CƏMİYYƏT

Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına tam uyğun formalaşmış ordudu

Dövlətçiliyimizin ən mühüm şərtlərindən biri olan ordu quruculuğu ilə bağlı tariximizi vərəqləyəndə bu sahədə keçdiyimiz şərəfli yol gözlərimiz önündə canlanır

Son dovrdə yaranmış bəzi dövlətlərdən fərqli olaraq ölkəmizin dövlətçilik təcrübəsi sillahlı qüvvələrimizin formalaşmasında müəyyən ənənəyə söykənmişdir. 

Azərbaycan Xalq Cümhuriyyətinin dövründə - 1918-ci il iyunun 26-da ilk dəfə Nazirlər Şurasının qərarı ilə hərbi hissə-əlahiddə korpus yaradılmışdı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas vermişdi. 

Lakin çox təəssüflər olsun ki, XX əsrin əvvəllərində dünya yeni məcrasına qovuşmaq uğrunda çabalayanda cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapdı. Milli ordumuzun başına çar Rusiya dövründə yetişmiş millətini sevən, vətənpərvər, yüksək rütbəli hərbiçi zabitlər gəldilər.

Onlar öz hərbi təcrübə və biliklərini qısa müddətdə ordumuzun formalaşmasına sərf etdilər. Amma imperalist qüvvələr, xususilə, Rusiya ölkəmizdə müstəqil demokratik, hüquqi və dünyəvi dövlətin uzun müddət yaşamasına imkan vermədi. Hələ tam möhkəmlənməmiş dövlətin ordusu həmin işğalçı, mürtəcə qüvvələrin təzyiqinə dözməyib məğlub düşdü.

 28 aprel 1920-ci il tarixindən Azərbaycan sovet imperiyasının işğal altında yaşamaq məcburiyyətində qaldı. Bu tarix 1991-ci ilin 18 oktyabrınadək davam etdi. 

 Nahayət Azərbaycan ikinci dəfə dövlət müstəqilliyini qazanmaqla öz silahlı qüvvələrini də yaratmağa başladı. Bu proses son dərəcə mürəkkəb və çətin bir dövürə təsədüf edilir. Başqa sözlə, bir yandan Ermənistanın Rusiyanın dəstəyi və himayədarlığı ilə ölkəmizə təcavüzü, digər tərəfdən isə bəzi daxili qüvvələrin şəxsi maraqlarını düşünərək didişmələri yenədə dövlətçiliyimizi təhlükəyə və sual altında qoydu.

 Azərbaycan dövlət rəhbərliyində olan səriştəsiz insanlar, dövlətdə olduğu kimi, təzəcə yaranmış milli ordunu da idarə etməkdə acizlik göstərdilər.

 Belə bir məqmda Xalqımızın Ümummilli lideri, Ordumuzun memarı, Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində və 15 iyun 1993-cü il tarixində, 1920-ci il hadisəsinin təkrar olunmasının qarşısı alındı və qanlar bahasına təzəcə müstəqillik əldə etmiş dövləti qorumaq üçün ordu quruculuğuna xususi diqqət və qayğı yetirməyə başlandı. 

 Bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu da 1991-1993-cü ildəki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji durumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusu kimi formalaşmışdır.

 Artıq Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyəsini göstərib.  Hazırda region ölkələr içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz  Ermənistan həddsiz dərəcədə narahatdır. 

Əgər Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 10 minlərlədir. İndi hər bir Azərbaycan əsgəri Azərbaycanın Milli Qəhramanı Mübariz Ibrahimov, Fərid Əhmədov və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək son damla qanını Qarabağ torpağı uğrunda axıdaraq döyüşməyə hazırdırlar.

 Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində sülh danışıqları nəticə verməzsə, Azərbaycan Silahlı Qüvələrinin Veteranları və ehtiyatda olan hərbiçiləri, Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə səfərbər olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad etmək üçün biz keçmiş döyüşçülər yenidən döyüşə getməyə hazırıq və bu əmiri səbirsizliklə gözləyirik. 

 Biz nəinki Qarabağı, bütün itirilmiş torpağlarimizı birləşdirmək uğrunda müqəddəs bir yola çıxmalıyıq.  Bu yol artıq başlamişdir! Biz bu ağır yükü və problemi gənc nəslə saxlamamalıyıq!           Bu yol MÜSTƏQİL AZƏRBAYCAN YOLUDUR! ALLAH BU ŞƏRƏFLI YOLDA VƏ QARŞIMIZDA DURAN MİSİYYAMIZI HƏYATA KEÇİRMƏMİZ ÜÇÜN BİZƏ QÜVVƏT VERSİN!

      SƏRRAF ORUC 
Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, 
Əfqanstan və Qarabağ müharibəsinin veteranı

 

 

 

 

 

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...