SOSİAL

Yol-nəqliyyat qəzalarının qarşısını almaq üçün nə etmək lazımdır?

Baş Dövlət Yol Polis İdarəsinin avtomabil yol qəzaları ilə bağlı verdiyi 25 illik statiskaya görə

1988-ci ildən, 2016-ci ilin may ayına kimi avtomabil yollarında 74406 yol qəza hadisəsi qeydə alınmışdır. Bu qəzalarda 25588 nəfər insan dünyasını dəyişib, 77216 nəfər isə yaralanmışdır. Azərbaycanda hər il təxminən, 3500-dən artıq yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən artıq insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər almşdır.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən  verilən məlumata  görə, 2016-ci ilin 9 ayı ərzində respublika ərazisində 1499 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 571 nəfər həlak olub, 1555 nəfər yaralanıb. Qeydə alınmış yol-nəqliyyat hadisələrinin çoxu piyadaların vurulması ilə baş verib. Baxmayaraq ki, ötən illərlə müqayisədə  bu rəqəmlərdə azalma müşahidə olunur, ancaq bütün hallarda  böyük itikidir.  Bəs, bu, qəzaları tamamilə azaltmaq və yaxud onu yox etmək mümkündürmü? 

Verilən məlumatlara görə,  Avropa məkanında, əhalisi Azərbaycandan da xeyli çox olan ölkələrdə heç bu qədər  yol-nəqliyyat hadisələri baş vermir. Təəssüf  ki,  bizim yollarımızda bu qəzalar  davam etməkdədir. Bunun kifayət qədər səbəbləri var. Mütəmadi olaraq həmin səbəblər  göstərilir.  Ancaq bir vacib məqam odur ki, bu hadisələrdən heç kim sığırtalanmayıb.

Bu  gün  paytaxtımızdakı  sıxlıq, yol-nəqlyyat qəzaları,  və digər problemlər əslində hər birimizi düşündürməlidir.  Heç şübhəsiz ki,  Dövlət Yol Polisinin, müxtəlif media qurumları vasitəsilə apardığı təbliğat işləri, bu sahədə  qanunlarda dəyişikliklər, cəzaların sərtləşməsi və digər addımlar atılır.  Bunun özünün də müsbət tərəfləri var.  Ancaq bu sahədə daha ciddi  islahatlara ehtiyac var.

Bu islahatlar nədən ibarət ola bilər?

Birincisi, sürücülük vəsiqələrinin verilməsi məsələsi  Tələbə qəbulu üzrə Dövlət Komissiyasına verilməsi məqbul olar. Çünki bir çox problemlər ondan başlayır ki, sürücülər yol hərəkəti nişanları haqqında məlumatı  olmur.Ümumilikdə sürücülük vəsiqələrinin verilməsin ciddi qüsurlar qalmaqdadır. İkincisi,  bu sahədə maarifçilik daha da sürətlənməli və  bu məqsədlə sosial reklam çarxlarının  çəkilişi aparılmalıdır. Bu sosial və maarifləndirici xarakterli reklam rolikləri telekanallarla bərabər digər media qurumlarında yayımı faydalı olar.

Üçüncüsü,  avtomobil idarə edərkən yol hərəkənin tələblərinə, mövcud qanunlara əməl etməyən və hər an qəza şəraiti yaradan  bəzi imkanlı şəxslərin övladları barəsində daha ciddi tədbirlər görülməlidir.  Birbaşa həmin imkanlı şəxslərə qarşı  öz övladlarına görə, ictimai qınaqla bərabər sərt hüquqi məsuliyyət müyyənləşməlidir.  Bir sözlə qanuna qarşı  heç kim harınlıq, hörmətsizlik etməməlidir.

Dördüncüsü,  avtomobil yollarında mövcud olan müxtəlif tipli radar sisteminin bir neçə dəfə artırılmasına ehtiyac var. Çünki radar müşahidə sisteminin  mövcud olduğu ərazilərdə sürücülər daha məsuliyyətli avtomobil idarə edirlər. Bunu təsdiqləyən kifayət qədər faktlar var.

Nəhayət yol polisinin özündə də islahatlara ehtiyac hiss olunmaqdadır. Bir sözlə  daha innovativ mexanizmlər tapılmalıdır. Yalnız təbliğat aparmaqla və yaxud gecə gündüz cərimə yazmaqla problemi həll etmək çətin məsələdir. Ona görə bu işə kompleks yanaşıb daha məqbul mexanizmlər üzərində düşünmək lazımdır.

 Sonda  sərnişin nəqliyyatı ilə bağlı bəzi məqamlara diqqət yetirmək istərdim.   

Yoruculuq olmasın  bu fikri bir daha təkrar səsləndirəcəyəm.  Məşhur teatrşünas Stanislavskinin belə bir fikri var: “Teatrda mədəniyyət qarderobdan başlayır”. İnsanın gün ərzində rastlaşdığı hər hansı ilk xoş münasibət onda yaxşı ovqat yaradır və yaxud əksinə. Bəlkə də şəhərimizin də mədəni həyatı elə nəqliyyatdan start götürür desək yanılmarıq. İctimai nəqliyyatdan istifadə edən insanlar mənim fikirlərimi təsdiqləyər.

Paytaxtımızda sərnişin daşımada istifadə olunan bəzi avtobuslarda total mədəniyyətsizlik baş alıb gedir. Sürücünün davranışı  əsəbi atmosfer yaradır. Bu ağrılı məsələlərin çözülməsi üçün kart sisteni ilə çalışan avtobusların sayının artırılması zəruridir. Əslində bir çox məsələlərdə, o cümlədən sərnişin nəqliyyatında ictimai nəzarət güclənməlidir. Bu sahəyə cavabdeh şəxslər düşünməlidir ki, onların nümunəvi fəaliyyət gostərməsi tək para qazanmağa deyil, həmçinin yol-nəqliyyat qəzalarının qarşısını almağa istiqamətlənməlidir.

Əkrəm  Bəydəmirli

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...