2020-09-23 06:25:35 | QHT VƏ MEDİA
Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir!

.

Son günlərdə bəzi internet sayıtlarında və YouTube səfələrində rəsmi dövlət orqanları tərəfidən dəqiqləşdirilməmiş, (guya Azərbaycanda umumi səgərbərlik elan edilmiş və ehtiyata buraxılmış hərbiçilər orduya yenidən geri çağırılır kimi) yanlış informasiya yayaraq əhali arasında informasiya çaşqınlığı yaradıllar.

Mən bir ehtiyatda olan keçmiş hərbiçi və müharibə veteranı özümə borc bilərək son günlərdəki yayılmış yanlış məlumatlara aydınlıq gətirərək bildirirəm ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar.

Bundan əlavə isə, Azərbaycan Respublikasının Prezident və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını yüksəltməsini təmin etmək məqsədi ilə təsdiq etddiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun həm xarici ölkələrin ordu birləşmələri ilə və Azərbaycan ordusundan ehtiyata buraxılmış hərbiçilərini növbəli şəkildə hərbi təlimlərə səfərbər edərək, onların döyüş hazılığları artırılır.

Bu proqramın növbəti tərkib hissəsi olaraq son günlərdədə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir.

Hər bir Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Silahlı Qüvvələri sıralarına daxil olarkən, Vətənim Azərbaycana və onun xalqına sadiq olaraq, ,Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyaraq, hərb işini vicdanla öyrənərək, əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirərək, hər an əlinə silah götürərək Vətənin müdafiəsinə qalxmasına hazır olmalıdır.

Elə bu məqsədlədə, Azərbaycan Ordu rəhbərliyi tərəfindən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” fəaliyyət planına uyğun olaraq döyüş hesabatlarının və səfərbərlik ehtiyatlarının müvafiq qurumlarla dəqiqləşdirilməsi və ehtiyatda olan hərbi vəzifəlilər ilə müxtəlif ixtisaslar üzrə toplanışların, çöl çıxışlarının və döyüş hazırlığı məşğələlərinin keçirilməsinə hazırlıqla bağlı göstərişlər verib.

Azərbaycan Ordusunun xüsusilə ön xətdə yerləşən bölmələrinin döyüş qabiliyyətinin, peşəkarlığının daim artırılması, şəxsi heyətin döyüşə hazırolma səviyyəsinin yüksəldilməsi, işğal olunmuş torpaqların azad edilməsinə yönələn təlim və məşqlərin keyfiyyəti gücləndirilir.

Fərəhlə qeyd etmək lazəmdır ki, son illər, Azərbaycan Ordusunun peşəkar orduya keçid dövründə böyük addımlar atılıb: “Ümumilikdə Azərbaycan Silahlı Qüvvələri bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Artıq Azərbaycan Silahlı Qüvələrininin əsgər və zabit heyəti beynəlxalq sülhməramlı missiyalarda yaxından iştirak edir. Son illər ərzində Əfqanıstana və İraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını daim uca edib, hərbi hazırlığımızın yüksək səviyəsini göstərib.

Xususi ilə qeyd edirəm ki, son günlərdə, avqust və sentiyanr aylarında, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsi keçirilmişdir.

Azərbaycan-Türkiyə arasında möhkəm qardaşlıq əlaqələri uzun tarixə söykənir: “Bunun Azərbaycan və Türkiyə xalqları və dövlətləri üçün çox böyük siyasi və hərbi əhəmiyyəti var və iki qardaş xalqlar tərəfindən yüksək qiymətləndirilir.

Sentyabrın 5-də Moskva şəhəri yaxınlığındakı Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2020” (BOO - 2020) yarışının son günündə təkil olunmuş “Tank biatlonu” müsabiqəsinin final mərhələsinə çıxmış Azərbaycan tankçılarının göstərdikləri yüksək səviyəli məharətləri digər Rusiya, Çin və Belarus dövlətlərin komandalarlını heyran edərək onların marağına səbəb oldu.

Bu gün erməni dığaları və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşmış Qafqazın ən qüdrətli ordusudur. Bu gün, Azərbaycan Ordusu düşmənin istənilən təxribatının qarşısını almağa və sərt cavab tədbirlərinə tam hazırdır. Buna görə, hazırda region ölkələr içərisində ölkəmizin iqtisadi və hərbi qüdrətinin ilbəil artmasından düşmənimiz Ermənistan həddsiz dərəcədə narahatdır.

Məhz buna görədə, Ermənistan dövləti tərəfəfindən son günlərdə rəsmi səfərbərlik edilərək orduya qarşılıqlı pul və müxtəlif həvəsləndirici yollarla muzlu qeyri peşəkar hərbiçilər cəlb edilir. Çünki Ermənistanda əhali öz övladlarını orduya yazılaraq onların özgə dövlətin torpağında ölmələrini istəmirlər.

Buna görə ordusunda hərbiçilərin çatışmamazlığı problemilə üzləşən Ermənistan dövləti başqa xarici ölkə vətəndaşlarını orduya pulla muzdu hərbi xidmətə cəlb edir. Ermənistan dövlətinin isə bunu davamlı həyata keçirməsinə nə iqtisadi nədəki maddi gücü çatmayacaqdır.

Amma, Ermənistandan fərqli olaraq, Azərbaycanda isə bu gün hər bir Azərbaycan əsgəri Azərbaycanın Milli Qəhramanları Sərkərdə general Polad Həşimov, Mübariz İbrahimov, Murad Mirzəyev və başqa qəhraman oğullarımız kimi fədakarlıq göstərərək, Qarabağ uğrunda döyüşməyə hazırdırlar. Azərbacan xalqının Vətənimizin müdafiəsi üçün heç bir muzdlu döyüşçüyə ehtiyacı yoxdur.

Çünki, 1991-1993-cü ilələrdə Qarabağ savaşında Azərbaycan ordusunda 10 minə yaxın keçmiş gənc Əfqanıstan müharibəsi və az saylı hərbiçi mütəxəsislər döyüşürdüsə indi bunların sayı 100 minlərlədir.

Biz ehtiyatda olan, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı kimi Azərbaycan milli ordusunun yaranmasnda yaxından iştirak etmişik. Sovet istehsalı olan bütün silahlardan və texnikalardan mükəmməl istifadə etməyi bacarırıq.və Vətənimizin keşiyində dürmağa və torpaqlarımızı işğaldan azad etməyə hazırıq.

Biz, еhtiyatda olan Azərbaycan Silahlı Qüvələrinin veteranları, Əfqanıstan, Qarabağda döyülərdə iştirak etmiş müharibə veteranları və hərbiçiləri, Ali Baş Komandanına müraciət edərək, yenidən orduya səfərbər olaraq, ordumuzla həmrəy olaraq əbədi və əzəli torpaqlarımızın ermənilərdən təmizləyib azad edərək şəhidlərimizin və dədə babalarımızın ruhlarını şad etmək istəyirik.

Bu gün Azərbaycanın güclü ordusu və iqtisadiyyatı var. Ən əsası da ölkəmizdə vətəndaş həmrəyliyi var. Bunlar hamısı sevindirici haldır. Bütün dünyada dost və düşmən də bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını işğaldan azad edəcəkdir!

İnşallah, Azərbaycan xalqının iradəsi ilə, Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyata başlayarsınızsa, onda biz, Azərbaycanın yadelli işğalçılar tərəfindən işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü qısa müddətdə bərpa edəcəyik.

SƏRRAF ORUCOV

Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun Prezdenti, Əfqanıstan, Qarabağ mühabələrinin veteranı və ehtiyatda olan zabit

Baxış sayı : 119
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29