2020-12-19 10:45:27 | AKTUAL
Ləyaqətin Şirməmməd Hüseynov məktəbi

Ləyaqət çox geniş anlayışdır. Bəlkə də, insanın bütün insanlıq keyfiyyəti bu anlayışda ifadə olunur. Azərbaycanın elmi, ictimai, ədəbi fikrində ayrıca yeri olan Şirməmməd Hüseynov özünün lap cavan çağlarından hamımıza örnək olan bir ləyaqət məktəbi yaratdı.

Bu məktəb milli mətbuatımızın obyektiv tədqiqi, müəllim missiyasının əsl məzmunu, saxta ideologiya qarşısında əyilməzlik, yaltaqlığa, məddahlığa nifrət, tələbələrinə Vətən sevgisi, millət qüruru kimi müqəddəs hisslər aşılamaq, klassikaya sonsuz məhəbbət və nəhayət, bütün bunlara namusla, böyük vətəndaşlıq hissilə, özünün ali nümunəsi olan təmizliklə əməl etməsi kimi onlarca keyfiyyəti birləşdirir. Mən bu anda Şirməmməd Hüseynov məktəbinin qeyd etdiyim sonuncu faktını - təmizlik ləyaqətini xüsusi yada salmaq istəyirəm.

Ömrünün 60 ilini Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə bağlamış Şirməmməd müəllim bu müqəddəs universitetdə Tanrının tələb etdiyi müqəddəs təmizliyə xələl gətirən kəsi heç vaxt bağışlamadı. Çox əziyyət çəkdi, amma burda elə bir təmizlik məktəbi yaratdı ki, bu məktəbi onun özündən sonra da heç kim poza bilməz.

Şirməmməd Hüseynovun ləyaqət məktəbi Azərbaycan klassik mətbuatının tədqiqində də özünü göstərdi. Sovet dönəminin ən sərt ideoloji kanonları vaxtında belə klassik publisistikamızın milli azadlıq motivlərini təhlil etmək, millətə təqdim etmək cəsarəti göstərdi. Bir vaxtlar çoxlarının adını belə çəkməyə cəsarət etmədiyi Cümhuriyyət və onun qurucularını ən azı auditoriyada tələbələrinə xatırlatdı.

Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində bu böyük insanın Xalq Cümhuriyyəti kimi bir demokratik dövlətin tarixi varlığını ortaya qoyması çox böyük rol oynadı. Təsadüfi deyildi ki, Prezident İlham Əliyev jurnalistlərlə görüşlərinin birində üzünü Ş.Hüseynova tutaraq dedi: "Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir".

Şirməmməd müəllim hər məqamda yalnız təmiz və milli vicdan sahibləri ilə dostluq edirdi: professor Məmməd Xələfov, şair Bəxtiyar Vahabzadə, professor Mir Cəlal, professor Nəsir İmanquliyev, professor Qulu Xəlilov, professor Famil Mehdi... Bu adamların hər birinin onun haqqında yazıları var və bu yazıların zirvəsində Şirməmməd təmizliyi, Şirməmməd ləyaqəti, Şirməmməd vətəndaşlığı, Şirməmməd cəsarəti dayanır.

Çoxlarının sərt və iddialı hesab etdiyi bu insanın dosta, ləyaqət sahibinə qayğıları gözümüzün qarşısında olub. Fakültəmizdə onun şəxsi qayğılarını, kiməsə qarşı ədalətsiz münasibəti necə cəsarətlə dəf etdiyinin də çox şahidi olmuşuq.

95 illik ömründə Şirməmməd müəllimin iki böyük arzusu vardı: Xalq Cümhuriyyətinin 100 illik yubileyini və Qarabağın azadlığını görmək. Tanrı sevdiyi bu insanın birinci arzusunu ona qismət elədi. Qarabağın işğaldan azad olunmasını görmək isə onun qismətinə düşmədi. Bu yerdə də güclü bir təsəllimiz var. Şirməmməd müəllimin son 30 ildəki bütün kitablarının, publisistikasının aparıcı mövzusu Qarabağın azadlığına bağlı oldu. Bu gün Ali Baş Komandanın, qüdrətli Ordumuzun və Xalq birliyinin Vətən müharibəsindəki qələbəsi mənim müəllimimin əziz ruhuna bir hədiyyə oldu. Yeri, göyü, dünyanı bürüyən bu qələbə sədası bəlkə də elə ilk növbədə Vətən sevgisi ilə Tanrıya qovuşanların ruhuna daha tez çatmaqdadır.

Bu gün - dekabrın 17-də böyük ləyaqət məktəbinin banisinin doğum günüdür. O qədər təvazökar adam idi ki, ad gününü, yubileylərini təntənəli qeyd etməyə heç vaxt razılıq vermirdi. Amma biz də bu müqəddəs günü özündən gizli də olsa, fakültəmizdə həmişə qeyd etmişik. Bu gün ömrünü Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Mirzə Cəlil... ruhunda yaşamış bir Vətən fədaisinin doğum gününü bir daha qeyd edirik. Bu böyük insanın, müəllimin minlərlə tələbəsinin qəlbində bir tanrı duası var: Ruhu şad olsun, yeri behişt olsun!

Cahangir MƏMMƏDLİ

BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Baxış sayı : 494
ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır 2021-12-04 19:20:58 Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54