2021-02-13 18:30:28 | CƏMİYYƏT
Televiziyaların fəaliyyəti bizi qane edirmi?

Televiziya yayımına Azərbaycanda 1956-cı ilin fevralın 14-də başlanılıb.

Birmənalı qiymətləndirmək çətində olsa, ötən dövr ərzində bu, önəmli sahə hər bir kəsin düşüncəsində iz qoyub. Müxtəlif zövqlü tamaşaçını tamamilə razı salmaq təbii ki, çətindir. Telekanal isə ona həvalə olunan ali missiyanı yerinə yetirməli idi. Lakin bir çox hallarda bu sahədə xoşagəlməyən tendensiyalar qabarıq şəkildə özünü göstərdi.

Ədalət naminə demək lazımdır ki, Azərbaycan telekanallarında maarifləndirici layihələr var. Belə maarifçilik missiyası daşıyan verilişlər Azərbaycan gəncinə, yeniyetməsinə, ümumilikdə hər kəsə yalnız fayda verər. Xüsusilə, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan mediasının, həmçinin televiziyaların fəaliyyətini müsbət dəyərləndirmək lazımdır.

Lakin problemlər az deyil. Peşəkarlıq media üçün hər zaman aktual məsələ olub. Təbii ki, media sahəsində peşəkarlığın aşağı düşməsinə təsir göstərən kifayət qədər səbəblər var. Bu gün tamaşaçıların xeyli hissəsi xarici kanalları izləməyə daha çox önəm verir. Bütün bu məqamlar düşünməyə əsas verir ki, öz tv məkanımızdakı problemlərə diqqət yetirək.

Bəs, Azərbaycan tamaşaçısını bezdirən, dərhal kanalları dəyişməyə məcbur edən nədir?

Bu məqamlar üzərində düşünmək lazımdır. Etiraf etmək lazımdır teleməkanda ciddi problemlər hələ də qalmaqdadır. Bu gün təəssüf doğuran odur ki, bəzi tv-lərdəki elə şou aparıcıları uzun müddət çalışmalarına baxmayaraq, bu şəxslərdə elementar efir mədəniyyəti formalaşmayıb. Məsələ ondadır ki, belə şəxslərin verilişləri auditoriya toplaya bilir. Həmin auditoriyanın zövqü və intellektual səviyyəsinin necə olmasının heç bir əhəmiyyəti yoxdur. Təəssüf ki, telekanal rəhbərliyi belə verilişlərin reytinqinə və cəlb olunan reklamlara görə, həmin şəxslərin fəaliyyətinə yaşıl işıq yandırır.

Bütün hallarda teleleviziya verilişi hadisələrin fövqündə duraraq zərərli tendensiyalardan uzaqlaşaraq maarifçilik missiyasını qismən də olsa yerinə yetirməlidir. Hər dəfə qeyd olunur, belə verilişlərdə məqsəd cəmiyyətə informasiya vermək, maarifləndirmək və həmçinin bütün bunlarla bərabər əyləndirmək funksiyası əsas hədəf olmalıdır. Tamaşaçını əndazəni gözləmək şərtilə əyləndirmək və informasiya vermək şou proqramın vacib elemetidir.

Xoşa gəlməyən hal odur ki, bu, verilişlərin bəzi aparıcılarında mütaliəsizlik kəskin şəkildə özünü göstərir. Bu qənaətə gəlmək olar ki, şou proqram aparıcısında təhsilsizlik və digər səbəblər belə verilişin ortalığa çıxmasına gətirib çıxarır. Həmin şəxslər neçə illər əvvəl necə olubsa, demək olar ki, indi də televiziyanı eyni formada urvatsız günə salırlar. Aparıcı televiziyanın simasıdır. Əgər bu sima zədələnibsə, onu auditoriya qarşısına çıxarmaq tamaşaçıya hörmətsizlikdi.

