TƏDQİQATLAR

Nəyə görə jurnalistika fakultələri bağlanma təhlükəsilə üzləşsin?

Təhlil

Bu yaxınlarda  Vəfa Allahverdiyevanın   “Jurnalistika fakultələri bağlanma təhlükəsində” adlı yazısını oxudum.  Vəfa  xanıma   bu yazıya  və  qaldırdığı məsələyə  görə  təşəkkür edirəm. Müəllifin toxunduğu məqamlarla razıyam. Bu gün həqiqətən jurnalist təhsilinə meyl azalır. Bunun bir sıra səbəbləri var.  Orta məktəblərdə mövcud olan problemlər, şagirdlərin əzbərçiliyə  meyliliyi, mütaliəsizlik və digər faktorlar  narahatlıq yaradır.

Ancaq burada daha ciddi səbəblər var. Heç şübhəsiz ki,  media  QHT sistemindən fərqli olaraq biznez sahəsidir. Əslində medianının normal biznes sahəsi kimi fəaliyyəti həm cəmiyyət, həm dövlət, həm də jurnalistlər və bu sahədən əmək haqqı alan insanlar üçün faydalı olardı. Bu da o deməkdir ki, medianın öz iqtisadiyyatı formalaşmalı idi. Bəs, bu gün azad rəqabət şəraitində həmin media iqtisadiyyatı formalaşa bildimi?

Etiraf etmək lazımdır ki, jurnalistikada lazımı qədər maddi-texniki baza formalaşa bilməyib. Reklam bazarındakı  vəziyyətin təhlili başqa bir söhbətin mövzusudur. Qısaca onu qeyd etmək olar ki, reklam bazarındakı problemlər ümumilikdə media mühitinə sirayət edib.

 Digər tərəfdən hər hansı peşə seçimində və yaxud ixtisasların müəyyən edilməsində bir sosial sifariş olur. Belə demək mümkünsə  cəlbedicilik  nəzərə alınır.  Bugünkü gənclər daha çox  iqtisadiyyatda müxtəlif peşələrə yiyələnmək istəyir. Məsələn bank, vergi, gömrük və s. sahələrə daha çox axın olur.  Çünki bu sahədə çalışan insanların daha yaxşı qazanmaq ehtimalı var. 

Bu gün çox az gənc tapılar ki, üzmçülük sahəsində aqranom və yaxud şərabçılıqda texnoloq  kimi  və digər belə peşələrə yiyələnməyə can atsın. Ona görə ki, həmin sahələrdə heç bir inkişaf yoxdur.  Bəlkə bu müqayisələr bir az  qüsurlu görünər. Ancaq bu faktorlar bütün hallarda gənclərin peşə, ixtisas seçiminə təsir göstərir.

Bəzi insanlar mütəmadi olaraq qeyd edirlər  mediada,  QHT-də maliyyə, qazanc haqqında düşünmək düzgün deyil. Mən bu fikirlə heç cürə razılaşa bilmirəm. Sosial varlıq olmaqla yanaşı, həm də  bioloji varlıq olan media, QHT işçisi nəyə görə, normal yaşayış, təmiz maddi gəlir haqqında fikirləşməməlidir?  Gənclərin  jurnalistikaya marağının azalmasının səbəblərini burada axtarmaq lazımdır.

Elə insanlar var  artıq jurnalistika sənətinə  bağlanıb. Bu işdə  pul azda qazansa, çoxda qazansa bu peşədən heç cür ayrıla bilmir.  Xüsusilə, bunu ortayaşlı qələm sahiblərinə  aid etmək olar. Bəlkə də düşünürlər geriyə yol yoxdur.  Ancaq bugünkü gəncin düşüncəsində bir maddiyyat var.  Əslində buna çox normal yanaşmaq lazımdır. Gənc öz intellekti, bacarığı hesabına  müəyyən dövr çərçivəsində həm tanınmaq, həm də  sözün yaxşı mənasında mövqeyə, geniş maddi imkanlara sahib olmaq istəyir. 

Jurnalistikaya  yeni başlayan gənclər üçün  bu şəraitin olmaması peşə seçimində  mühüm rol oynayır. Məhz bununda mənifi nəticələri zaman keçdikcə  hiss olunacaq. Jurnalistikaya ürəkdən bağlı olan  gənclər,  bəlkə də bu sənətin fəadiləri  bu sahəyə gəlmirsə o zaman  təsadüfi şəxslər gələcək. Jurnalistikaya dəxli olmayan  şəxslərin bu sahəyə  gəlişi  ağır nəticələrini göstərməkdədir. Reket “jurnalistikası”nda belə acınacaqlı durumun şahidi oluruq.   

Bu illər  ərzində Mətbuat Şurası  reket “jurnalistikası”nın  qarşısını almağa çalışaraq  papağını günə verdi. Reket “jurnalistikası” var. Haqlı olaraq onları ifşa etmək lazımdır. Əslində onların məsələsi  hüquq mühafizə orqanlarının  məşğul olacağı sahədir.  Belə qorxulu tendensiyalardan qaçmaq üçün media iqtisadiyyatı formalaşmalıdır.  Təəssüf ki,  Mətbuat Şurası  medianın  daha ciddi  məsələsi olan  media iqtisadiyyatının formalaşması istiqamətində ciddi addımlar ata bilmədi.  

 Son bi neçə  ildə  Azərbaycan  dövləti  KİV-in inkişafına dəstək  məqsədilə  vəsait ayırır.  Bu çox normal haldır. Müəyyən dövr çərçivəsində belə dəstəyin göstərilməsi mümkündür.  Nəhayət müstəqil media  normal bazar qanunlarını əsas tutaraq  öz iqtisadiyyatını formalaşdırmaq haqqında düşünməlidir. Peşəkar jurnalistikanın  inkişafı, ən əsası  reklam problemlərini çozmək məqsədilə Reklam Şurasının yaradılması zəruridir. Ümid edək ki, zaman keçdikcə bu  problem həllini tapar.

QHT və MEDİA

2018-12-15 10:20:56

QHT və MEDİA
QHT hesabat-seçki toplantısı keçirib...
QHT hesabat-seçki toplantısı keçirib...

Yığıncağı Birliyin Qadınlar Şurasının sədri, Ümumi Yığıncağa hazırlıq məqsədi...

2018-12-14 10:20:57

QHT və MEDİA
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...
Ukraynada Azərbaycanla bağlı beyin mərkə...

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə ...

CƏMİYYƏT

2018-12-14 19:20:47

CƏMİYYƏT
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...
Leyla Əliyevanın bir qrup rusiyalı qadın...

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanı...

2018-12-08 11:05:14

CƏMİYYƏT
Azərbaycan Parlamenti necə yarandı
Azərbaycan Parlamenti necə yarandı

2018-ci il dekabr ayının 7-də Azərbaycanda parlamentarizmin tarixində əlamət...

İQTİSADİ

2018-12-12 08:45:08

İQTİSADİ
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...
"Novo Nordisk" Dağlıq Qarabağ ərazisində...

Danimarkanın dərman preparatları istehsalçısı olan "Novo Nordisk" şirkəti tər...

2018-12-06 18:25:31

İQTİSADİ
SOCAR modernləşmə proqramı üçün “Honeywe...
SOCAR modernləşmə proqramı üçün “Honeywe...

SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası prosesində yük...