gündəlik xəbər portalları ilə bərabər birbaşa saxta təbliğat məqsədilə yaradılan internet resursları
 daxil olub. Onu qeyd edək ki, ermənilərin çox hiyləgərcəsinə yaydığı bu saxta məlumatlardan hər zaman əcnəbi vətəndaşlar  Azərbaycan haqqında yanlış informasiyalar əldə etmək məcburiyyətində qalırlar.
Bir sözlə dünya ictimaiyyəti erməni saxtakarlığı ilə  hər zaman  üz-üzə qalır.
Təhrif olunan informasiyalar, saxta yazılar ermənilərə məxsus bir çox saytlarda təkrar olunduğuna görə, onların bəzilərində gedən məqamları diqqətinizə çatdırırıq. 
Erməni  xalqının orduya inamı artır başlıqlı yazı  diqqətimizi cəlb etdi

Həmin mənbədə göstərilir ki,  Qafqaz Araşdırma Mərkəzi  Ermənistan vətəndaşlarının iqtidar, ordu və sağlıq durumu haqqında araşdırma apararaq hesabat hazırlayıb. Hesabata görə, Ermənistan ordusuna 2011-ci ildə güvəni  66%, 2015-ci ildə isə 78%’ə yüksəlib. (www.ermenihaber.am/tr/news/2016/09/13/Ermeni-halk%C4%B1/89624)
 Bu saxtakarlığı ifşa edən kifayət qədər faktlar var. Əvvəla ondan başlayaq ki,  2016-cı ilin aprel ayında 4 günlük döyüşlərdə Azərbaycan Ordusunun möhtəşəm uğurları erməni ordusu mifini tamamilə dağıdıb. Bundan əlavə Qarabağda işğalçı ordunun əsgərlərinin mütəmadi olaraq öldürülərək Ermənistana daşınması halı və orada əsgər analarının  işğalçı Ermənistanın rəhbəırliyinə qarşı  kəskin çıxışlarının davam etməsi həmin ölkədə orduya necə dəhşətli münasibətin  olmasını sübut edir.

Xocali.com əyləncə saytı kimi fəaliyyət göstərir. Burada ermənilər Azərbaycanın əleyhinə kifayət qədər şəkillər yerləşdiriblər. Onların başlıca məqsədi Xocalı adlı sayt vasitəsilə reallığı, acı həqiqətləri gizlətməklə öz çirkin planlarını gerçəkləşdirməkdir.

