CƏMİYYƏT

Ermənilər abidələrimizə 177 milyard dollar ziyan vurub

Araşdırmalar

Məqsədimiz Ermənistanın işğalı altında qalan Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinin erməni vandalizminə məruz qalma səbəblərini beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onun sözlərinə görə, Ermənistan hökuməti 1992-ci il işğalından sonra Dağlıq Qarabağda və onun ətrafındakı 7 rayonda kilsə tikintisinə başlayıb: "Halbuki bu ərazilərdə erməni işğalına qədər bir erməni kilsəsi belə olmayıb.
Bu kilsələr imzibati yaşayış mərkəzlərində deyil, əsasən yol kənarlarında, dağ yamaclarında tikilir. Bu kilsələr insanlar üçün deyil, gələcəkdə bu ərazilərin ermənilərə məxsusluğunu sübut etmək üçün tikilir. İşğal altındakı ərazilərdə 175 alban dövrü abidəsinə kilsə statusu verən Ermənistan hökuməti Dağlıq Qarabağda və ətraf rayonlarda "erməni kilsələrinin" sayını 190-a çatdırıblar".
Erməni vandalizmi nəticəsində məhv edilən, satılan tarix və mədəniyyət abidələri ilə bağlı məlumatlar İngiltərə, Almaniya və digər ölkələrdə elmi ictimaiyyətə çatdırılacaq: "Eyni zamanda yaxln günlərdə tarix və mədəniyyət abidələri ilə bağlı dəymiş ziyanın hüquq aspektdə qiymətləndirilməsi istiqqmətində müəyyən işlər görüləcək. Onu da qeyd edim ki, layihə çərçivəsində işğal olunmuş ərazilərdə tarix və mədəniyyət abidələrinə ermənilər tərəfindən vurulan ziyan təsnifatlaşdırılıb. 
Belə ki, hesablamalara görə işğal olunmuş Dağlıq Qarabağ və 7 rayon üzrə ümumilikdə Azərbaycana 89 milyarda dollara yaxın ziyan dəyib. Bu rəqəm dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələlərinə dəymiş ziyanı göstərir. Ancaq biz dövlət qeydiyyatında olmayan abidələrə vurulan ziyanın da hesablanmasını həyata keçirmişik. 
Bu rəqəm isə 47 milyard dollar təşkil edir. Eləcə də dövlət qeydiyyatında olan daşınan tarix və mədəniyyət abidələrinə dəyən ziyanın ümumi həcmi 43 milyard dollara yaxındır. Ümumilikdə isə işğal olunmuş ərazilərdəki tarix mədəniyyət abisələrinə dəyən ümumi ziyanın həcmi 177 milyard dollardır".

 

 

 

QHT və MEDİA

2018-01-17 14:10:14

QHT və MEDİA
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...
2017-ci ildə 354 müəllifin 667 əsəri qey...

Bu barədə Müəllif Hüquqları Agentliyinin 2017-ci ilin yekunlarına dair hesaba...

2018-01-16 14:35:22

QHT və MEDİA
UNEC-də "Açıq qapı" günü
UNEC-də "Açıq qapı" günü

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İctimai Nəzarət Şurasının üz...

CƏMİYYƏT

2018-01-17 11:10:33

CƏMİYYƏT
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...
“Jerusalem Post” qəzeti: Müstəqil və güc...

Sovetlər dönəmində Azərbaycan – Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu...

2018-01-12 19:40:25

CƏMİYYƏT
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...
Şəhid Cəlil Fərzəliyevin həyat hekayəti...

Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq si...

İQTİSADİ

2018-01-15 08:50:31

İQTİSADİ
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...
Azərbaycan dünyada ən güclü xalq-iqtidar...

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nın "Siyasət...

2018-01-11 09:35:28

İQTİSADİ
“Azerspace-2” peyki aprel ayında orbitə ...
“Azerspace-2” peyki aprel ayında orbitə ...

“APA-Economics”in məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Ə...