MƏDƏNİ

. Yaddaşımdakı 20 Yanvar

20 Yanvar deyəndə burnuma qan qoxusu gəlir

Mən o qoxunu Bakıda gəzdiyim, yaralı uşaqları və qadınları axtardığım xəstəxanalarda hiss eləmişdim.

Ayın 19-u o vaxkı Mərkəzi Komitənin qarşısında izdiham vardı. Heç vaxt yadımdan çıxmır, axşam Etibar Məmmədov çıxış elədi:”Bina sarıqulaqlarla doludu. Bütün şəhər mühasirəyə alınıb. Hər şey ola bilər, kim qorxursa, evə gedə bilər”-dedi. Əlbəttə ki, qorxmurdum. Tam səmimi deyirəm, 88-ci ildən bütün tələbəliyimiz təəssüf ki, o təlatümlü vaxtlara düşmüşdü. Və tələbə yoldaşlarımın hər biri təsdiqləyər ki, “Meydan hərəkatı” vaxtı qarda, yağışda belə jurnalistika fakültəsindən “Azadlıq” Meydanına gedən 2-3 adamdan biri mən olurdum. O gün də axıra kimi dayanmaqda israrlıydım.

 Axşam saat bəlkə 9-10 arası olardı. O vaxtkı “Bakı sovet” metrosu tərəfdən bir maşın yaxınlaşdı, içindən cavan bir oğlan düşdü. Əlindəki səsucaldanla “Salyan kazarması tərəfdə adam azdı, ora köməyə getmək istəyən varsa, maşına minsin. Xahiş eləyirəm, evə getmək istəyənlər minməsin. Yolda heç kəsi düşürməyəcəyik”-dedi.

Qərarımı dəyişdim.  Salyan Kazarmasının qabağına gedəcəkdim. Ora evimizə daha yaxın idi və Mərkəzi Komitənin qarşısında həqiqətən kifayət qədər adam vardı...Piyada üzüaşağı, evimizə doğru getdim.  O qədər yorğun idim ki, heç olmasa, yarım saat dincəlmək istəyirdim, çünki Salyan kazarmasının qabağında nə qədər  dayanmalı olacağımızı bilmirdim. 

Evdə elə də çox vaxt itirmədim, amma qəfildən güllə səsləri eşidildi. Sovet ordusu xalqa elan eləmədiyi “fövqəladə vəziyyət”dən əvvəl şəhərin bütün istiqamətlərində atəş açdı. Artıq küçəyə çıxmaq mümkün deyildi. Səhərə kimi atışma səsləri kəsilmədi...

Səhər məlum  oldu ki, şəhərdə böyük qırğın törədilib. Demək ki, əcəl deyildi. Amma içimdə elə bir nifrət, elə bir cəsarət vardı ki...Üstəlik də radioda eşitdiyim “Yaralılar və ölənlər arasında qadınlar və uşaqlar yoxdu, ölən ekstremistlərdi” məlumatından sonra evdə qalmağı özümə sığışdıra bilməzdim...

“Fövqəladə vəziyyət” olsa da mən xeyli vaxt Bakıdakı bütün xəstəxanaları gəzdim. Onu deyim ki, yanvar ayının  sonuna kimi xəstəxanalara təzə yaralılar gətirilirdi. Onlar Bakı küçələrində rus ordusunun zavalına gələn günahsız insanlar idi. Mən hər gün “qadağa saatı”na qədər yaralılarla görüşüb söhbətlər eləyirdim. Onların bir çoxu ordu atəş açan anda “qaçmayın, rezin güllələrdi, bizi qorxutmaqçün atırlar” deyib güllə qabağından çəkilməyən oğlanlar idi. “Biz bütün gerçəyi ancaq yaralanan anda başa düşdük”-deyənlər vardı. Gerçək isə o idi ki, həmin gecə Bakıda atılan güllələr qadağan olunmuş güllələr idi və həmin güllələr imperiya nökərlərinin dediyi kimi təkcə “ekstremistlərin”- ordunun qarşısına çıxan oğulların deyil, evində, həyətində olan qadınların uşaqların da bədənini dağıtmışdı.

