SOSİAL

23 illik ayrılıq

1993-cü ilin 23 iyul tarixindən bizi, nə az nə çox, düz 23 il ayırır

23 ildir ki, ilin bu təqviminə çatanda düşünürük ki, ilahi heç olmasa növbəti ilimizi doğma şəhərimizdə keçirməyə yardım edərdi. İlahidən umub-küssəkdə, özümüzdə gərək qismətimizin arxasınca qaçaq... 
Maraqlı məqam bir də ondadır ki, hər il mətbuat gününün sevinicini doyunca dadmamış, 23 iyulu qeyd edirik. Etiraf etməliyik ki, bu dəfə hər il olduğu kimi yox, daha ürəkli, qələbəlik hissləriylə keçiririk. 23 illik fasilədən sonra Azərbaycan ordusu nəyə qadir olduğunu isbat etdi. 
Müharibə dörd gün yox, on gün çəksəydi, indi bəlkə də şəhərimizdəydik. Nə yaxşı ki, dörd gündə düşmənə layiqli cavab verə bildik. Geri çəkilmədik, üstəlik müəyyən ərazilərimizi düşmən qüvvələrindən azad etdik. Ağdam sakinləri aprel döyüşlərində də sınaqdan üzağ çıxdılar. Başda icra başçısı Raqub Məmmədov olmaqla hamı həmin günlərdə topun-qradın mərmilərinə sinə gərərək, ordumuza dəstək olmaqla düşmənə lazımı cavab verirdi. Bu torpağın yetişdirdiyi qəhrəman zabit və əsgərlərin göstərdiyi şücaəti isə heç nə ilə ölçmək mümkün deyil. Azərbaycan ordusu bununla bizlərə ürəkdən sevinmək hissini yaşatdı... 
Doğma yerlərimiz, cənnətməkan diyarımız hər gün yada düşür. Xəyalən gündə min dəfə doğma torpaqlara gedib-gəlirik. Yolumuz hara düşsə, öz diyarımızın bənzərini axtarırıq... Bu günlərdə Qazaxda olanda da elə bildim Ağdamdayam. İndinin özündə ağ mişar daşından evlər tikilir. Kənardan görünən kiçik təpə və dağlara baxanda sanki Xıdırlının Dəlikdaşındasan, Şahbulaqdasan, Fərrux yüksəkliyinə baxırsan. Hələ “Qara qaya”nı demirəm. Şəhər ərazisinə daxil olarkən dərədən keçəndə elə bildim Uzundərədəyəm. İlahi varlıq sanki özü təbiəti belə təkrarlarla yaradıb... 
23 iyul tarixi hər bir Ağdam sakininin ürəyində qabar atmış yaradır. Əl vurduqca ağrıyır, göynəyir və bizi dözülməz ağrılar çəkməyə sanki məcbur edir... Yəqin ki, biz nəslin alnına qaçqınlıq həyatı yazılıbmış. 23 iyuldan başlanan tarix neçə -neçə ziyalımızın həyatını yarımçıq qoydu. O əzab- əziyyəti onlara yaşatmadı. Bəlkə də dahi Xudu Məmmədov 23 iyuladək yaşasaydı ürəyi dözməzdi. Amma biz üzümüzə üz tutub yaşayır, ümid edir və inanırıq. 
Bu gün 23 iyul tarixindən düz 23 il keçir. Nə zaman o zamandır, nə də insanlar o dövrün insanlarıdır. Sözsüz ki, doğma şəhərimizə qayıtsaq da, keçmiş illərin abu-havasını qaytara bilməyəcəyik. Bu gün 58 rayonda məskunlaşan ağdamlının xarakterini 23 il əvvələ qaytarmaq mümkünsüzdür. Ancaq hamının burnunun ucu göynəyir o torpaqlar üçün... Mən də əminəm və inanıram ki, doğma torpaqlarımıza qayıdacağıq. Son aylar aparılan intensiv danışıqlar məndə qaydışımıza ümidimi artırıb... 
Bu gün doğulub böyüdüyüm Quzanlı kəndi 23 il ərzində qəsəbəyə çevrilib. Ağdam rayon İcra Hakmiyyətinin başçısı Raqub Məmmədov vaxtilə istisiylə od yandıran kəndi şəhərə çevircəyinə söz verib. Və vədinə əməl edərək ölkə başçısı İlham Əliyevin diqqəti və qayğısıyla son iki ildə bəlkə də on illik layihələr icra edib. Bu gün qəsəbədə şəhər üçün tələb olunan infrastruktur yaradılır. Məşhur “Çay evi”nın yeni görkəmdə inşası diqqət çəkən ən çəkili layihədir. “Sənaye məhəlləsi”nin salınma layihəsi istiqamətində atılan addımlar da diqqət çəkir. Bu işlər Ağdama qayıtmaq üçün atılır, sanki indidən əsas yaradılır. Bu tipli layihələrin icrasının əsas məqsədi insanları o torpağa bağlamaq, qayıdış üçün inamı artırmaqdır. 
Mən doğma torpaqlara tezliklə qayıdacağımıza, respublikda aparılan quruculuq işlərinin daha intensiv şəklidə Ağdamda və işğal altında olan digər yaşayış məntəqələrində həyata keçirəcəyimizə inanıram. Gəlin birlikdə niyyətimizə doğru addım atmaqdan çəkinməyək.

Vüqar Tofiqli 

 

 

 

QHT və MEDİA

2019-08-21 09:25:02

QHT və MEDİA
Leyla Əliyeva Fondun layihələri çərçivəs...
Leyla Əliyeva Fondun layihələri çərçivəs...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva avqustun 20-də Fondun l...

2019-08-20 15:40:01

QHT və MEDİA
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...
BQXK nümayəndələri Azərbaycan tərəfinə t...

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə təslim olan Ermənist...

CƏMİYYƏT

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...