QHT və MEDİA

1918-ci ilin sentyabr salnaməsi

Aeaşdırma

1917-ci ci ilin sonlarına doğru Azərbaycanın siyasi həyatında böyük yüksəliş dövrü idi. Artıq milli hərəkatda üç cərəyan seçilirdi: milli demokratlar, sosialistlər və islamçılar. Xüsusi olaraq fərqlənən milli demokratlar Azərbaycanın inkişafını milli dövlətçilikdə görürdülər.

Belə vəziyyətdə Zaqafqaziyadakı siyasi təşkilatlar da fəaliyyəti gücləndirdilər. 1917-ci ilin noyabr ayında Tiflisdə Zaqafqaziyadakı siyasi təşkilatların yığıncağı keçirildi və Zaqaf-qaziya komissarlığı yaradılması qərara alındı. Həmin ilin noyabr ayının 14-də yaradılmış yeni hökumətin tərkibi elan edildi.

1918-ci ilin fevralından Zaqafqaziya Seyminin ilk iclasından isə Azərbaycan siyasətçilərinin Zaqafqaziya istiqlalı uğrundakı mübarizəsinin yeni mərhələsi başlandı. Həmin ilin fevralın 23-də Tiflisdə Zaqafqaziyanın qanunverici orqanı – Zaqafqaziya Seyminin açılışı oldu. Seymdəki Azərbaycan fraksiyası 44 millət vəkilindən ibarət olub. “Müsavat”, “İttihat”, “Hümmət” və “Müsəlman Sosialist bloku”nu təmsil edirdilər. 1918-ci ilin martın 14-də keçirilən Trapezund Sülh Konfransında da Türkiyə nümayəndələri artıq Zaqafqaziya nümayəndələrindən respublikaların siyasi quruluşları haqqında qətnamə tələb edirdilər.

Bundan əlavə 1918-ci ilin mart hadisələri də Zaqafqaziya Seymindəki münasibətləri gərginləşdirdi və Azərbaycanın milli müstəqilliyi uğrundakı mübarizədə həlledici mərhələ sayıldı. Qeyd edək ki, on minə yaxın günahsız adamın ölümünə səbəb olmuş 1918-ci ilin mart hadisələri Azərbaycan tarixinin ən faciəli səhnələrindən idi.

Bu hadisələrdən sonra fikir müxtəlifliyində olan azərbaycanlılar, gürcülər və ermənilərin Seymdə birgə fəaliyyəti getdikcə mümkün olmur, münasibətlərdə inamsızlıq yaranırdı. Qeyd edək ki, gürcülər və ermənilər Türkiyə ilə münasibətdə ciddi siyasi ziddiyyətdə idilər. Gürcülər Batum və Acarıstanın saxlanılması cəhdində olsalar da, buna nail olmaq üçün Qars və Ərdəhanı güzəştə getməyi lazım bilirdilər. Türklərin isə Seym daxilindəki ziddiyyətlərdən məlumatları var idi. Odur ki, Zaqafqaziya hökumətinin Türkiyə ilə apardığı müharibə 8 gün-dən artıq çəkmədi. Türklər aprelin 15-də Batumu tutdular, eyni zamanda Qarsı mühasirəyə aldılar.

Belə vəziyyətdə aprelin 19-da Seymə daxil olan Azərbaycan nümayəndələrinin birgə yığıncağında onlar Zaqafqaziyanın müstəqilliyini tələb etdilər. Azərbaycanlı nümayəndələr bildirdilər ki, əks halda, onlar Azərbaycanın müstəqilliyi istiqamətində hərəkət edəcəklər.

Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin – yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanının vacibliyini dərk edib, müharibənin dayandırılması zərurəti qarşısında qaldılar. 1918-ci ilin aprelin 22-də Zaq-afqaziyanın müstəqilliyi elan edildi.

Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginləşirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin artması, gürcülərin onlara meylini artırırdı.

