SOSİAL

Unutmayın ki, sizin ani səhlənkarlığınız, özünüzün və başqalarının həyatını alt-üst edər

Layihə

 Bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağırlı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevirilən avtomobil qəzalarıdır.  Dünyada avtomobil qəzalarda hər il, 1,5 milyonadək insan dünyasını dəyişir. 20-50 milyon nəfər müxtəlif xəsarətlər alır, əlil olur. Qəza qurbanlarının sayı hətta müharibə, təbii fəlakət və digər fövqaladə vəziyyətlərdə ölən insanların sayından geri qalmır. 

 Azərbaycanda isə 23 ildən artıq davam edən, Qarabağ mühaibəsindən əlavə,  yeni bir ölüm növü həyatımıza daxil olaraq, günümüzün ən aktual və bəlalı problemlərindən birinə çevirilibdir.  

  Müharibə, təbii fəlakətlər müəyyən zaman davam edir və bitir, bitməsilə də kütləvi insan qırğınına da son qoyulur. Müharibə və təbii fəlakətlər müəyyən bir ərazini əhatə edir, avtomobil qırğını isə svilzasiyanın olduğu bütün əraziləri əhatə edir və zamansızdır - nə zaman insanı haqlayacağı məlum deyil.

 Azərbaycanda son vaxtlar elə gün olmur ki, avtomobil qəzaları barədə məlumatlar yayılmasın  və hər 2,4 avtomobil qəzasından biri ölümlə nəticələnir. Təəsüflər olsun ki, hər gün “Avtomobil qəzası nəticəsində coxlu sayda adam öldü” Bu söz artıq o qədər adiləşib ki, bizim üçün, hər gün duyduğumuz xəbərə çevrilib. Hətta “Bir ailənin bir neçə üzvünün qəzalarda həlak olması” haqqıda xəbərləri eşidirik. 

 Azərbaycanda hər il təxminən, 3000-dən çox yol nəqliyyat hadisəsi qeydə alınır. Bu qəzalarda hər il, 1000-dən çox insan dünyasını dəyişir, 3000-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alır.  Təşkilatımızın, son illər ərzində apardığı araşdırmalara əsasən, I-ci Qarabağ müharibəsində Azərbaycan Ordusu 14 min itgi vermişdirsə, avtomobil yol qəzaları nəticəsində isə ümumilikdə 30 mindən artıq insan tələfatı olduğu müəyyən olmuşdur.

Baş Dövlət Yol Polisi İdarəsinin  məlumatına əsasən,  2014-ci ilin 1 yanvardan, 31 oktyabra  kimi 10 ay müddətində respublika ərazisində 2212  yol-nəqliyyat hadisəsi qeydə alınıb.  Nəticədə 951 nəfər ölüb, 2227  nəfər yaralanaraq xəsarət almışdır. 

2015-ci ilin 1 yanvardan, 31 oktyabra  kimi 10 ay müddətində isə respublika ərazisində 1846  yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 741 nəfər ölüb, 1905  nəfər yaralanaraq xəsarət alıb.  Müşahidələrimizə əsasən ötən ilin müvafiq  dövrü ilə müqayisədə 366  yol-nəqliyyat hadisəsi, 210  ölüm faktı, 322 xəsarət faktı azalıb. Hesabat dövründə 410 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat

hadisəsi qeydə alınıb. Nəticədə 147 nəfər ölüb, 319 nəfər xəsarət alıb. Hesabat dövründə baş verən qəzalarda ölənlərin 50 , yaralananların isə 99-u azyaşlıdır. Ölən azyaşlı uşaqlardan 17 nəfəri 7 yaşına  qədəd, 43 nəfəri isə 7 yaşından 16 yaşlarnda olmuşdur.

 Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məlumatına əsasən, 2015-ci ilin 10  ay müddətində Mərkəzdə 16000 sərxoş sürüçü qeydiyatdan keçərək müayinə edilmişdir. Sərxoş sürücülərin törətdiyi 48 yol-nəqliyyat hadisəsində 24 nəfər ölmüş, 61 nəfər isə ağır yaralanmışdır.              

 Hər gün avtoqəzalarla bağlı bu qədər ölüm xəbərləri eşitdiyimiz halda sürücülər yenədə qaydaları pozurlar, içkili vəziyyətdə sükan arxasına oturaraq yeni-yeni faciələr törədirlər.

 Bu gün rayon xəstəxanalarımız avtomobil yol qəzaları nəticəsində yaralanmış insanlarla dolaraq müharibə şəraitindəki, hospitallara bənzəyir.  Axı, 7- 16 yaşlı uşaqların nə günahı var ki, bu uşaqlar heç böyümədən nəqliyyat hadisəsinin qurbanları olurlar. 

 Bu fakt göstərir ki, ölkəmiz kimi, nəqliyyatımız da müharibə şəraitindədi. Bu gün bizim hər birimiz və aillə üzvülərimiz avtomobil qəzaların qurbanları ola bilərik və bu təhlükə hələ davam edir. Bu problem ictimayyəti narahat edən ən aktual problemlərdən biridir.

  Buna görədə, Azərbaycanda magistral avtomobil yollarında və yol dairələrində, mövcud,  avtomobil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinin istiqamətində qabaqlayıcı təbliğat-təşviqat işini gücləndirmək məqsədi ilə, Azərbay­can Respub­likası «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının, Qeyri Hökümət Təşkilatlarının və KİV nümayəndələrinin birgə iştirakı ilə “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layi­hə­sini həyata keçirir.

 Ümüd edirik ki, Azərbaycanda ilk dəfə həyata keçirilən “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili!” layihəsi sahəsində görüləcək təbliğat-təşviqat işləri avtomabil qəzalarının törətdiyi acı fəsadları aradan qaldrmaq istiqamətində və ölkəmizdə vətəndaşlarımızın təhlükəsizliyinin müdafiəsinə öz dəyərli tövhəsini verəcəkdir.

 Əziz vətəndaşlar, təsadüfləri nəzərə almasaq, çox şey bizdən – səndən, məndən, hər birimizdən asılıdır… Çalışaq yol qurbanı olmayaq. Siz də, yol qəzada ölən yaxınlarınızı, dostlarınızı xatırlayın və düşünün, bir çox hallarda bu qəzalar baş verməyə bilərdi.  Əzizləriniz bu gün də sizinlə olardı. Həyatın ləzzətini yaşayardı… Hər birimiz – istər sürücü, istər piyada olaq, məsuliyyətimizi dərk etməliyik. Özümüzü də, özgələri də qorumaq qayğısına qalmalıyıq…

Əziz sürücülər, "UNUTMAYIN Kİ, SİZİN ANİ SƏHLƏNKARLIĞINIZ, ÖZÜNÜZÜN VƏ BAŞQALARININ HƏYATINI ALT-ÜST EDƏ BİLƏR!"

   Azərbaycan Respublikası  «Beynəlmiləlçi Əlil Döyüşçülər» Fondunun prezidenti və layihənin rəhbəri  SƏRRAF  ORUC.

                        

 

 

 

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...