QHT və MEDİA

Dünya sabitlik və terror dilemması qarşısında

Terrorizm getdikcə dünya üçün daha dəhşətli olur

Qloballaşma prosesində terrorizmin nəticələrinə dünyanın gələcək taleyi konteksində yanaşmaq lazımdır.  Baxmayaraq ki, bu gün heç bir ölkə terrordan sığortalanmayıb ancaq təəssüflə qeyd etməliyik ki,  terrora, separatizmə  birbaşa və yaxud  dolayısı ilə dəstək verən dövlətlər var.

Hazırda  dünyanın xeyli hissəsi sabitlik və  terror dilemması qarşısında qalıb desək yanılmarıq. Hətta bəzi qüvvələr siyasi və hegemon maraqları naminə  yüzlərlə, minlərlə  dinc insanın qətlinə bais olaraq  bu cinayət prosesində yaxından iştirak edirlər.

Təbii ki, bizi daha çox  Türkiyədə baş verən qanlı hadisələr narahat edir. Türk xalqına qarşı törədilən  terror aktları  hər birimizi kədərləndirir. Terrora dəstək verən  qüvvələri bir daha lənətləmək zorunda qalırıq. Dünyada terrorun,  separatizmin  böyük  güclərin  layihəsi olması artıq  heç kimdə şübhə doğurmur. Türkiyəni zəiflətmək, Şərqdə gərginliyi  daha da artırmaq, ən əsası  dini  amilləri önə çəkərək  müsəlmanların kütləvi qətllərinə  rəvac vermək və digər  çox çirkin planların şahidi oluruq.

Bu gün  nəinki  terrorizmə  fərqli münasibət var, hətta  bir çox hallarda  belə terror təşkilatlarına  rəsmi dövlət dəstəyi  açıq -aydın ortadadır. Dağlıq Qarabağda və ümumilikdə Ermənistanda, həmçinin  Şərqdə  mövcud olan terror şəbəkələrinə münasibətdə ABŞ-la Rusiyanın  mövqeyləri üs-üstə düşür.  Hətta bu vaxta qədər ABŞ  Dağlıq Qarabağdakı separatçı rejimə  dövlət yardımları ayırırdı. Həmin vəsaitlər   humanitar dəstək adı altında terrorda birbaşa rolu və iştirakı olan  rejim başçılarına çatdırılırdı.

Ən qəribəsi odur ki,  bəzi terror təşkilatlarının, xüsusilə, Dağlıq Qarabağdakı separatçı rejimin Rusiyada,  Avropa məkanında, hətta ABŞ-da nümayəndəlikləri  var. Bu isə onu göstərir ki, qanunsuz,  regionda  sabitliyi pozan terrorçu  rejim de-fakto tanınır.  Bunun özü birbaşa separatizmin dəstəklənməsi  və münaqişənin uzadılması deməkdir.

Aydın görünür  ATƏT-in  Minsk qrupu Ermənistan-Azərbaycan münaqişəsini  həll etmək fikrində deyil.  İmitasiya xarakterli bu sülh yaratma prosesi, regiona davam turist səfərləri münaqişənin ömrünü uzatmağa  hesablanıb. Düşünmək olar ki, həmsədr  ölkələrin  planı odur ki, bu münaqişənin həllinə deyil, onu öz nəzarətlərində  saxlamaqda daha çox maraqlı olduqlarını ortaya qoymaqdır.

ABŞ, Fransa və Rusiyanın Ermənistanı müdafə etməsi və status kvonun dəyişməsi üçün heç bir əməli addım atmaması  bunu bir daha sübut edir. Siyasi riyakarlıq isə beynəlxalq təşkilatların,  həmin aparıcı dövlətlərin  nüfuzuna zərbə vurmaqda davam edir.  Siyasi proseslərə nəzər salanda həmsədrlərin Ermənistana lobbiçilik etməsi  fikri bir daha təsdiqini tapır.

Məhz bunun nəticəsidir ki,  dünyada  konfliktlərin həllində  nəinki yumşalmalar hiss olunmur, əksinə təhlükəli tendensiyalar  getdikcə daha da artmaqdadır.  Narahatçılıq doğuran bu proseslərin gələcəyidir. Bəzən siyasətdə belə maraqlar heç bir əxlaqi prinsiplərə  uyğun gəlmir. Bu gün NATO-ya üzv ölkələr  BMT-nin qətnamə və qərarlarını  əsas götürdüklərini bildirirlər. Bəs, BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrin taleyi  nəyə görə əsas götürülmür?

Belə çıxır  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq arenaya çıxarılması, xarici təşkilatların bu prosesə cəlb olunması doğru deyildi?  Fakt odur ki, bu təşkilatlar, ATƏT-in  Minsk qrupunun həmsədrləri münaqişənin həllinə deyil, onu öz nəzarətlərində  saxlamağa nail olublar. Hətta mütəmadi olaraq barmaq silkələyirlər ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Axı, bu  nə deməkdir? 

Hərbi yolla torpaqları  azad  etmək olmaz, aparılan sülh danışıqlarının heç bir nəticəsi yoxdur.  Deməli, bir azda səbirli olmaq lazımdır. Dünyada və Cənubi Qafqazda  separatçılığa dəstək verən böyük, riyakar gücün çöküşü sürətlənməkdədir. Həmin çöküş  erməni terrorizminin və digər terrorçu qruplarında sonunu yaxınlaşdıracaq. Taleyin hökmüdür, ciddi layihələrin məntiqi nəticəsidir onu demək çətindir. Ən əsası bu proses davam edir.

 Sadəcə olaraq biz daha da  güclü olmalıyıq.  Təbliğatımızı daha innovativ üsullarla qurmalıyıq. Yalnız  müəyyən dövr  üçün deyil,  hər zaman erməni məsələsini və ümumilikdə terrorizmi araşdıran və ermənişünaslıqla  məşğul olan  beyin mərkəzləri daha geniş fəaliyyət göstərməlidir.  Aparılan çox məntiqli  tədqiqatlar vasitəsilə   informasiya müharibəsində   Qarabağ həqiqətlərinin dünyada daha yaxşı qəbul olunmasına yardımçı olmalıyıq.
Əkrəm Bəydəmirli    

 

 

 

QHT və MEDİA

2018-06-19 07:05:37

QHT və MEDİA
Danışıqlar uzansa Qarabağın …..
Danışıqlar uzansa Qarabağın …..

Ermənistan rəhbərlərinin Qarabağa maneəsiz və qorxusuz gəlib getmələrinə Azər...

2018-06-17 09:40:14

QHT və MEDİA
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...
Ukrayna ictimaiyyəti Milli Qurtuluş Günü...

Bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev “Pryamiy” və “Rada”...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...