Bakı məsələsi ilə bağlı Almaniyanın da mövqeyi maraqlı idi. Almaniya Bakı məsələsinə görə “Rusiyanın yenidən ittifaq dövlətlərinə qarşı müharibəyə girməsinin öz mənafeyi baxı-mından təhlükəli olacağını düşünürdü. Çünki Rusiya Bakının Osmanlı ordusu tərəfindən alınmasını müharibə səbəbi sayırdı”. Anlaşılacağı kimi, Bakı Qafqaz probleminin zirvə nöqtəsi halına gəlmişdi. Bir tərəfdən, cənubdan Bakıya tərəf irəliləyən ingilis əsgərləri qarşısında Bakının bir an əvvəl İttifaq dövlətləri tərəfindən işğalı məcburiyyəti, digər tərəf-dən, Bakının Osmanlı dövləti tərəfindən alınmasını müharibə səbəbi sayan Rusiya və Qafqazda Bakını almaq üçün kifayət qədər əsgəri olmayan Almaniya.

Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən çıxıb Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşib bir orqanda fəaliyyət göstər-məyini sual altına qoymuşdu.

Qeyd edək ki, ermənilərin “Daşnaksütyun” partiyasının Seymdəki deputatları müsəlman burjuaziyasına belə bir siyasi təklif də etmişdilər: “Bakıda gələcək hökumətin sırf müsəlman deyil, beynəlmiləl xarakterdə olması və erməni hissələrinin Bakıda qalması”. Bunun müqabi-lində onlar təklif edirdilər ki, Bakı Sovetini buraxmağı öz öhdələrinə götürürlər. Lakin Sey-min müsəlman nümayəndələri bu həyasız şərtləri qətiyyətlə rədd edib, Bakı şəhərində hakimiyyətin bölünməzliyini bildirmişdilər.

Mayın 25-də gürcülər Seymin buraxılması və Gürcüstanın Müstəqilliyini elan etməsi qərarına gəldilər.

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və onun fəaliyyəti dayandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. Sonra Milli Şuranın sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M. Ə. Rəsulzadənin sədrliyini irəli sürdü. “İttihad” partiyası istisna olmaqla, qa-lan təşkilatların səsverməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçildi. H.Ağayev və M.Seyidov Milli Şura sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şuranın doqquz nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. F.Xoyski icraiyyə or-qanının sədri seçildi.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı məsələlər müzakirə edildi:

1. H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı;

2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması;

3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbay-canın vəziyyəti.

Qeyd edək ki, Azərbaycan İstiqlalının elan olunması günündə M.Ə.Rəsulzadə iştirak etmirdi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türklərlə danışıq-lar aparması idi. Çünki Müstəqil Qafqazın Batum danışıqlarına sülh heyəti göndərərkən (M. Ə.Rəsulzadə məhz bu heyətdə idi) “Azərbaycan siyasi firqələrinin birləşmiş iclasında” Nəsib bəy Yusifbəyli “Osmanlı dövlətindən yardım istəmək zərurətini” bildirmişdi.

Azərbaycan istiqlalı elan olunandan sonra Zaqafqaziya hökumətinin Batumdakı sülh danışıqları aparan heyəti parçalandı. Azərbaycan Milli Şurasının sədri M. Ə. Rəsulzadə müs-təqil Azərbaycan Cümhuriyyəti adından M. H. Hacınski (o, Xarici İşlər naziri idi) ilə birlikdə Türkiyə nümayəndəliyi ilə iyunun 4-də dostluq haqqında müqavilə imzaladı.

1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasındakı dostluq müqaviləsi”ni Türkiyə dövləti adından Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbaycan hökuməti adından isə Xarici İşlər naziri M. H. Hacınski və Milli Şuranın sədri M. Ə. Rəsulzadə imzaladılar. Azərbaycan Respublikası nümayəndələrinin xarici ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin – Osmanlı imperiyası və Azərbaycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlindiyi” bildirildi.

İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hökuməti ilə, Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm dostluq olacaqdır”.

Sənədin 4-cü maddəsində isə yazılmışdı: “Dinclik və asayişi möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azər-baycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”.

Azərbaycan hökuməti ən ağır və çətin şəraitdə məhz həmin müqavilə əsasında türk qoşunlarını Azərbaycana dəvət etmişdi. M. Ə. Rəsulzadə yazırdı: “Bütün Azərbaycan xalqının çar-çeşmlə bəklədiyi ümidə tərcüman olan bu müraciətimizdə Türkiyə heyəti-mütəxəssisi həmən müvafiqət cavabını verdi”.

Qeyd edək ki, Bakıdakı xəyanətkar qüvvələr bu mühüm şəhəri əldən verməmək üçün ciddi müqavimət göstərirdilər. S. Şaumyanın Leninə göndərdiyi teleqramların məzmunundan aydın olurdu ki, Bakını əldən verməmək üçün hər xəyanətə əl atılırdı. Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra da Bakı Soveti və onun İcraiyyə orqanı olan Bakı Xalq Komissarları Soveti bütün vasitələrlə milli hökumətə qarşı mübarizə aparırdı. Bakı Xalq Komissarları Soveti tabeliyindəki ordunun köməyi ilə Azərbaycan hökumətinin yerləşdiyi Gəncəyə hücum etmiş, lakin Göyçay vuruşmasında kommuna qoşunlarının hücumu dəf edilmişdi. Sovet Rusiyasının köməyindən məhrum olan, Türkiyə qoşunlarının Bakıya yaxınlaşdığını görən Bakı Xalq Komissarları Soveti vəziyyətin gərginliyini başa düşürdü. Nəticədə ingilislərin Bakıya dəvət olunması haqqında qətnamə qəbul edildi və iyul-avqust aylarında eser-daşnak-menşevik ittifaqı əsasında “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyəti diktaturası” adlı mürtəce hökumət təşkil olundu. Bakının taleyi olduqca təhlükəli xarakter aldı.

Bununla əlaqədar olaraq M. Ə. Rəsulzadə Şaumyanın mövqeyini kəskin tənqid edirdi. 1918-ci ilin mart hadisələri zamanı “Bakının və ətraf rayonların İnqilabi Müdafiə Komitəsinə başçılıq edən Şaumyan qırğında bilavasitə məsuliyyət daşıyırdı.

S. Şaumyan “Bakinski Raboçi” qəzetinin 1918-ci ilin 17 fevralındakı “Vətəndaş Rəsulzadəyə cavab” yazısında öz xəyanətkar mövqeyini açıqlayırdı. Hələ o zaman irəli sürülən Azərbaycan Muxtariyyəti ideyasına qarşı barışmazlıq göstərən Şaumyan 1917-ci ilin dekabrında Leninin imzaladığı Türkiyə ərazisində Ermənistana muxtariyyət verilməsi dekre-tinə nail olmuşdu. M. Ə. Rəsulzadənin təbirincə belə bir sənədi cibində gəzdirirdi.

M. Ə. Rəsulzadəyə hücumunu davam etdirən Şaumyan bildirirdi: “Tutaq ki, Rəsulzadənin özü inqilabi qayda-qanunun bərpası naminə milli polkların təşkilində şəxsən iştirak etsin, tutaq ki, onun obyektiv niyyətləri büllur kimi safdır, lakin obyektiv surətdə onun fəaliyyəti əks nəticə verəcəkdir, ona görə ki, sinfin siyasəti bu və ya digər şəxsiyyətin yaxşı niyyətlərindən deyil, sinfi niyyətlərindən irəli gəlir.

Şaumyanın davam etdirdiyi qorxulu siyasəti V. İ. Lenin 1918-ci ildə ona göndərdiyi teleqramda belə ifadə edirdi: “Sizin möhkəm və qəti siyasətiniz bizi sevindirir” .