http://www.armenianhouse.org saytı   XX əsrin ən dəhşətli faciəsi olan  Xocalı  soyqırımında ermənilərin iştirakına haqq qazandırmağa çalışıb. Həmin saytda belə vəhşiliklər ört-basdır edilələrək qeyd olunur ki, guya Xocalı qəsəbəsi ermənilər,  ümumilikdə Dağlıq Qarabağ üçün mütəmadi təhlükə mənbəyinə çevrildiyinə görə, həmin əraziyə hücum olub. Guya erməni öz təhlükəsizliyini təmin etmək məqsədilə Xocalıya hücum edib, günahsız insanları, orada yaşayan dinc azərbaycanlıları qətlə yetiriblər. Bütün bunlar ondan irəli gəlir ki,  ermənilər Xocalıda törətdiyi misli görünməyən  qanlı cinayətə görə, bu vaxta qədər cəza almayıblar. Cəzasızlıq mühitindən faydalanan ermənilər belə saxtakarlığa əl atırlar.
Ararat Online.ru internet saytında erməni tarixi bölməsində (ИСТОРИЯ АРМЕНИИ) bir daha erməni xəstəliyinin şahidi oluruq. Saytda göstərilir ki, bu regionun ən qədim xalqı və mədəniyyət daşıcıyısı məhz ermənilərdir. Onlar bütün tarixi mənbələri çox hiyləgərliklə saxtalaşdırmağa cəhd göstəriblər. Ermənilərin “Böyük Ermənistan” xəstəliyi burada daha biabırçı şəkildə təqdim olunaraq və heç bir elmi sübutlara əsaslanmayıb. Onlar tək Cənubi Qafqaza, qədim Azərbaycan torpaqlarına deyil, bütün yaxın qonşu dövlətlərin ərazisinə, həmçinin Misirə qədər olan ərazilərə torpaq iddiaları irəli sürürlər.
Bu yerdə bir faktı qeyd etmək istərdik.
Moskva və bütün Rusiya partriarxı Kiril ermənilərlə bağlı maraqlı açıqlama vermişdi: “Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür" (http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=353855}
http://www.historyofarmenia.am/en saytında  1988-ci ildə Sumqayıtda baş verən hadisələr tamamilə təhrif olunub. Ermənistan təhlükəsiz orqanlarının təşkilatçılığı və  həmin hadisələrə  birbaşa rəhbərlik edən Qriqoriyan haqqında heç bir məqama toxunulmadan  əsl həqiqətlər çox eybəcər şəkildə gizlədilir.  (http://www.historyofarmenia.am/en/Encyclopedia_of_armenian_history_Sumgaiti_Cexaspanutyun) Сумгаит.инфо internet saytı da digər erməni internet resursları kimi  bütünlüklə 1988-ci il Sumqayıt hadisələrini saxtalaşdırıb. Həmin hadisələrin birbaşa icraçısı və təşkilatçılarında biri olan Eduard Qriqoryan haqqında heç bir məlumat verməyərək əsas faktları tamamilə təhrif ediblər.
Həqiqət isə belədir: 1988-ci ildə Sumqayıtda baş verən dəhşətli, qanlı hadisələr məharətlə ölçülüb-biçilmişdi. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı, sənaye şəhəri olan Sumqayıtda iğtişaşlar yaratmaqla ermənilər “böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün daha bir addım atmışdılar.
Daha sonra Сумгаит.инфо saytı hətta Xocalı faciəsi haqqında saxta məlmatlar yayaraq yazır: “Fakt faktlığında qalır. Xocalı hadisələri zamanı qətlə yetirilənlər Ağdamın yaxınlığında azərbaycanlıların nəzarət etdiyi ərazidə baş verib”