Yaralı qadınlar və uşaqlar haqqında bütün məlumatları toplayıb bir yazı yazdım. Həmin yazı bir az “yumşaldılmış” şəkildə “Azərbaycan qadını” jurnalının mart nömrəsində çap olundu. 

Orda ayağından yaralanan Təranə Məhərrəmova, 3 güllə yarası alan 59 yaşlı Minabacı Məmmədli, 16 yaşlı Gülüş Həsənova,  52 nömrəli məktəbin 9-cu sinif şagirdi, 15 yaşlı Vüsal Məmmədov,

Pakizə Hümbətova-yanvarın 21-i günorta  saat 12-də sağ çiynindən bir güllə yarası alan Pakizə Hümbətova, Qəlbinur Kərimov-ayın 20-i günorta küçədə güllələnən 31-nömrəli məktəbin 10-cu sinif şagirdi Qəlbinur Kərimov, həyat yoldaşı şəhid  Mürvət Şərifovla birlikdə  həyətindəcə güllələnən  Nazpəri xanım haqqında yazmışdım. Mürvət kişi aldığı yaradan dünyasını dəyişmişdi. Amma yaralı olduğu üçün övladları ondan atalarının ölümünü gizlədirdi. Ermənistandan köçkün kimi Azərbaycana pənah gətirmiş bu ailənin Bakıda üzləşdiyi ikinci, daha böyük faciə idi. 

O gündən 26 il vaxt keçib.  Yaralılarla dolu olan xəstəxanalarda şəhidlərin üst-üstə qalanmış qanlı paltarları, o gecənin canlı şahidləriylə söhbətlər heç  yadımdan çıxmır. Elə bil hər şey lap dünən olub. 

Yanvarın 22-də şəhidlərin dəfnindən sonra evə qayıtmağımı xatırlayıram. Şəhərdə elə bir səssizlik vardı ki...Asfaltın üstündə şəhid tabutlarının üstündən sürüşüb düşən qərənfillər...Bakını sözün əsl mənasında qanına qəltan eləmişdilər. Qadağan olunmuş güllələrdən istifadə olunmağı da, evdə, küçədə qadınların, uşaqların güllələnməsi də rus ordusunun nahaq qan tökməyinin təsdiqiydi... Amma bu qan axdığı yerlərdə qılınca qalib gəlmişdi...      

Nəcibə Bağırzadə

QHT və MEDİA

2017-11-20 20:10:02

QHT və MEDİA
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...
“Xocalı Soyqırımını Tanıtma”ictimai birl...

Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan, yar...

2017-11-18 10:05:29

QHT və MEDİA
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...
Sakarya şəhərində Xocalı soyqırımı ilə b...

Azərbaycanın İstanbuldakı baş konsul Məsim Hacıyev Sakarya şəhərində bələdiyy...

CƏMİYYƏT

2017-11-20 08:40:24

CƏMİYYƏT
NTV televiziya kanalı: Azərbaycan türk d...
NTV televiziya kanalı: Azərbaycan türk d...

Türkiyənin nüfuzlu NTV televiziya kanalında Azərbaycan tarixi ilə bağlı “Odla...

2017-11-15 21:00:49

CƏMİYYƏT
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...
Şura 2018-ci il üçün 1-ci qrant müsabiqə...

15 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hö...

İQTİSADİ

2017-11-20 08:45:14

İQTİSADİ
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...
Əcnəbi media Azərbaycanın qeyri-neft sek...

Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz a...

2017-11-13 09:10:16

İQTİSADİ
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...
“Cənub Qaz Dəhlizi”nin reallaşması Azərb...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, çoxşaxəli əməkdaşlığa m...