2016-04-18 22:30:49 | TƏDQİQATLAR-ANALITIKA
Bu müharibə dünyaya ciddi mesajlar verməkdədir

Ermənistanın təxribatçı əməllərinə və işğalçılıq siyasətinə cavab olaraq aprel ayının əvvəllində başlayan lokal döyüşlər, Azərbaycan Ordusunun düşmənə layiqli cavabı hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı

Digər tərəfdən  4 günlük müharibə  dünyaya ciddi mesajlar verdi. Öncə ondan başlayaq ki, Azərbaycan Ordusu  çox önəmli yüksəkliyi tutmaqla bərabər, həm də  əhəmiyyətli ruh yüksəkliyini qəlblərdə yaşatdı. Bütün hallarda bu yüksəkliklər  böyük qələbəyə aparın yolun tərkib hissədir. Əslində  Ordumuza və onun  uğurlu döyüş qabiliyyətinə bizdə hər zaman inam olub.

Bu yerdə bir faktı qeyd etmək istərdim. Biz ötən il bir qrup QHT və media təmsilçisi cəbhə bölgələrində əsgərlərimizlə görüşərkən hərbi hissələrdə mövcud olan nizam-intizam, əsgərlərin normal təminatının təşkili, ən əsası əsgərə olan döğma münasibətin  şahidi olduq. Mən o zaman cəbhə bölgəsindən geri döndükdən dərhal sonra gördüklərim haqqında yazı yazmışdım. (http://fact-info.az/news?id=14) Son dövlər cəbhə bölgəsində əsgərlərimizin uğurlu döyüş taktikası, yaranan ruh yüksəkliyi bir il öncə müşahidə etdiyimiz güclü nizam-intizamın bəhrəsi idi.  

Kifayət qədər çətin, mürəkkəb sahə olan hərbi sistemin formalaşmasına bu qədər  istər  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı, istərsə Müdafiə Nazirliyinin  rəhbərliyinin orduya peşəkar yanaşması  4 günlük aprel döyüşünün və bu uğurların təməlini təşkil edirdi. Uğurlarımız davamlı olsun!

Digər tərəfdən aprel döyüşü ermənilərin hər zaman öyündükləri hərbi birləşmələrini dağıtmaqla bərabər Ermənistan cəmiyyətinə, erməni analarına ciddi mesaj verdi. Bu mesaj ondan ibarət idi ki, Ermənistan işğal etdiyi əraziləri tərk etməyənə qədər  Dağlıq Qarabağda, bütün döyüş bölgələrində erməni əsgərləri öləcək. Erməni əsgər anaları daha çox yad torpaqlardan, Dağlıq Qarabağdan gələn əsgər cənazələrini qarşılayacaqlar. Artıq Ermənistan  cəmiyyəti bunun fərqindədir. Rusiyanın əleyhinə Yerevanda başlayan etiraz mitinqləri bunu  bir daha sübut edir.

Ermənistan rəhbərliyinin və onların himayəsində olan mediaının Azərbaycanın əleyhinə  apardığı bütün saxtakarlığa, hiyləgərliyə baxmayaraq, hiss olunur ki, həmin ölkədə  böyük əksəriyyət cinayətkar Sarkisyan rejimindən bezib. Belə götürəndə bu münaqişə,  Ermənistanın xarici himayədarlarının dəstəyi ilə işğalçılıq siyasəti həmin ölkəyə təlafat, yoxsulluq, iqtisadi cəhətdən təcridolunan ağır güzəran və digər fəlakətlər gətirib.   

Müşahidələr göstərir ki,  Sarkisyan rejimi həm daxildə, həm xaricdə öz dayaqlarını itirib.  Himayədarı və ağası  Rusiyadan getdikcə lazımı dəstək qazana bilməyən və son dovrlər cəbhə xəttində böyük uğursuzluqla üzləşən Ermənistan rəhbərliyi Rusiyanın başı üzərindən, Kremldən gizli şəkildə Avropa Birliyi ilə, hətta NATO ilə, Qərb dövlətləri ilə  yaxınlaşmaq cəhdləri müşahidə edilir. Xarici işlər naziri Edvard Nalbəndyanın, daha sonra  prezident Serj Sərkisyanın  Avropaya üz tutması  bundan xəbər verir.

 Şübhəsiz ki, Rusiya Ermənistandan nə qədər mümkünsə o qədər istifadə edib. Yəqin ki, bundan sonrada öz əyaləti kimi istifadə edəcək. Rusiya demək olar ki, de-fakto  Ermənistanı  öz əyaləti kimi qəbul edir. Ancaq Rusiyadan fərqli olaraq MDB məkanında bəzi respublikaların, həm də Avropanın Ermənistana münasibətinin dəyişməsi hiss olunmaqdadır. Bu münasibət Azərbaycanın  ərazi bütövlüyünün birmənalı  şəkildə dəstəklənməsində və ümumilikdə Azərbaycana bir dəstək jestlərində özünü göstərdi. 

 Yetər ki,  həmin ölkələr siyasətdə daha səmimi olaraq Ermənistana işğal etdiyi Azərbaycan ərazilərini tezliklə tərk etməyi sərt şəkildə bildirsinlər.  Necə ki,  İslam Əməkdaşlıq Təşkilatına üzv dölvətlər Ermənistana qarşı daha sərt mövqe nümayiş etdirlər. İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Sammitinin yekununda qəbul edilən qətnamələrin siyahısında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müddəa da yer alıb. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvü  Ermənistana qarşı formalaşdırdığı qəti fikri BMT-nin Baş Assambleyasına çıxarmağı planlaşdırır.  

Bu gün belə mövqeyin digər beynəlxalq təşkilatlardan  (BMT, ATƏT, Avropa Şurasından) səslənməsi həmin qurumların zədələnmiş nüfuzunu bərpa edər. Yoxsa  dişsiz beynəlxalq qurumların qətnamələri, tövsiyələri hələ uzun müddət kağız üzərində qalacaq. Ancaq istənilən halda aprel ayının əvvəllində baş verən döyüşlərin nəıticələrindən beynəlxalq təşkilatlar, Cənubi Qafqazda iqtisadi marağı olan Qərb dövlətləri  öz mesajlarını alıb nəticə çıxaracaqlar. Həmin ölkələr öz iqtisadi maraqlarını  təmin etmək üçün regiona dondurulmuş münaqişə deyil, ədalətli sülhün  gətirilməsinə çalışmalıdırlar.
Əkrəm Bəydəmirli                           

Baxış sayı : 3604
Digər yazılar
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”