2021-11-15 13:40:06 | CƏMİYYƏT
Qarabağda sülhə əngəl olmaq istəyənlərin məqsədi nədir?

44 günlük Vətən müharibəsində Qələbəmizi rəsmiləşdirən üçtərəfli bəyanatın imzalanmasından bir il ötdü. Dövlətimizin, millətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hərb sahəsində qazandığımız bu qələbənin regiona gətirdiyi müsbət tendensiyalar bəzi məkrli qüvvələri narahat etməkdədir.

10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın bir ili tamam olsa da, sülhə hər vəclə mane olmaq istəyən qüvvələr ortadadır. Bu reallıqdır ki, həmin razılaşmanın bəzi müdəaları yerinə yetirilməyib. Qarabağda müvəqqəti xidmət edən Rusiya sülhməramlıları öz məsuliyyətlərini dərk edib, üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirmək əvəzinə bəzən özlərinə aid olmayan işlərlə məşğul olurlar. Dünya təcrübəsində sülhyaratma missiyaları ilə bağlı yetərincə təcrübə və effektli nəticələr var.

Sülhyaratma elementləri arasında inşaat işləri yoxdur. Azərbaycanın bu tarixi məkanında, yəni sülhməramlıların müvəqqəti xidmət etdiyi ərazidə sosial təminat məsələləri ilə məşğul olmaq, uşaq bağçası, müxtəlif sosial binalar inşa etmək, su xəttləri çəkmək, rus şair və yazıçılarının büstünü orada ucaltmaq və digər məsələlər rus sülhməramlılarının səlahiyyətinə aid məsələ deyil.

İşğaldan azad olunan bütün əraziləri əhatə edən sülh nizamlanmasından sonra Azərbaycanın müxtəlif dövlət qurumları həmin ərazilərdə işaat, bərpa işləri ilə məşğul olacaq. Necəki, işğaldan azad olunmuş digər ərazilərdə sürətli quruculuq işləri davam edir. İnanırıq ki, dövlətimiz bu işləri zaman gəldikcə Xankəndidə, Xocalıda və digər bu gün bizim əlimiz çatmayan məkanlarda yerinə yetiriləcək. Rusiya sülhməramlıları isə Ermənistan ordusuna məxsus tör-töküntülərin Qarabağdan çıxarılmasına dəstək olmalıdır. Əslində, onların işi bundan başlamalı idi.

Nədənsə bu vaxta qədər rus sülhməramlıları bunu etməyib.

Bütün bu amillər isə Rusiyanın regionda və Qarabağda çox sahəli siyasi kambinasiya ilə məşğul olduğu qənaətini yaradır. Sülhyaratmadan daha çox imitasiyaya xidmət edən Rusiyanın bu fəaliyyətinin effekt verməyəcəyi şübhəsizdir. Bu regionda sülhə əngəl olmaq istəyənlər tarixin lənətinə gələcək. Çünki sülhə alternativ, müharibə deməkdir. Ona görə də, Şimal qonşumuzun analitikləri, siyasi dairələri Rusiyanın Cənubi Qafqaz siyasətinin yanlış olduğunun fərqində olmalıdırlar.

Artıq Ermənistanda da Rusiyanın əleyhinə mitinqlər keçirilir. Sülhyaratma imkanı itdikcə bu boşluğu kimlərsə doldurmağa çalışacaq. Regional geosiyasi kontekstdə Rusiya öz məqsədinə nail olması üçün çoxsahəli siyasi kambinasiyalardan imtina etməlidir. Şimal qonşumuzun bu siyasəti özünə qarşı formalaşan antirusiya əhval-ruhiyyəsini getdikcə artırır. Əlqərəz Rusiya vaxtılə Cənubi Qafqazda etdiyi tarixi səhvləri təkrar etməməlidir. Əks təqdirdə, bu siyasət adıçəkilən ölkənin özünə qarşı daha kəskin formada çevriləcək.

Bir məqamı da unutmaq olmaz ki, bu gün rəsmi Moskvanın iradəsindən kənar rus sülhməramlılarına təsir göstərən, terrora dəstək verən, Qarabağda sülhün yaranmasını həzm edə bilməyən dünyada imkanlı erməni çetesi mövcuddur. Həmin qüvvələrin Rusiya generaliteti ilə sıx əməkdaşlıq etməsi, onların dəstəyi ilə təhlükəli ssenarilərin həyata keçirilməsi ehtimalı mümkündür.

Qaldı ki, Ermənistanın baş naziri zavallı N. Paşinyan manevr siyasətinin əl çəkmir. Onun əli həm avropalıların, həm də Rusiyanın cibindədir. Onun həm də zamanın, şəraitin dəyişəcəyinə ümid edərək bu manevrlərindən əl çəkəcəyi inandırıcı deyil. Hazırda Cənubi Qafqazı siyasi anlaşmanın deyil, məkrli ssenarilərin idarə edəcəyini düşünən Ermənistan rəhbərliyi və onun tör-töküntüləri qarşıdurmaya daha çox meyllidirlər. 10 noyabr 2020-ci il üçtərəfli razılaşmasının şərtlərinə heç vəclə əməl etmək istəməyən Ermənistanı sülhə məcbur etmək üçün müxtəlif variantlar mövcuddur. Şübhəsiz ki, Azərbaycan bu variantlara əl atmağa məcbur olacaq.

Zavallı Paşinyan isə iki super dövlət başçısının, Rusiya və ABŞ prezidentlərinin bu ilin sonunda keçirilməsi nəzərdə tutulan görüşünə gözünü dikib. Görünür, ona nə isə vədlər verilib. Qarabağ məsələsinin həllini uzatmağa cəhd edib, bu istiqamətdə Rusiyadan savayı, digər vasitəçilik etmək istəyən qüvvələrin zühur edəcəyi ehtimalı böyükdür. Bütün hallarda vəziyyətin Ermənistanın xeyirinə dəyişəcəyini gözləmək sadəlövhlükdür. Düşünürəm ki, Ermənistan baş nazirinin manevr siyasətini tamamailə iflasa uğradıb, onu əhliləşdirmək üçün düşünülmüş hücum diplomatiyası davam etməlidir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1627
Digər yazılar
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”