Qeyd edək ki, Sovet Rusiyası hökuməti və onun rəhbəri V. İ. Lenin 1918-ci ilin martında Kremldə Qırmızı Xaçın Rusiyadakı Amerika missiyasının rəisi polkovnik R. Robinsonla keçirdiyi söhbətində qeyd edirdi: “Bakının Rusiya Sovet Respublikası üçün iqtisadi əhəmiyyəti nədən ibarətdir? Bu – neft, işıq, enerjidir”. Həmin dövrdə isə Bakı Xalq Ko-missarları Soveti Bakı quberniyasını RSFSR-in tərkib hissəsi elan etmişdi. Bolşevik hökuməti bununla yanaşı regiona xüsusi önəm verir, strateji cəhətdən mühüm Həştərxanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və eləcə də Xəzərdəki hərbi donanmasının döyüş qa-biliyyətinin gücləndirilməsi yolunda bir sıra ciddi addımlar atılmışdı .

Əlavə edək ki, Türklərin Bakıya hücumunun qarşısını almaq üçün bolşeviklər hətta düşmən münasibətdə olduqları ingilislərlə də əlaqə qurmağa çalışırdılar. Bununla əla-qədar bolşeviklərin Ənzəlidəki komitələrinin sədri Çelyabin Bakıdakı sovet hökumətinə ingilislərin silah və avtomobillə kömək göstərməsini xahiş etmişdi.

Bu ərəfədə iyulun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İstanbul Beynəlxalq Konfransına (orada Mərkəz – Almaniya, Avstriya, Macarıstan, Türkiyə, Bolqarıstan və Qaf-qaz – Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak etmək üçün M. Ə. Rəsulzadə X. Xasməmmədov və A. Səfikürdskidən ibarət nümayəndə heyəti təsdiq edildi. (Buraya əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyətinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məslələrlə bağlı danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdi.

M.Ə.Rəsulzadənin başçılıq etdiyi nümayəndə heyəti iyunun 24-də İstanbula gəldi. İstanbulda nümayəndə heyəti çox gərgin vəziyyətdə işləməli oldu. Bu vəziyyət M. Ə. Rəsul-zadənin göndərdiyi məlumatlarda daha dəqiq ifadə olunmuşdur. M. Ə. Rəsulzadənin 1918-ci ilin avqustun 6-dakı 18 saylı məlumatında bildirilirdi: “Xarici İşlər naziri cənab Məmməd Həsən Hacınskiyə. Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər. Mən alman səfiri Bernsdorfolmla görüşdüm. Bakının neytral olması xəbərini qəzetə məlumat verən Tiflis nümayəndəliyindəki bir məmurdan öyrəndim... Hər ehtimala qarşı Bakı məsələsi əhəmiy-yət kəsb edir. Azərbaycanın səlahiyyətli nümayəndəliyinin sədri – Məhəmməd Əmin Rəsulzadə.

M.Ə.Rəsulzadə İstanbuldan yazdığı məktublarda narahatlıqla bildirirdi: “Nəyin bahasına olursa-olsun Bakını tutmaq lazımdır”.

Qeyd edək ki, M. Ə. Rəsulzadə hələ İstanbulda olarkən Almaniya ilə sovet Rusiyasının arasında Brest-Litovsk müqaviləsinə əlavə sazişə (27 avqust) cavab olaraq (həmin sazişə görə Almaniya Bakı neftinin bir hissəsini almaqla, Azərbaycanın bütün zəngin neft yataqlarının Kür sahilinə qədər Rusiyaya verilməsinə razı olurdu) Azərbaycan hökuməti adından Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdburqa bəyanat təqdim etmişdi.

