2020-07-14 09:55:27 | QHT VƏ MEDİA
Erməni təxribatları beynəlxalq təşkilatların sülh imitasiyasından qaynaqlanır

.

Erməni təxribatları beynəlxalq təşkilatların sülh imitasiyasından qaynaqlanır. Cinayətkar cəzalanmırsa, ciddi iqtisadi sanksiyalarla üzləşmirsə o zaman paşinyanlar özlərini rahat hiss edəcəklər. Dünyanın ikiüzlü siyasi dairələrinin loyal münasibəti təcavüzkarı ruhlandırır.

İşğal olunmuş Azərbaycan ərazilərində, həmçinin sərhədyanı bölgələrimizdə Ermənistanın mütəmadi olaraq təxribatlarının şahidi oluruq. Heç şübhəsiz ki, düşmən ölkə belə təxribatları düşünülmüş şəkildə törədir. Ermənistanda getdikcə dərinləşən sosial-iqtisadi gərginlik, baş nazir N. Paşinyanın reallaşmayan, uğursuz vədləri, tüğyan edən pandemiyanın yaratdığı fəlakət əhalini acınacaqlı duruma salıb.

Məhz belə məqamda cəbhə bölgələrində ermənilərin müxtəlif təxribatları baş verir. Bu, öncə Ermənistanda daxili auditoriyaya hesablanmış addımdır. Düşmənin məkrli planları təbii ki, bununla bitmir. Belə lokal döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavab alan düşmən tərəfi beynəlxalq təşkilatlara, həmçinin əsas ağası olan Rusiyaya üz tuturaq imdad diləyəcək.

Dünyanın bütün rəsmi dairələri erməni təxribatı və işğal faktı haqqında yetərincə məlumatları olsa da həqiqəti dilə gətirmir. Çox yayğın, standart və bic bəyanatlar səsləndirməklə kifayətlənən dünyanın bəzi rəsmi dairələri öz işlərini bitmiş hesab edirlər.

Allah bütün şəhidlərimizə, ö cümlədən Tovuz istiqamətində düşmən təxribatının qarşısını alarkən dünyasını dəyişən qardaşlarımıza rəhmət eləsin. Düşmənin belə məkrli həmlələri bir daha onu göstərir ki, biz həm diplomatik cəbhədə, informasiya müharibəsində, həm də döyüş meydanlarında gücümüzü daha da artırmalıyıq. Düşmən əlini qaldırıb təslim olana qədər bütün cəbhələrdə hücumda olmalıyıq, onları təqib etməliyik.

Sivil qonşuluq prinsiplərindən, normal yaşam tərzindən çox uzaq olan silahlı erməninin hər bir təxribatı onun özünə qarşı çevrilməlidir. Bu gün erməni əsgərlərinin meyitləri döyüş bölgələrindən Ermənistana daşınırsa deməli, düşmən tərəfi öz təxribatlarının qurbanına çevrilib.

Əkrəm Bəydəmirli

Baxış sayı : 1947
Digər yazılar
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”