2021-04-14 07:40:53 | CƏMİYYƏT
Türk birliyi, bəşəri prinsiplər, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq

Ötən əsrin 70-80-ci illərində türkdilli ölkələrin nə zamansa müstəqil olacaqlarını heç kim ağlına gətirmirdi.

Hətta müstəqillik ideyasını kimsə ciddi qəbul edə bilməzdi. Tarixin gedişi göstərir ki, dünyada çox fərqli bir proses yaşanır. Bu gün isə geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib.

Türk dünyası arasında formalaşan mənəvi vəhdətin dərinləşməsini özündə ehtiva edən vacib faktor bəşəri, genetik prinsiplər və əxlaqi dəyərlərə söykənən əməkdaşlıqdır. Yəni burada böyük qardaş axtarışı yoxdur. Gəl, mənim yanımda, mənim ətrafımda birləş anlayışı mümkünsüzdür. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır.

Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə bu birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir.

Türkdilli dövlətlərin başçılarının zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) formalaşması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu, Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatlar əməkdaşlığa əhəmiyyətli dərəcədə müsbət təsir etməkdədir.

Çox müsbət haldır ki, bu resurslar, ümumilkdə türk birliyi hər hansı bir dövlətə xristian topluma qarşı çevrilmir. Əksinə çox modern əməkdaşlıq hamıya açıqdır. Mövcud təcrübədən, strateji layihələrdən digər qeyri türkdilli ölkələrin də faydalanması labüddür.

Türkdilli dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin həyata keçirildiyini görürük. Bu ölkələrlə əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsinin hazırlanması, media qurumları arasında iş birliyinin genişlənməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.

Türkdilli ölkələr arasında belə əməkdaşlıq kəskin dini, siyasi qütbləşmənin, millətçi əhval-ruhiyyənin yaratdığı şüarlardan yaranan birlik modeli deyil. Bu daha çox dünyanın yeni çağrışlarına adekvat cavab verən, çox strateji məqamları özündə ehtiva edən sivil əməkdaşlıq modelidir. Belə pozitiv əlaqələrin yüksəlməsindən bir çox ölkələrin, o cümlədən Azərbaycanın faydalanacağı şübhəsizdir.

Postmüharibə dövründə dünyada və ümumilikdə türk coğrafiyasında informasiya savaşında Azərbaycana dəstək olmaq üçün tükdilli xalqların media resurslarının həmrəylik nümayiş etdirməsi zəruridir. Media platformasi istiqamətində birgə əməkdaşlıq erməni saxtakarlığının ifşasında vacib addımdır. Artıq Türkiyə mediasında bu müsbət tendensiyalar mövcuddur.

Bu gün müharibə bitsə də informasiya cəbhəsində döyüş daha kəskin və fərqli formada davam etməkdədir. Məhz belə məqamda türkdilli ölkələrin media resurslarından faydalanıb əsl həqiqəti çatdırmaq üçün yeni imkanlar yaranır. Bütün bu proseslərin davamı olaraq peşəkar səviyyədə informasiya müharibəsini əcnəbi tərəfdaşlarımızla davam etdirməliyik. Zamanın yeni çağrışlarına uyğun olaraq kampaniyaçılıqdan, unutqanlıqdan qurtulmalıyıq. Bu baxımdan türkdilli jurnalistlərin intellektual potensialından faydalanmaq əhəmiyyətlidir.

Bir vacib məqamı da qeyd etmək istərdim. Vaxtılə bizim yatmış hesab etdiyimiz Mərkəzi Asiya Respublikalarında artıq oyanış hiss olunmaqdadır. Bu, bizi gerçəkdən sevindirir. Həmin dövlətlər dünyanın iqtisadi sisteminə inteqrasiyada Azərbaycan üzərindən keçən tranzit layihələrə önəm verərək türkdilli ölkələrin birliyinə daha da yaxınlaşırlar. Bu iqtisadi əlaqələr digər sferalarda əməkdaşlığı dərinləşdirir.

Nəhayət Rusiya ərazisində yaşayan etnik türkləri, kifayət qədər əhatə dairəsi olan həmin türklərin yaşadıqları Muxtar Respublikaları yaddan çıxarmaq olmaz. Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Ona görə, bu əməkdaşlığa bütün türkdilli xalqların cəlb olunması normaldır.

Əkrəm Bəydəmirli

Baxış sayı : 2145
Digər yazılar
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”