2020-10-12 12:40:47 | CƏMİYYƏT
Bu müharibə xeyirlə şərin mübarizəsidir

Əkrəm Bəydəmirli

XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında belə etnosun məskunlaşması və bizim qismətimizə belə qonşuların düşməsi tarixin acı reallığıdır. Bu gün bu qonşuluq qismətini dəyişmək mümkün deyil. Ancaq reallığı nəzərə alaraq cinayətkarı cəzalandırmaq, haqqı, ədaləti bərpa etmək üçün tarixi məqamlar yetişib. Azərbaycanın hər tərəfli inkişaf tendensiyası, Ordumuzun yetərincə güclənməsi, Ermənistanın terrorçu və özünütəcrid siyasəti, dünyada, regionda baş verən geosiyasi dəyişiklər və digər faktorlar məhz belə şəraiti şərtləndirir.

Bu gün cinayətkarın cəzalandırma prosesi tam başa çatmasa, Dağlıq Qarbağ işğaldan azad olunmasa ermənilər yenə öz işğalçı planlarından, dənizdən dənizə “böyük Ermənistan” siyasətindən əl çəkməyəcəklər. Digər tərəfdən dünyanın qartımış, məkrli, imitasiya xarakterli sülhyaratma fəaliyyəti korrektə olunmuş halda davam edəcək. Belə çıxır ki, biz hələ uzun illər xarici diplomatların sülh nəğməsini dinləmək mcburiyyətində qalacağıq. Buna yol vermək olmaz.

Düşməndən azad olunmuş kəndlərimizin indiki vəziyyətini sakit şəkildə seyr etmək mümkün deyil. Görün, 30 ilə yaxın müddətdə işğal olunmuş yurd yerlərimizi ermənilər nə günə qoyub. Onlar tarixdən silmək istədikləri həmin yaşayış məskənlərinin hətta daşını da söküblər. Bu məxluqlarda torpağa bağlılıq, müqəddəs yerlərə ehtiram, qonşuluq mədəniyyəti heç zaman olmayıb. Bu etnos haqqında dünyanın bir çox tanınmış şəxslərinin fikirləri çox dərin mətləblərdən xəbər verir.

2015-ci ildə Moskva və bütün Rusiya partriarxı Kiril ermənilərlə bağlı maraqlı açıqlama vermişdi: “Kiril Moskva ərtafında yerləşən pravoslav məbədlərin mitropolitləri ilə görüşdə Rusiya imperiyasının tarixini xatırladıb. Rus parvoslav kilsəsinin rəhbəri toplantı iştirakçılarının diqqətini Ermənistanda baş verən son hadisələrə və bu ölkədə artan anti Rusiya əhval-ruhiyyəsinə çəkərək deyib: "Erməni dövlətinin yaranması anından başlayaraq biz pravoslav olmayan bu xalqı müdafiə edirik. Biz hər zaman Ermənistanı Rusiya dövlətinin bir hissəsi saymışıq və azsaylı katolik erməniləri göz bəbəyi kimi qorumuşuq. Bu cür mürəkkəb coğrafi şəraitdə bu dövlət Rusiyasız heç vaxt mövcud ola bilməzdi. İndi isə hər şeyin sürətlə dəyişməsinin və bizim etdiyimiz xeyirxahlığın bu cür həyasızcasına unudulmasının şahidiyik. Ermənilər bir şeyi unutmamalıdırlar ki, Rusiya olmadan onların bu torpaqlarda mövcudluğu qeyri mümkündür". Belə faktların sayını xeyli artırmaq olar.

Ermənilərdən fərqli olaraq Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq hər zaman güclü olub və olacaq. Bu gün dünyanın hər hansı yerində, o cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək, orada uçulmuş-dağıdılmış kənddə yenidən yurd salmaq böyük məlhəmdir. Bu gün qısa bir sorğu keçirsək yaşlı və orta yaşlı nəslin nümayəndələrində bunu daha çox görərik.

Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır. 30 illik ayrılıq da bunu bir daha sübut etdi. Biz də Azərbaycan vətəndaşı olaraq hər birimiz bu müqəddəs missiyanın başa çatmasına, böyük qələbəyə öz töhfəmizi verməliyik. Bu müharibə xeyirlə şərin mübarizəsidir.

Hər zaman sonda xeyir qalib gəlir. Həmçinin bu mübarizədə xeyirin qələbəsi, ədalətin bərpası Cənubi Qafqaz regionuna sabitlik gətirəcək. Bu vacib məqamdan yararlanmaq, yurd yerlərimizdə qalan narahat ruhların harayına səs vermək, effektli fəaliyyətimizlə Azərbaycan dövlətinin, Ali Baş komandanın yanında olmaq hər birimizin tarixi missiyamızdır.

Baxış sayı : 485
Digər yazılar
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35