2021-05-19 07:30:17 | CƏMİYYƏT
Düşmən tərəfinin dezinformasiya siyasəti effekt verməyəcək

Tarixi zəfərimizdən və 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Azərbaycanın öz sərhədlərini möhkəmləndirməsi ilə bağlı addımlar atması təbii proses idi. Bunun digər bir variantı ola bilməzdi. Həmin üçtərəfli razılaşmanın şərtlərinə görə, beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə zərurət var.

Lakin Ermənistanda baş nazir səlahiyyətlərini icra edən zavallı Nikol Paşinyanın bu prosesi dayandırmaq məqsədilə apardığı dezinformasiya siyasəti müəyyən mənada çaşqınlıq yaratdı. Hətta prezident Makron Fransanın papağını yerə soxaraq bu dezinformasiya siyasətinin tələsinə düşərək ermənipərəst bəyanat səsləndirdi. İlk anda bir çoxları düşünürdü Paşinyanın dezinformasiya siyasəti effekt verəcək. Proseslərə nəzər salanda görürük dünya liderləri, geniş ictimaiyyət məsələnin mahiyyəti ilə tanış olduqdan sonra əsl reallığı qəbul etmək qənaətində qalır.

Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin başçılarına zəngələri və digər çabaları, həmçinin dünyada kök salmış erməni diasporunun təhdidləri bizi haqq yolumuzdan çəkindirməməlidir. Əgər zərurət yaranarsa, ermənilər davamlı olaraq təxribatçı əməllərindən əl çəkməsələr, o zaman onlara dəmir yumruğu xatırlatmaq zərurəti yaranacaq.

Lakin postmüharibə dövründə, çox təlatümlü regionda informasiya siyasətində çevik addımların atılması zəruridir. Mütəmadi olaraq sərhədlərin demarkasiyası və ümumilikdə regionda gedən proseslər, beyin mərkəzlərinin analitik təhlillərinə əsaslanan məlumatlandırıcı vidokonfransların keçirilməsi vacibdir. İstər dünyananın rəsmi strukturlarını, istərsə yetərincə məlumatı olmayan müxtəlif toplumların məlumatlandırıması prosesi davam etməlidir. Bu işdə axsamalar, ləngimələr ermənilərin dezinformasiya siyasətinə təkan verə bilər.

Nəhayət 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından irəli gələn məsələlərin həlli ilə bağlı Rusiya öz məsuliyyətini dərk edib beynəlxalq sərhədlərin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirəsinə öz töhfəsini verməlidir. Əks halda Rusiyanın regionda nüfuzu tamam düşəcək.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1025
Digər yazılar
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”