Ictimai rəylə hesablaşmamaq ənənəsi, peşəkar teletəndiqin olmaması bu şəxslərin əl-qol açmasına rəvac verib. Onu da etiraf etmək lazımdır ki, televiziyanın birbaşa tamaşaçının istəyinə, zövqünə uyğun proqram qurması özü-özlüyündə mənfi tendensiyalara yol açar. Ancaq balansı qoruyaraq strateji hədəflərə doğru getmək mümkündür.

Telekanal hər evə xoş aura gətirməlidir. Ailə institutunun dağılmasını hədəfləyən bəzi verilişlərdə qaldırılan məqamlar televiziyanın müzakirə mövzusu olmamalıdır. Bu məsələlərin müzakirəsi və həlli yollarının tapılması tv-də deyil, bəzi dövlət qurumlarının səlahiyyəti çərçivəsində olmalıdır.

Digər bir zəruri məsələ TV-də və media sahəsində reklam bazarı çox ciddi təhlil olunmalıdır. TV-də bir çox problemlərin kökündə teleticarət və reklam bazarının tənzimlənməməsi problemi durur. Bu sahənin həqiqətən geniş araşdırılmasına ehtiyac var.

Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Vay o gündən ki, vətənpərvərlikdə məsuliyyətsiz yanaşma olsun. Əlqərəz, cəmiyyətin və tv-lərdə şou proqramların formalaşmasında, inkişafında yaxşı təhsillə bərabər məsuliyyətli vətənpərvərlikdə zəruridir. Normal təhsili olan şəxs istənilən sahədə fayda verər. Keyfiyyətli təhsilin verilməsi, əxlaqlı münasibətin tətbiqi və nəhayət hər kəsin öz intellektual potensialına güvənib irəliləməsi üçün şəraitin yaradılması zəruridir.

Bir çox sahələrdə o cümlədən televiziyada qaranlıq əməl mənəvi dəyərlərin itməsi təhlükəsi deməkdir. Qaranlıqdan uzaq olun. Hər zaman işığa və cəmiyyətin aydınlığına doğru yolunuz açıq olsun dəyərli oxucu!

Əkrəm Bəydəmirli

Baxış sayı : 401
Digər yazılar
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib 2021-03-08 17:15:17 BMT-nin Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib 2021-03-08 17:00:59 Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar 2021-03-09 09:30:41 Ağdamın Suma kəndi - VİDEO 2021-03-08 08:00:42 Qadın -Müqəddəs Varlıqdır 2021-03-07 20:10:16 Füzuli rayonunun Qarakollu kəndindən son görüntülər - VİDEO 2021-03-07 09:10:28 "Məscidin təhqir edilməsi bütün dinlərdə qəbuledilməzdir" 2021-03-07 09:00:30 Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan 2021-03-06 19:15:46 Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi 2021-03-06 11:15:47 Ağdamın Tağıbəyli kəndi - VİDEO 2021-03-06 10:35:45 Diplomatik korpus nümayəndələri Qarabağa gediblər 2021-03-06 08:30:14 200 min nəfərin Ermənistanı tərk edəcəyi gözlənilir 2021-03-05 18:50:04 “İnfrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlamışıq” 2021-03-05 18:30:56 Azərbaycan iqtisadi azadlığa görə dünya reytinqində irəlilədi 2021-03-05 09:45:26 Zəngilanın Keçikli kəndindən - Video 2021-03-05 09:05:37 ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib 2021-03-05 08:25:55 "Ermənistan minalanmış ərazilərin xəritəsini gizlətməklə sülhə mane olur" 2021-03-05 08:00:24 Bizə necə filmlər lazımdır? 2021-03-05 07:50:04 Prezident İlham Əliyev İƏT-in onlayn Zirvə toplantısında çıxış edib 2021-03-04 20:25:35 Həmişə yeri görünəcək insan 2021-03-04 19:25:18 “Azərbaycan Qarabağı dastanlara yazılacaq zəfərlə azad etdi” 2021-03-04 15:10:40 Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir 2021-03-04 10:10:47 Zəngilanın Beşdəli kəndi - VİDEO 2021-03-04 09:40:37 Qubadlıda polis gücləndirilmiş rejimdə işləyir 2021-03-04 09:15:09