M. Ə. Rəsulzadənin təqdim etdiyi bəyanatda deyilirdi: “Axirən Almaniya ilə Rusiya arasında bağlanmış müqavilənin Bakıya aid maddələrindən son dərəcə təəccüb və heyrətə düçar olan hökumətindən aldığım təlimata əsasən aşağıdakı maddələri ali nəzərinizə çatdırmağa tələsirəm: - Azərbaycan əhalisi rus inqilabında elan edilən və Brest-Litovskda rus rus hökuməti tərəfindən təkid edilən “hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan” istifadə etməklə Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən ataraq istiqlalını elan etsə də, adı çəkilən müqaviləyə əlavə olaraq bağlanmış müqavilələrlə Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına yardım etdiyini xəbər verməklə çox mütəəssir və kədərlidir”.

M. Ə. Rəsulzadə bu problemlə bağlı qəti və kəskin mövqeyini “İqdam” qəzetindəki yazılarında da bildirirdi. Bundan əlavə, ona müraciət edən qəzetlərin müxbirlərinə demişdi: “Bakısız Azərbaycan – başsız bədəndir”.

Göstərilən cidd-cəhdlər nəticəsində 1918-ci il sentyabrın 23-də Tələt Paşa ilə Almaniya arasında gizli protokol imzalandı və həmin protokola əsasən Türkiyə qoşunları Azərbaycan-dan çıxır, Almaniya isə Azərbaycanın istiqlalının Rusiya tərəfindən tanınmasını təmin edirdi.

Lakin sonrakı vəziyyət Almaniyanın bu prosesi təmin etməyinə imkan yaratmadı. Məlum oldu ki, müharibədə Almaniya, Avstriya-Macarıstan və Osmanlı dövləti ilə Bolqarıstan məğ-lub olmuş, hadisələrin istiqaməti dəyişmiş və Azərbaycan üçün yeni bir imtahan dövrü baş-lamışdı. Belə ki, Almaniya artıq məğlub dövlətə çevrilmişdi və 1918-ci ilin oktyabrın 30-da Lemnos adasının Mudros limanında, ingilislərin “Aqamemnon” gəmisində imzalanan sülhə əsasən Bakı, Batumi və digər yerlər müttəfiqlərin nəzarəti altına keçirdi.

Türk qoşunlarının Bakıdan çıxarılmasından sonra şəhərə girən ingilislər Azərbaycanı müstəqil dövlət olaraq qəbul etmirdilər. Lakin general Tomsonla aparılan uğurlu danışıqlar get-dikcə real nəticələr verirdi.

Beləliklə, Türk qoşunlarının,başda Nuru Paşa və”Qafqaz İslam Ordusu” olmaqla 1918-ci ilin sentyabrında Bakını azad etməsi ilə Azərbaycanda müstəqil dövlət quruculuğunun əsası qoyuldu.

Nəsiman YAQUBLU
tarix elmləri doktoru 

 

 

 

 

 

 

 

 

 

QHT və MEDİA

2018-06-22 07:55:21

QHT və MEDİA
QHT maarifləndirici layihəsini başa çatd...
QHT maarifləndirici layihəsini başa çatd...

“Universitet Təhsilli Qadınlar” Cəmiyyəti Azərbaycan Respublikasının Prezide...

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

CƏMİYYƏT

2018-06-23 09:35:31

CƏMİYYƏT
Şuranın fəaliyyətə başlamasının 10-cu il...
Şuranın fəaliyyətə başlamasının 10-cu il...

Mərasimdə açılış nitqiylə çıxış edən Şura sədri, Milli Məclisin deputatı Azay...

2018-06-22 08:15:07

CƏMİYYƏT
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...
Cocuq Mərcanlıya daha 50-dən çox ailə kö...

Bunlar əsasən Bakı və Şirvan şəhərlərində, Oğuz, Sabirabad və Biləsuvar rayon...

İQTİSADİ

2018-06-23 10:05:16

İQTİSADİ
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...
Yanvar-mayda dəmir yolu nəqliyyatı ilə 1...

2018-ci ilin yanvar-may aylarında dəmir yolu nəqliyyatı ilə ümumilikdə 2 mily...

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...