Görün, çoxda uzaq tarix olmayan XX əsrin ən dəhşətli faciəsi sayılan Xocalı soyqırımını bu saxtakarlar necə təhrif etməyə çalışırlar. 
http://www.armnet.ru saytı: Ermənilərə məxsus bu saytda qonşu ölkələrin xəritələri və əraziləri haqqında məlumat verilib. Erməni xəritəsi bölməsində Azərbaycanla bərabər Gürsüstanın, Türkiyənin, İranın torpaqları Errnənistan ərazisi kimi təqdim olunur. Əslində belə məsələlərə  adı çəkilən ölkələrin rəsmi qurumları, ictimaiyyəti də çox həssaslıqla yanaşmalıdırlar.
Çunki ermənilər adı çəkilən ölkələrə də torpaq iddiasındadırlar.
Vikipediyada da Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən iftira dolu yazıların sayı hesabı yoxdur.
Burada yalnız siyasi mahiyyətli deyil, həmçinin mədəniyyətlə, incəsənətlə, ədəbiyyatla və s. haqqında ermənilərin saxta yazılarına rast gəlinir. 
"Literatura Azerbayjan" məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır .
Ermənilərin Azərbaycan mədəniyyətinə, maddi-mənəvi irsimizə qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi vandalizm siyasəti hər zaman olub. Aydın məsələdir ki, ermənilərin bu gün də davam edən dağıdıcılıq siyasəti Azərbaycan mədəniyyətinə zərbə vurmaq məqsədi daşıyır. Bu siyasət Azərbaycana məxsus tarixi abidələrin məhvinə yönəlmiş uzunmüddətli hədəflərdir.
Vikepediyada ermənilərin növbəti təxribatı   davam edib. Qafqaz Albaniyası bölməsində bir çox hallarda Qafqaz Albaniyasını  həm ermənilərlə, həm də farsdilli xalqlarla bağlamaq cəhdləri aydın görünür.
Heç şübhəsiz ki,  bütün tarixi mənbələrdə qədim Albaniyanın ərazisində yaşyan xalqların türkdilli olması , yəni indiki azərbaycanlılara məxsus olması  elmi cəhətdən sübut olunub.  Ancaq erməni “tarixçiləri”  bu həqiqəti gizlətmək üçün müxtəlif təxribatlara əl atırlar. (https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%B2%D0%BA%D0%B0%D0%B7%D1%81%D0%BA%D0%B0%D1%8F_%D0%90%D0%BB%D0%B1%D0%B0%D0%BD%D0%B8%D1%8F)
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi internet portalında bu saxtakarlıq bir azda irəliləyib.
Belə ki, həmin saytda Türkiyə dövlətinin ərazilərinə torpaq iddiaları açıq şəkildə ortadadır. Qars vilayəti erməni torpağı kimi göstərilərək  Türkiyə silahlı Qüvvələri tərəfindən işğal edildiyini ictimaiyyətə çatdırmaq cəhdləri var. Bu məlumat elə təqdim olunur ki,  guya  bu torpaqlar ermənilərin tarixi məskənləridir, sonradan türklər oranı işğal edib.
(
http://www.mfa.am/ru/armenia-history/#armenia)  Bu saytları oxuyan əcnəbi haradan anlasın ki,  bütün bunlar yalnız  tarixi həqiqətləri saxtalaşdırmaqdır, ermənin çox düşünülmüş hiyləgərliyidir.
Baku.am saytı  vasitəsilə ermənilər nəinki Bakının tarixini, hətta bütün tarixi faktları, xüsusilə 1918-ci il hadisələrini tamamilə saxtalaşdırıblar. Saytda göstərilir: “Qafqaz tatarlarının qeyri-qanuni hərbi dəstələri birləşdilər. Türk qüvvələri Bakı istiqamətində hərəkət etdilər. Beləliklə, sentyabrın 15-də erməni hərbi bölmələrinin və onların mütəffiqlərinin müqavimətini qırmaqla, türk-azərbaycanlı qüvvələri iki istiqamətdə Bakıya daxil oldular, Bakı işğal edildi”. Region və ümumiyyətlə, Bakı şəhərinin tarixi haqqında məlumatı olmayan əcnəbi bu saxtakar yazıları oxuyandan sonra düşünə bilər ki, Bakı qədim erməni şəhəridir.
"Baku.am" saytı  Bakı şəhərinin  tarixini saxtalaşdıraraq daha bir addım atır. Saytda çox məkrli şəkildə guya paytaxt Bakının erməni icmasının "zəngin keçmişini", "varisliyini” aydınlaşdırmaq və təqdim etmək istəyi olub və erməni müəlliflər bu  sahədə uğursuz cəhdlər var. Lakin saytdakı materiallarla tanış olduqda ermənilərin çirkin niyyətləri üzə çıxır. Məlum olur ki, "Baku.am"ın fəaliyyət göstərməsində əsl məqsəd Bakının tarixinin saxtalaşdırılması, ermənilərin hələ ötən əsrlərdən paytaxtımızın ictimai-siyasi həyatında "aktiv rol oynamaları" haqqında təəssürat yaratmaqdır.  "Şəhər tarixində üç dəfə 1905-ci, 1918-ci və 1990-cı illərdə qanlı anti-erməni qırğınlar törədilib"  kimi  ifadələrin  ortaya atılması  saytın hədəflərinin saxtakarlıq olmasını bir daha təsdiqlənir.
Bir vacib məqamıda qeyd etməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalıqları, tarix və mədəniyyət abidələrinin dağıdılması və qəsdən korlanması faktı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.  Bu yerdə  bir faktı diqqətinizə çatdırmaq istərdik. İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyinin  araşdırmalarına görə,  işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinə  ermənilər tərəfindən vurulan ziyanın həcmi 177 milyard dollardır.

Sonda onu da qeyd etmək istərdik ki,  erməni saxtakarlığını  ifşa etmək  və ümumilikdə erməni saytlarının monitorinqi ilə bağlı bizim apardığımız tədqiqatlar haqqında ətraflı məlumat almaq istəyən şəxslər www.fact-info.az  saytına müraciət edə bilərlər. Yaxın vaxtlarda həmin saytda bu monitorinqlə bağlı daha geniş yazılar yerləşdiriləcək.

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...