MƏDƏNİ

Bədii filmlərimiz xarici auditoriyaya niyə çıxa bilmir?

Heç şübhəsiz ki, kino sənəti bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayır

 Hətta müasir  zamanda hər hansı texnoloji yeniliklər, müasir internet medianın sürətli inkişafı və digər amillər  peşəkar film yaradıcılığına, ümumilikdə kino sənətinə  kölgə sala bilməyib. Əksinə bu yeniliklər film  istehsalına, onun əhatə  dairəsinin genişlənməsinə müsbət təsir edir.

Təbii ki, bunu  bütün filmlərə aid etmək  olmaz. Bir sözlə yaxşı  ssenari, peşəkar çəkilən bədii  film  öz auditoriyasını  qorumaqla bərabər  uzun müddət insanlara həm zövq,  həm də  güclü informasiya verir. Bəs, bizim telekanallar, kino çəkilişi ilə məşğul olan şirkətlər bu resurslardan necə faydalana biliblər?

Çox təəssüf ki, kino sahəsində, xüsusilə, serial çəkilişində mövcud olan problemlər  dərinləşməkdədir.  Bu gün Azərbaycanın teleməkanında xeyli seriallar çəkilib nümayiş olunur.  Həmin  kino nümunələrindəki problemlər əvvəllər necə olubsa indi yenə qalmaqdadır. Təbii ki,  burada əsas səbəb maliyyə deyil.  Düzdür kino iqtisadiyyatı, bu sahənin  inkişafında maliyyə  vacib məsələdir.

Etiraf etmək lazımdır ki, ötən illərdə Azərbaycanda  filmlərin çəkilməsi üçün vəsaitlər az  olmayıb.  Hətta Azərbaycan prezidenti İlham  Əliyevin  sərəncamı ilə  film çəkilişinə vəsait ayrılmışdı. Bundan əlavə  serialların nümayişi zamanı  kifayət qədər reklamlar  olurdu. MTRŞ-dan APA-ya verilən xəbərə görə, 09 sentyabr 2011-ci il tarixli 1709 nömrəli sərəncama əsasən ayrılan 5 milyon manatdan ATV kanalının hesabına “Sirr”, “Pərvanələrin rəqsi”, “Onu bağışlamaq olarmı” serialının çəkilişi üçün ümumilikdə 1 milyon manat ayrılmışdı.

Həmçinin  ANS kanalına “Xoca” və “Ağabəyovlar” serialının çəkilişi üçün ümumilikdə 800 min manat, “Lider” kanalına “Dostlar”, “Satko”, “Muradına çatan günəş” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat, “Space” kanalına “Cənnətə səyahət”, “Bir kəndin Sevinci” seriallarının çəkilişi üçün 800 min manat, “Xəzər” kanalına “Aramızda qalsın”, “Qaynana”, “Ayrılıq son deyil”, “Həyat varsa”, “Sonun başlanğıcı” seriallarının çəkilişi üçün ümumilikdə 800 min manat verilib.

Bundan əlavə  İctimai televiziyaya “Qarabağ”, “Dalan” , “Döngələr”, “Qaranlıqlar çiçəyi”, “Xoş təsadüf” seriallarının çəkilişi üçün isə ümumilikdə 800 min manat vəsait köçürülüb.  Bu siyahını xeyli artırmaq olar.  Bəs,  bu vəsaitlər hesabına çəkilən  filmlərin hansı dünya miqyasına çıxıb geniş auditoriya qazandı?  

Bu barədə “Xoca” filmi  istisna olmaqla başqa heç bir film haqqında sevindirici məlumat   eşitməmişik. Mən heç kəsin zəhmətini  aşağılamaq  və kiminsə çəkdiyi  filmlərə  qərəzli yanaşmaq istəmirəm.  Ancaq fakt faktlığında qalır. 

 Vahid  Mustafayevin çəkdiyi “Xoca” filmi  bütün tilsimləri qıraraq geniş  tamaşaçı  auditoriyası qazandı. Bu film yalnız Xocalı faciəsindən  bəhs etdiyinə görə, milli dərdlərimizi ortaya gətirdiyinə görə, məşhurluq qazanmayıb. Mübaligəsiz demək olar ki, “ Xoca”  filmi həm də peşəkar ssenarisinə,  aktyor seçiminə,  kəskin süjet xəttinə, hadisələrin və çəkilişlərin inandırıcılığına görə geniş auditoriya qazandı.

 Təəssüf  ki,  digər filmlər haqqında  belə ürəkdən danışmaq mümkün olmur. Onu da qeyd etmək lazımdır ki, əgər çəkilən film  xarici auditoriyaya  çıxıb nümayiş olunmursa, gəlir gətirmirsə, deməli, kino iqtisadiyyatı yarana bilmir. Bu da o deməkdir ki, davamlı kino çəkilişi mümkün olmur.

Mənə belə gəlir ki, Azərbaycan məkanında çəkilən  seriallarda aktyor seçimində, həmin  aktyorların öz rolunu oynamasında elə ciddi problem yoxdu. Hətta bəzi aktyorlar rolun öhdəsindən gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Bir çox hallarda buna nail olurlar. Burada ən ciddi problem ssenarilərin çox bəsit,  zəif, cəsarətsiz  yazılmasında,  rejissor işində,  süjet xəttinin inandırıcı olmamasında özünü göstərir.

Acı bağırsaq kimi, öz düşüncələrinə uyğun olaraq serialı çəkib uzadırlar. Yekunda da deyirlər film çəkmişik,  baxın. Əslində hər hansı kino sənəti ssenar müəllifinin intellektini,  dünya görüşünü,  nə dərəcədə mütaliyəyə  meylli olduğunu göstərir.
Əkrəm Bəydəmirli 

 

 

 

QHT və MEDİA

2018-09-18 22:15:59

QHT və MEDİA
“Dünyaya sülh” başlığı altında fləşmob ...
“Dünyaya sülh” başlığı altında fləşmob ...

18 sentyabr 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azər...

2018-09-09 12:00:36

QHT və MEDİA
Bu parad türk dünyasına qardaşlıq və səm...
Bu parad türk dünyasına qardaşlıq və səm...

Bu tədbirin belə yüksək səviyyədə keçirilməsində xidmətləri olan bütün şəxslə...

CƏMİYYƏT

2018-09-20 07:40:21

CƏMİYYƏT
“Qarabağ dünən və bugün” mövzusunda müz...
“Qarabağ dünən və bugün” mövzusunda müz...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

2018-09-18 08:30:26

CƏMİYYƏT
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...
Analitik: Azərbaycan Ordusu geniş hərbi ...

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a analitik Ehtiram Aşı...

İQTİSADİ

2018-09-20 09:05:41

İQTİSADİ
Prezident qeyri-neft sektorunda rəqabətq...
Prezident qeyri-neft sektorunda rəqabətq...

Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun sü...

2018-09-19 08:05:44

İQTİSADİ
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...
Haynts-Kristian Ştraxe: Azərbaycan Cənub...

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ...